Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Bunu eləyənin Fərda olduğunu eşidəndə kənd şoka düşdü»

«Televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil»

«Televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil»

30.04.2009
Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində Fərda Qədirov haqda nə deyirlər? «Azadlıq» radiosunun suallarını Daştəpə kəndinin aid olduğu bələdiyyənin sədr müavini Vidadi Həsənov cavablandırır:

- Neft Akademiyasındakı qırğını törədənin Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirov olduğunu eşidəndə kənd camaatı neylədi?

- Kənd şoka düşdü. Bu, çox pis haldır. Bütün kənd bunu pisləyir. Ancaq camaatımız bunu eləyənin Fərda olduğuna inana da bilmir. Çünki onun tərbiyəsinə, yaşadığı bu illərə, ailəsinə baxanda inanmağımız gəlmir. Onun nəslində-kökündə belə şey yoxdur.

- Fərda Qədirov hansı ailədən çıxıb?

- Ziyalı ailəsindən, atası dil-ədəbiyyat müəllimi olub, anası evdar qadındır. Hazırda Rusiyadadırlar, Podolsk vilayətində. Təxminən 15 il olar, kənddən ailəliklə çıxıblar. Ancaq kənddə evləri qalır.

- Bəlkə bu 15 ildə dəyişib Fərda?

- İki ay əvvəl bura gəlmişdi, qonşuları elə bir dəyişiklik hiss eləmədilər.

- Bakıdakı versiyalardan biri də budur ki, bəlkə o, dini ekstremist təşkilatlarla bağlı olub?

- Yox, Gürcüstanda yaşayanda onun elə bir dindarlığı olmayıb. Sadəcə olaraq o, elə uşaqlıqdan bir az qapalı idi. Bütün gününü, bəzən bir həftəni televizor qabağında keçirə bilərdi, peyk televiziyasına baxmaqla. Belə xüsusiyyəti var.

- Neft Akademiyası ilə onun əlaqəsi var idimi?

- Yox, heç bir əlaqəsi olmayıb, bizim bildiyimizə görə. Orta təhsillidir, orda oxuyan sinif yoldaşı, tələbə yoldaşı yoxdur.

- Bəlkə onun psixoloji problemləri var idi?

- Qonşularla konflikti olmayıb. Ancaq təbiətində qapalılıq var.

- Ola bilərmi, deyirlər, suyun lal axanı, adamın yerə baxanı...

- Yox, belə hallar olsaydı, bilərdik.

- Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında deyilir ki, bu qırğını törədənin üstündən Fərda Qədirovun adına sənəd tapılıb. Yəni hələ şəxsiyyəti dəqiqləşdirilməyib.

- Biz onun şəklini görməsək, bunu Fərdanın törətdiyinə inana bilmərik. Çünki televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Turan
05.05.2009 13:01
Hec subhesiz P K K var.
Kim razidi?

Kimdən: Faik Şəhər: Naxcivan
04.05.2009 04:20
Azerbaycanda butun muessise, ali, orta ixtisas ve orta mektebler, huquq muhafize orqanlari terefinden muhafize olunmursa , hec olmasa video kameralarla tehciz olunmalidir, yani kameralashdirilmalidirki girish cixishlarda kimlerin oldugu taninsin. Eyer bele olmayacaqsa, Allah gostermesin qatilin kimliyinin teyin olunmasi ve bundan sonra, teror aksiyalarini heyata kecirenleri mueyyen etmek cetin olacaqdir.
Birde yadinizdan cixarmayin ki, bu hadiseni toreden teshkilatcilari cezalandirmayacaqlar. Cunki bunu mehz profisional ve tapanca ile deqiq nishan alan elecede oldurme tecrubesi kecen Ferdi kimileri deyil, mehz Rusiyanin xususi xidmetinde calishan profisionallardir. Bunun da hakimiyyetin cox gozel xeberi var.

Kimdən: skeptik
04.05.2009 03:53
her eshidilene inanmaq avam insanlarin ishidir.Netice ve hadiselerin gedishati esl cinayetkari melum edecek.Arvad kimi qarqish tokmekdense mulahize yurudun.

Kimdən: AnGeLo4eK_ViKKi Şəhər: baki
03.05.2009 21:56
ola bilsinki onun burda hec bir gunahi yoxdu! kimse belkede onuda ou ile aparib axirdada onun usdune atib cixib !! esger heqiqetende varsa bu ishde eli Allah onun cezasin versin !! ve bilmek lazimdirki onu bu ishe ne vadar edib ??

Kimdən: Bomzh Şəhər: yersiz-yuvasiz
03.05.2009 15:37
Men olenlere rehmet deyirem.Yaralilara tez sagalmaglarini arzu edirem.Biz hamimiz Ferdani ginayirig.Amma esil taxsir kimdedir?Bele ishler hele bele yerde olmur.Mene eminem Aliev klani hakimiyetde galdigcha, bele ishler chox olachag Azerbaijanda.Insanlar charesizliyden bu yolara el atirlar.

Kimdən: ruslan Şəhər: Almaniya
03.05.2009 02:19
burda iki variant var ya rusiya,yada öv politiklerimizin ishidir basha dushduzde ne demek isteyirem

Kimdən: none
02.05.2009 23:55
Eshi,mence hami bilir ki bunlarin hamisini kim eleyib. Bunu ne rusiya,ne iran ne de bashqa bir olke eleyib.4ox heyif ki biz esl fikirimizi soyleye bilmirik.4unki demokrat olke olsaq da, syoz azadligi burada yoxdu.yadiviza salin 11 sentyabr amerikada ne bash verib.kim eleyib ki onu?ele amerikanin ozyu de! Bu sadece politikadi..

Kimdən: CASPER Şəhər: BAKU
02.05.2009 22:40
Bilmirem vuran kim olub, neci olub.Amma onu bilirem ki bunu eden insan olmayib.Cunki bu hereket insanliga sigan hereket deyil.Qarshisindaki qiz ve oglanlari vuranda ata-ansini gozunun qabagina getirib onlarin da telebelerin yerin deola bileceyini aglina getirseydi!!!!

Kimdən: ramin Şəhər: vasmoy
02.05.2009 18:47
ey millet onsuzda onun yeri cehennemlikdi.esas mesele oduki onu cezalandirmaq lazimdi.omurluk hebs elelericun hecnedi.elelerini ele AZERBAYCAN DOVLET NEFT AKADEMIYASININ yaninda butun milletin gozunun qabaginda asmaq lazimdi.belke sehv deyirem ey millet HHHHHEEEEEEEEEEE??????

Kimdən: Xelil Şəhər: Baki
02.05.2009 18:28
Fikrimcə hadisəni törədən 3-4 nəfər olub.Rusiyanın tapşıriğı ilə həyata keçirilib.Hüqüq mühafizə orqanlarini ise düzgün məlumatlar vermeye çağırıram.
    Növbəti 
Səhifə (2)