Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:56

Cəmiyyət

«Fərda deyirdi ki, Bakıya gedib dənizdə işləyəcəm»

Fərda Qədirovun Gürcüsrandakı evi
Şriftin ölçüsünü dəyiş - +
 «Azadlıq» radiosunun gürcü xidmətinin əməkdaşı Dövlət Neft Akademiyasında qətliam törətdiyi bildirilən Fərda Qədirovun əslən olduğu Gürcüstanın Daştəpə kəndinə baş çəkib. F.Qədirovun yaxınları və həmkəndliləri ilə söhbət edib.

Onun bibisi Rəna Qədirova ilə söhbətdən:

Rəna Qədirova
- Mən nə deyə bilərəm? O, sakit uşaq idi, yaxşı oğlan idi. Qonşular da onun necə oğlan olduğunu bilir. Biz belə bir hadisəyə inanmırıq. Allaha and olsun. Təəccüblənirik.

- Onu belə bir hərəkətə nə təhrik edə bilərdi?


- Mən heç nə deyə bilmərəm. Biz şoka düşmüşük. İnanmırıq. Bəlkə də o, hansısa qrupa qoşulub, belə bir iş görüb.

- O içki içirdi?

- Yox, heç siqaret də çəkmirdi.

- O, burayla sıx əlaqə saxlayırdı?

- Bəzən gəlirdi. Onun valideynləri Rusiyadadır. Sonuncu dəfə keçən ilin payızında gəldi, qışı burda keçirdi. Martda Bakıya getdi. Orda işləmək istəyirdi. Deyirdi ki, gedib orda özümə iş tapacağam.

- Burda işləyirdimi?

- Burda iş var ki?

- Uşaqlığı necə keçib?

- Normal uşaq idi. Sakit idi. Heç yerə getmirdi. Həmişə evdə olurdu.

- Məktəbdə sonuncu sinfə qədər oxuyubmu?

- Məktəbi burda bitirməyib. Bir müddət burda oxuyub, sonra Bakıya gedib. Orda məktəbi bitirib-bitirmədiyini bilmirəm.

- O, kitab oxumağı xoşlayırdımı? Hansı kitabları oxumağı sevirdi?


- O, ancaq televizora baxırdı. Bütün qışı evdə keçirdi. Mən hətta ondan soruşdum ki, bütün günü evdə olursan, darıxmırsan? Bizə gəl. Həftədə bir dəfə bizə gələrdi, bir-iki saat söhbət edib gedərdi. Deyirdi ki, hər gün televizora baxıram.

- Mənə dedilər ki, o, idmanla məşğul olurdu...

- Əvvəllər karate ilə məşğul olub. İdmanı sevirdi. Deyirdi ki, televizorda futbola baxıram.

- Yəni cüssəli, sağlam idi.


Daştəpə kəndinin gəncləri
- Hə, çox «zdarovı» idi.

- Siz mənə onun fotoşəkillərini göstərə bilərsiz?

- Bizdə onun heç bir fotosu yoxdu. Allaha and olsun.

- Bəs kimdə ola bilər?

- Bilmirəm, bəlkə onların burdakı evində var, amma həmin evin qapısı bağlıdır.

- Deməli, martda gedib.

- Bəli, martın 13-ü, ya da 15-i gedib.

- Onun sevgilisi vardımı?

- Yox. Biz onu neçə dəfə dedik ki, evlən. Deyirdi ki, istəmirəm, vəssalam.

- Kiminləsə kənddə dostluq edirdimi?

- Yox. Mən onun qonşularından soruşmuşam. Onun evinə kənd uşaqlarından heç kəs gedib gəlmirdi.

- Deyilənə görə, onun ata-anasının Rusiyada biznesi var. Onun pula ehtiyacı vardı ki, iş axtarırdı?

- Biznes deyəndə ki... bazarda alver edirlər. O da orda olub. Yəqin alver xoşuna gəlmirdi. Deyirdi ki, Bakıya gedib dənizdə işləyəcəm.

- Pulu vardımı? Heç sizdən borc alıbmı?

- Yox. Deyirdi ki, pulum var, alverlə qazanmışam. Yəni gündəlik cibxərci, yemək üçün pulu var idi. Amma çoxuydu, azıydı bilmirəm.

- Burdakı məscidi sizin qohum tikdirib...

Fərdanın əmisinin Daştəpə kəndində tikdirdiyi məscid
- Bəli, o biri qardaşım.

- Bəs o, Moskvada nəylə məşğul olur?

- O da alver edir.

- Fərda dindar adam idi? Məscidə gedirdi?

- Yox. Bir dəfə də getməyib. Ancaq evdə olurdu. Səhər çıxıb dükandan çörək və başqa ərzaqlar alırdı və evə girib bayıra çıxmırdı.

- Onu burda dəfn edəcəksiz?

- Əlbəttə ki, burda. Əgər meyitini versələr...

