şənbə, Noyabr 01, 2014 Bakı vaxtı 04:12

Verilişlər / Kontekst

Ekspert basqında «Makarov»dan istifadə olunmasına şübhə edir

«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var
x
«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var
«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın zamanı «Makarov» tipli tapançadan atəş açıldığını bildirirlər.

Mütəxəssislər isə hesab edirlər ki, «Makarov»dan uzaq məsafə üçün istifadə etmək mümkün deyil. Digər silahlarla müqayisədə bu tapançanın patron darağında güllələrin sayı məhduddur: cəmi 8 patron.

Bu göstəricilərə malik tapança ilə 13 nəfəri öldürmək üçün nə dərəcədə peşəkar olmaq lazımdır?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bu silahla asanlıqla bir qrup insanı öldürmək yalnız peşəkarlara məxsus qabiliyyətdir:

- «Makarov»la bu qədər adamın öldürülməsi və yaralanması mənim üçün bir az qaranlıq qalır. Nəzərə alsaq ki, bu adam peşəkar hərbçi deyil, mülki şəxsdir, yoxlanılsa, bəlkə də heç hərbi xidmətdə də olmayıb. Bunun xüsusi hazırlığı olmalıydı ki, bu qədər insanı qətlə yetirsin, yaralasın.

Ü.Cəfərov Akademiyaya basqın edəni professional hesab etmir və istifadə olunan silahın «Makarov» olmasına şübhə ilə yanaşır:

- Bu silahla bu qədər insanı belə asanlıqla qətlə yetirmək mümkün deyil. Ümumiyyətlə, tapança ilə bu qədər insanın qətlə yetirilməsi şübhə oyadır. Ola bilsin ki, bu, tapançaya bənzər başqa bir silahdır. Düşünürəm ki, ballistik və digər ekspertizalar məsələyə aydınlıq gətirəcək.

Ü.Cəfərov deyir ki, Azərbaycanda indiyədək olan qətllər zamanı istifadə olunan silahların nə nömrəsi, nə də hansı güc strukturuna aid olması açıqlanmayıb:

- Hər bir silah Azərbaycan ərazisində qeydiyyatdadır. Silahların istehsal olunduğu zavod, hətta patronların belə hansı ölkəyə, hansı seriya altında göndərilməsi aydın olan məsələlərdir.

«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Sema Haradan: Bulud
05.05.2009 01:59
Mence makardan ist olunub eger avtomat olsaydi insana hec olmasa 3-4 gulle girerdi,,amma konkret 1 gulle o da ki bawdan..Bu makardi.3 nefer olub+ konkret..Allah olenlere rehmet etsin!!!!!

Kimdən: ulker Haradan: baki
03.05.2009 18:17
menim fikrimce bu planlawdirilmiw iwdir, ferda ise belke de bir qurbandi,bu iwin arxasinda bawqa weyler durur. amma her halda oleler azerbaycan fvetendawlari ise ozu de genc ve savadli insanlar ise bu umumilikde dovletciliyimize qqrwi terror aktidir, meni bir wey duwundurur niye hokumet matem elan elemedi?

Kimdən: xaliq Haradan: Baki-Qax
03.05.2009 17:27
gelin basqa terefdende hadiseye baxaq men haminizi bu texribatin arsisini almaq ucun cagiriam her kim edib allah eletdirenin gunahini ozu verecek..ancaq bu kiminse azerbaycanda hakimiyyete qarsiqaldiurmaga xidmet eleyir.oz ozumuzun dusunce terzin gore buna ne siyasi qiymet verek nede bir sey...belke bilirler lazimi orqanlar ancaq istintaqin duzgun aparilmasi ucun deyilmir kim qarantiya dura bilerki onu eleyn muxalifet deyil???men bunu demirem ancaq her seryi iktidara qarsi qoymaq hec duzgun deyil.sadece sebr edek hmdetekterefli danismayin vaxti catanda her seyi bileceyik.ozunuzden fikirler yurudub milletin psixologiyasini korlamayaq her sey yaxsi olacaq...unutmayaqki bugun Qafqazda en yaxsi yasayan bizik ve bunu hamisini bu gunki iktidara bosluyuq,uutmayaqki bhec vaxt pis gedib yaxsi gelmir.onlar sehidlik meqmina yukseldiler allah hamimiza bele zirveli olum nesib etsin allah opnlarin yaxinlarina sebr versin.onlarin qani yerde qalmiyacaq buna inanaq ve kiminse psixoloji herekatla vetnimize kimnse mudaxilesine imkan vermeyek

Kimdən: Kadusi Haradan: Lankon
03.05.2009 00:45
Her bir killerin arxasinca bir antikiller gonderirler nayomnikler. Bu yazilmamish qanundu. Duzu men basha dushe bilmirem bu nedir.

Kimdən: none
03.05.2009 00:00
4ox heyif ki menim esl fikirimi burada gorsetmirler..

Kimdən: ayka Haradan: baki
02.05.2009 22:44
menim fikirmcede bu hecde bisavad deyilene gore evden cole cixmayan birinin isidi bu hdise gumanimca daha pesekar qrup terefinden toredilmis hadisedi hazirki qatil ise formal bir xarkter dasiyirdostlarimizinda dediyi kimi kurtlar vadisi tele seriyalinda bas veren bir cox hadiselernen ust uste dusen bu felaket hec subhesiz bunun kimler terefinden toredildiyini aydinlatir.yenede umud edirikki qanun en dogru olani tesdiqleyecek.umud edirikk..alah butun olennere rehmet etsin!amin!

Kimdən: Yasin Haradan: Baki
02.05.2009 20:23
Mence de Ferda Qedirov bir qurbandir.Eger o bir makarovla o qeder adami oldurecek qeder(hem de ki bashindan vuraraq) peshekar idise,hadise yerinden qaca da bilerdi vaxtinda(bunu da ona gore deyirem ki,2-3cu mertebelerden telefon dukanlarinin ustune dushub qacan telebeler olub).Hem de shahidler de deyir axi en azi 2 nefer olub.

Kimdən: Nail Haradan: baki
02.05.2009 20:16
subhesiz ki bu hadiseni tek bir insan torede bilmez.elbir olan bir nece neferin isidir.hec men ferdanin axirda ozunu oldurmeyine de inanmiram.onu ikinci bir sexs oldurub.hansi ki o cinayetin toreden sexslerden biridir.hem sahidlerin dediyine gore ates sesleri eyni anda hem 1 mertebeden hem de ust mertebelerden gelib.demeli en azi 2 neger olub.hem bu terror hadise deyil.kutleye bunu sadece terror kimi catdirirlar.arxasinda cox boyuk is durur.siyasi meselere olmasi ydin meseedi.neyse....

Kimdən: Elşad Haradan: Baku
02.05.2009 20:12
Bele derd olar qorxumdan derse gede bilmirem, metroya minə bilmirəm bir dənə də olsun dövlət idarəsi normal açıqlama vermir

Kimdən: Yashar Haradan: Baki
01.05.2009 19:22
Men hormetli ekspertin fikri ile raziyam.Burada mutexessis isi var.Olen sexs ise istintaqi yayindirmaq ucun atilan addimdir
Səhifə (2)
    Növbəti 

Top 5 (son 1 həftə)