Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:56

Cəmiyyət

Gül bayramına hazırlıq. Keçidlər qapadılıb

Heydər Əliyev sarayına tərəf gedən yeraltı keçidlər bağlıdır. Bakı, 28 aprel 2009
x
Heydər Əliyev sarayına tərəf gedən yeraltı keçidlər bağlıdır. Bakı, 28 aprel 2009
Şriftin ölçüsünü dəyiş - +
Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da keçiriləcək gül bayramına hazırlıqlara başlayıb.

Heydər Əliyev sarayın qarşısındakı park artıq aprelin 27-si gecədən bağlanıb. Milli Bank və Heydər Əliyev sarayı istiqamətlərdən parka çıxan yeraltı keçidlər də qapadılıb.

Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə ildir ki, mayın 10-da bu ərazidə gül bayramı təşkil edir. Bütün park xaricdən gətirilən güllərlə örtülür.

Ötən il Bakı Şəhər İcra Hakimiyyəti bu məqsədlə Fransa, İtaliya və Hollandiyadan paytaxta 1 milyondan artıq gül gətirildiyini açıqlamışdı. Amma parkın bəzədilməsi və ümumilikdə bayramın neçəyə başa gəlməsinə nə qədər xərc çəkəcəyini açıqlamamışdı.

Müstəqil ekspertlər isə xaricdən gətirilən 1 milyon gül və çiçəklər üçün 7 milyon manatdan artıq pul xərcləndiyini deyirdilər.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin doğum günüdür.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Vetendas Haradan: Kralliq olkesinden
02.05.2009 21:43
Her yaraq duzelmishdi, qalmishdi saqqal daragimiz.... Ar olsun!!!!

Kimdən: Anar Haradan: Bakı
02.05.2009 12:28
İnsanlar yeməyə çörək tapmır.Boş-boş işlərnən məşğul olmaqdansa kasıb-kusuba əl tutsalar daha yaxşı olar Allah bunlara şəfa versin Amin

Kimdən: Müəllim Haradan: Bazarbaycan
02.05.2009 12:08
Bayram var xalq onu qeyd edir, bayram var hansısa etnik qrup onu qeyd edir, bayram da var hansıasa tayfa onu qeyd edir. "Yeni azərbaycanlıların" zehniyyatının məhsulu olan "gül bayramı", "qayıdış bayramı" , "valentin günü" və bu kimi xalqa sırımaq istədikləri digər "bayramlar" bir tayfanın bütöv bir xalqı "yenməsinin" eyforiyasından yaranır. Amma, inşallah, gec-tez unudulub tarixin ironik arxivinə qovuşacaq.

Kimdən: Derbendov
01.05.2009 21:35
hele bildiyimiz ancaq bayram kecirdmekdit. dovlet xalqa gelsin hesabat versin gorek ki kecen il 4mln manatdan artiq xerc cekilmisdi bu "bayram"a neye gore???

Kimdən: KA
01.05.2009 15:12
BU MİLLETİN AXİRİ HARA GEDİR EYYYYYY İNSANLAR

Kimdən: Cavanşir Haradan: Zəngilan
01.05.2009 09:24
Ay camaat bəs bu maliyyə böhranı tüğyan eden vaxda gul bayramı kimə lazımdir?? Kim suala düzgün cavab verse mükafatlanacaq..

Kimdən: ü
28.04.2009 15:37
Samir sən elə gülə baxsan yaxşıdır Sənə pul versələr camaatı tapdalayarsan

Kimdən: Samir
28.04.2009 13:18
Neft pullari su kimi axir ciblere. Bize de qalir gullere baxmaq.

Kimdən: naughty_girl Haradan: Baki
28.04.2009 13:10
Ay millet, kef eleyin eeeeee.....ACLIQ OLSUN KEF OLSUN!!!!

Kimdən: Azeri_gozeli Haradan: Baki
28.04.2009 12:41
sonrada deyirler... iqtisadi bohran yasayiriq....

ACLIQ OLSUN, KEF OLSUN!!!!