Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:03

Dünya

Tarixdəki səs-küylü məktəb qətliamları

Bakıdakı Neft Akademiyasındakı qətliama bənzər hadisə martın 11-də Almaniyanın Ştutqart şəhəri yaxınlığında baş verib
Şriftin ölçüsünü dəyiş - +
Bakıdakı Neft Akademiyasındakı qətliama bənzər hadisə martın 11-də Almaniyanın Ştutqart şəhəri yaxınlığında baş verib. 17 yaşlı Tim Kerçner əlində valideynlərinə məxsus Beretta tapançası səhər - məzunu olduğu məktəbə daxil olaraq qabağına çıxanlara atəş açmağa başlayıb.

«Məzə üçün» 15 qətl

O 15 nəfər müəllim və şagirdi güllələyib. Kimya müəllimini dərsin ortasında – şagirdlərin gözü qabağında öldürüb. Bundan sonra qatil aradan çıxmağa çalışıb.

Yolda bir maşını ələ keçirib, sürücüyə deyib ki, başqa bir məktəbə sürsün. Sürücü adam öldürməyinin səbəbi soruşanda Tim Kerçner cavab verib ki, «məzə üçün».

Daha sonra baş verən atışmada polis onu ayağından yaralayıb və qatil özünü öldürüb. Sonradan məlum olub ki, o tapançadan ümumilikdə 112 atəş açıb.

Valideynləri isə deyiblər ki, övladlarının belə bir hadisə törədəcəyini ağıllarına belə gətirməyiblər – hadisə baş verən gün onların ailəsində adi qaydada başlayıb.

Tarixdə ən dəhşətli məktəb qətliamı

Məktəblərə hücum tarixində ən qanlı hadisə isə 2004-cü il sentyabrın 1-də Rusiyanın cənubunda – Beslandakı orta məktəbin terrorçular tərəfindən ələ keçirilməsi sayılır.

Bir qrup terrorçu məktəbdə 1100-dən çox müəllim, şagird və valideyni girov götürmüşdülər. Terrorçular çeçen komandiri Şamil Basayevin dəstəsindən idilər və Rusiya rəhbərliyindən qoşunları Çeçenistandan çıxarmağı, Çeçenistanı müstəqil dövlət kimi tanımağı tələb edirdilər.

Rusiya xüsusi təyinatlıları məktəb binasına hücum edəndən sonra baş verən atışmada 334 girov ölmüşdü. Onların 200-ə yaxını uşaq idi. Hökumət silahın ilk olaraq terrorçular tərəfindən işlədildiyini desə də, terror qurbanlarının ailə üzvləri hökuməti girovların azad edilməsi əməliyyatını səriştəsiz həyata keçirməkdə günahlandırmışdı.

Hücum edənlərin çoxu öldürülmüşdü.

Özünü peyğəmbərə bənzədən ruhi xəstə

Məktəblərə hücum edənlərin şəxsi problemləri də ola bilər. 1966-cı ildə - 25 yaşlı Çarlz Uutmen evdə odlu silahla arvadını və anasını öldürəndən sonra Ostindəki Texas Universitetinə getmiş, 14 nəfəri öldürmüş, 32 nəfəri yaralamışdı.

O, Universitet binasının qülləsinə qalxmış və ordan – ətraf ərazilərdəki insanlara atəş açmağa başlamışdı. Yalnız bir neçə saatdan sonra polis onu məhv edə bilmişdi.

Sonradan mütəxəssislər qətlin mümkün motivləri haqda ehtimallar irəli sürməyə başlayanda onun uğursuz ailə həyatını önə çəkmişdilər. Bundan başqa meyit müayinə edilərkən qatilin beyin şişindən əziyyət çəkdiyi məlum olmuşdu.