Qonşusu İlqar Həsənov da F.Qədirovun qapalı adam olduğunu deyib:

- Hadisə haqda eşidəndə şoka düşdük Axırıncı dəfə ay yarım qabaq özüm görmüşən onu. Sadəcə salamlaşdıq, aramızda başqa söhbət olmadı. Bağlı qapılar arxasında evdə otururdu, qapalı adam idi, sakit idi, öz aləmində idi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Turan
09.05.2009 11:57
Bu cur hadiseden sonra hakimiyyetin gul bayramini kecirmesi hec bir insanliga ve exlaqa sigmir. Bu helak olanlarin ruhuna tehqirdi.Bu halda nece susmaq olar?

Kimdən: W.M.
08.05.2009 03:21
Gul bayrami helak olanlarin RUHUNA,onlarin valideyinlerine hormetsizlikdir. 07.05.09.

Kimdən: AYGUL Haradan: BAKI
05.05.2009 21:23
ALLAH OLENLRE REHMET ELESIN! ONLAR SEHIDDIRLER! ONLARIN DEYERI BEZI SEREFSIZ DIRILERDEN MUQAYISEYE GELMEYECEK DERECEDE BOYUKDUR! KISI KIMI SEREFLE OLDULER! DOVLET DE KI...HANSI DOVLETDEN SOHBET GEDIR,MARAQLIDI

Kimdən: Ceyhun Haradan: Baki
03.05.2009 13:32
menim bu dovlete daha sozum qalmayib bu cur hadisede prezident Bakiya gelib gul qoymamasi ve matem elan etmemesi gulunclukdur

Kimdən: nazim Haradan: Xaraba
03.05.2009 11:34
Bu xarabada toredilen ne ilk ne de son hadisedir. İnsanlari manqurtlashdirib bax belece yoneldirler. Azerbaycanin Huq.Muh.Orqanlarinin bu cinayti acmaga her cur imkani var. Serf etmediyine ve ya dalinda dura bilmeyeceklerine gore susurlar. o ferda terorist zad deyil "birdefeleik shpris" kimi istifade edildi ve itirildi. ve bizim xarabada dovletden hesabat isteye bilecek bir qurum ve teshkilat olmadigina gore de bu bedbext insanlarin qani da bele batdi.

Kimdən: Abbas Haradan: Baki
03.05.2009 01:02
Ilk once Olenlere rehmet, yaralilara shefa, ailelere ise sebr dileyirem. Milletimizin bashi sag olsun. Menim sozum ise sadece budur: bu hadise bir bashqasi veya bashqalari terefinden edilmish siyaset xarakterli (bir nov Azerbaycan dovletine qarshi iltimatum) terrordur ve shexsiyyet vesiqesi uzerinden chixan bir yazigin boynuna qoyulmush bir sirrdir. Milletin gozu terezidir. Ey ozunu bu dovletin sahibi sayanlar, bu milleti yatizdirmaga chalishmayin! Insafla ve vicdanla bu millete sahib chixin. Axi gece gunduz bu barede fikirleshirsiz...

Kimdən: Kadusi Haradan: Lankon
03.05.2009 00:40
Yedirtmiyin lan bize bu yalani. Asan yolunu tapiblar..... ne olur vahabiler eliyib,ne bilim radikal shiyeler eliyib. Kishi kimi axtarun tapun yada susun!

Kimdən: Nadir Haradan: BAKI
03.05.2009 00:00
bu qetliamin sebebi tapilmazsa bu cinayetin ustu acilmamish sayilmalidir,motiv yoxdur cinayetkar tapilib motivse yox

Kimdən: ne ferqi war Haradan: Almanya
02.05.2009 23:11
menim ucun bir schey maraqlidir,o boyda akademiyada hec bir dene de olsun kamera yox imisch?mence cinayetin töredilme üsulu terrora oxschamir,cünki,fikrimce eger cinayetkar terror etmek isteseydi,bir nece neferi vurduqdan sonra qacib gederdi ve yaxud baschqa üsullardan istifade ederdi.bu daha cox ruhi pozgunluqa oxschayir.ancaq bu sadece bir wersiyadir.mence bir az daha gozlemeliyik,her scheyin deqiq ortaya cixacaqina inaniram.

Kimdən: naxcivani Haradan: naxcivan
02.05.2009 23:10
deyirem gor bizim milletin duwunce terzini ne derecede mehv edibler ki kiminse kucede gedende ayaqi suruwub yixilsa deyirler vehabi edib.duş.menlerimiz de bu işi gorende hec qorxmayiblar bilibler ki bu başiboş ve cahil insanlar onlarin gordüyü vehabilerin ustune atacaqlqr.bu da onlara lezzet edecek.bir gulleye iki dovşan vuracaqlar.hem milletimizi qiracaqlar hemde milleti bir birine qarşi qoyacaqlar.deyesen onlar oz isteklerine catib
Səhifə (3)
    Növbəti