Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 05:59

Bloqlar / İlqar Rəsul

Məni niyə aldadırsınız?

Şriftin ölçüsünü dəyiş - +
Məni hər yerdə aldadırlar. Dükanda malı satış qiymətindən də xeyli baha sırıyırlar.

Dəmiryol vağzalının kassasında bilet olduğu halda deyirlər qurtarıb.
Qaz idarəsi xətti kəsir, gedib soruşuram niyə belə elədiniz, deyirlər borcun var.

Su idarəsinin işçisi əhaliyə verilən suyun içməli olduğuna and içir (elə ona görə də biz qaynadıb içirik).

Məktəbdə nə baş versə, günahın uşaqda olduğunu deyirlər (Yalan danışan müəllimi qoyub düz danışan uşağa inanmağa utanıram).

Marşrutda xeyli gedəndən sonra anlayıram ki, sürücü 20 qəpiyin dərdindən məni aldadıb. Bu maşın mən gedən yerdən 500 metr aralı keçir.

Telefon qovşağı kiminsə şəhərlərarası danışıq pulunu mənim ayağıma yazır.

Qəssab torbadakı əti mənə uzadarkən yanımdakı müştəriyə deyir ki, «bu ət sənlik deyil, get sabah gəl».

Qonşum hərdən soruşur: «niyə bizimlə belə rəftar edirlər? Mən nə pis iş görürəm? 5 uşaq böyüdürəm bu dövlət üçün. 5-ni birdən ey… Pis iş görürəm məgər?! Dövlət üçün bundan artıq nə etmək olar?! Acığa daha baxmayacam o uşaqlara. İndi görərlər»!

Sonra bir siqaret yandırır, çəkir, çəkir, bir az sakitləşir, yenə öz-özünə «Niyə məni belə edirlər. Axı mən burada qalmaq istəyirəm», - deyir.

Arada bir Füzuli meydanında nəfəsimi dərirəm.

Yanımdan o tərəf bu tərəfə keçən bir yeniyetmə qulağına dayadığı mobil telefona deyir ki, «komandir, mənim hər həftə 10 manatlıq kontur yükləmək imkanım olsaydı, o pulu verib birdəfəlik əsgərlikdən qalardım…».

Bilmirəm «komandir» ordan nə deyirdi, amma yeniyetmə burdan yalvarır ki, elə demə, atam rəhmətə gedib.

Bir az aralıda bir sürücünün gözü görə-görə maşınını evakuasiya edirlər.

Tum satan arvad da körpələrini havaya çıxaran qadınlara baxıb öz özünə deyinir:

«Biri uşağı dizində tutub, o biri bələyi başıaşağı sallayıb gəzir. Buna yazıq Füzuli neyləsin…».

Baxıram və görürəm ki, arvad düz deyir - həqiqətən də bəzi cavan gəlinlər uşaqları qucaqda əməlli başlı başıaşağı tutub gəzinirlər.

Ağlımdan bir fikir keçir: Görəsən balaca vaxtı məni başıaşağı tutub gəzdiriblər, ya məni addım başı aldadanları...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Turgut Haradan: Baki
22.05.2009 00:32
Men bir adam taniyiram, uzun iller korpel-boyuklu hamini bashiashagi tutub. Hamini alcatmaqla ele bilib ki, ozu ucalir.

Kimdən: speechless
11.05.2009 12:18
Bir deil, iki deil...hansini desin insan?!
Cox maragli blogdur, ekser sosial chatishmamazliqlari geyd etmisiz. Amma sarkazmi bir yana goyag, ekser camaata achig metnle deileni gavramir, ya istemir, ya gorxur nedese v ya kimdense...
kitabi artig baglanir, meneviyyatini satmish kutlenin. Chox heyif bezi individualla ki, bu kutle icherisinde bogulur sesi...

Kimdən: dervis Haradan: quba
10.05.2009 23:03
lezet eledi cox sag ol.

Kimdən: pervane
10.05.2009 20:55
ne sizi,ne de sizi aldadanlari..dunya ozu bashiashagidi.......

Kimdən: eldar Haradan: baki
10.05.2009 12:05
Avropa ölkələrinin birində belə bir məqalə yazsaydız NOBEL mükafatına layiq görülərdiz, İlqar bəy! Çünki bizdəki reallıqlardan xəbəri olmayan avropalılar üçün bu, yazarın qeyri-adi fantaziyasına mat qalmaqla yanaşı, gülməli görünərdi. Ama gülsələr də reallıqdır. Qoy gülsünlər. Biz buna - acı da olsa - layiqik, demək.

Kimdən: oxucu Haradan: Vətən
10.05.2009 11:37
Aldatmalarının sebebleri çoxdur. amma sen qoyma aldatsınlar. Hamısı ile bacarmasan da müeyyen qederinin öhdəsindən gələ bilərsən.Sussan bir azdan bunun aldatma olduğunu da anlamayacaqsan. Bax ən böyük fəlakət də bunda olar! Uşaqlara baxmamaq fikrindən də vaz keçsin. Qarşıda allah qismet elese qocalıq var....

Kimdən: DIDERGIN Haradan: COLLER
10.05.2009 02:08
SON GUNLER FIKIR VERIREM,AZERBAYCANDAN BELE YAZILARLA BAQLI ISMARISHLER YOXDUR, DEMEK OLARKI,DEYESEN AZERBAYCANIN HALI HEC ISMARISHLIXDA DEYIL,AXI.