İki il qabaq Amerikada Virciniya Texniki Universitetinin tələbəsi olan Syunq Huy Xo – öz universitetində 32 nəfəri öldürmüş, onlarla insanı yaralamışdı. Bundan sonra özünü də öldürmüşdü. Sonradan məlum olmuşdu ki, o qətliamdan əvvəl – internetə video yerləşdirib – orada qətlin motivlərini açıqlayıb.

Öz manifestində Xo özünü İsa peyğəmbərə bənzədir, varlılara nifrətini bildirir. Deyir ki, onu küncə dirəyiblər və silaha əl atmaqdan başqa yol qoymayıblar.

Amma sonradan məlum olub ki, Xo əvvəllər psixi xəstəlikdən müalicə olunubmuş.

«Məni institutdan qovdunuz, amma mən qayıdacağam…»

Məktəbdə qətliam qisas nəticəsi də ola bilir. 2002-ci ildə Almaniyanın Erfurt şəhərində 19 yaşlı Robert Ştaynhauzer aşağı qiymətlərə görə gimnaziyadan qovulduğu üçün tapançayla gimanziyaya daxil olub və qarşısına çıxan müəllimləri güllələməyə başlayıb.

O, 13 müəllimi, 2 tələbəni və sonradan 1 polisi qətlə yetirib. Sonra isə gülləni öz gicgahına sıxıb.

Hər il dünyanın müxtəlif ölkələrində orta və ali məktəblərə bir neçə hücum olur, keçən il - 6 belə hücum qeydə alınıb.

Silaha qarşı silah

Bakıdakı Neft Akademiyasında qətliam törədənin silahı hardan aldığı hələ ki bilinmir. Amma axır illərdə dünyada baş verən belə hadisələr yeniyetmələrin asanlıqla silah əldə etməsi ilə bağlı narahatlıqların daha ucadan səslənməsinə səbəb olub.

Məsələn, Amerikanın bir çox ştatlarında əgər yetkinlik yaşına çatmısansa və heç bir cinayət törətməmisənsə silah dükanından tapança, tüfəng ala bilərsən.

Buna görə Amerikada bir çoxları silah qanunlarının sərtləşdirilməsini tələb edirlər. Bəzi ali məktəblər – məsələn Yuta Universitetində isə tələbələrə özlərini qorumaq üçün dərsə silahla gəlməsinə icazə verilib. Amma silah açıq şəkildə gəzdirilə bilməz, ya çantada olmalıdır, ya da elə cibdə ki, görünməsin.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anarxist Haradan: Baki
06.05.2009 18:09
Wikipedia cox etibarsiz menbedir. Ozunuz fikirlesin de, bir halda ki, istenilen adam istediyin yaza bilir. Ermeniler Nagorno Karabakh artiklnda at oynadirlar.

Kimdən: zr Haradan: sss
04.05.2009 01:15
beli wikipediya cox etibarlidir

Kimdən: Shamil Seferov Haradan: Sumqayit
03.05.2009 21:22
shahidlerden biri : " o yanimdaki telebeni vurdu ve tapancani benim bashima sixdi,tetiyi cekdi,amma daragda gulle qalmamishdi o yeni darag taxana kimi men qacdim..."telebelerin shoka dushduyu tebiidir ,terrorcu daragi tezeleyene kimi bu onu zerersizleshdire bilerdi.ama heyacan ve teshvish ozunu gosterir.

Kimdən: serxan Haradan: baki
03.05.2009 01:16
gunahkar silah satandadi ki gedib ozune basqa is tapa bilmir.....

Kimdən: Cavid Yaqubəli Haradan: ADNA
01.05.2009 22:11
Bizdə də silah açıq satışdadır, lakin üstündə gəzdirmək olmaz. Həm bu tələbələr çoxdandır ki silah səsi eşitmirdilər. istər-istəməz şoka salır.

Kimdən: Ali Haradan: Baki
01.05.2009 10:19
Azadlıq da deyəsən artıq Vikipediyadan istifadə eləməyə başlayıb. Medya aləmində Vikipediya artıq etibarlı mənbə hesab olunur?