Dinlə

Canlı efir

İşdən sonra - 1-ci saat

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

İranda türkçü molla həbsdən çıxdı

Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar

26.04.2009
... Heç təbrikə imkan da vermədi, tez-tələsik dedi ki, milləti zindanda ikən, özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar.

... İranda azərbaycanlı fəal, din xadimi Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar. Bu, fəalın üçüncü həbsi idi.

Sonuncu ittihamı bu imiş ki, fəala molla paltarı geymək qadağan olunubmuş, o da bu qərarı ədalətli saymayıb, ana dilində təhsil tələbi ilə keçirilən aksiyalara molla paltarında gedib:

- Əbdüləzim bəy, İranda həm molla, həm də türkçü olmaq nə dərəcədə çətindir?

- Bilirsiniz, bu libas məsələsi üzdə təqdim olunan bəhanədir ki, kənardan baxıb siyasi məhbus qiyməti verməsinlər. Əslində, məqsəd milli hüquqları qoruyan fəallara təzyiq etməkdir. Bundan başqa, İranda türkçü olmaq o demək deyil ki, biz radikal millətçiyik, hədəfimiz ancaq haqlarımızı müdafiə etməkdir. Onlar istəyirlər göstərsinlər ki, azərbaycanlıların istəkləri islam dinindən uzaqdır. Əslində, biz sübut edəcəyik ki, fars şovinizmi islamdan uzaqdır. Hesab edirik ki, mollalıq müstəqil bir fəaliyyətdir və bunun hökumət tərəfindən tənzimlənməsi hüquq pozuntusudur.

- Axırıncı bir ili həbsdə idiniz, nədir təəssüratınız, bu bir ildə İranda azərbaycanlı fəalların vəziyyətində dəyişiklik varmı?

- Fəallıq getdikcə artır. Təbrizdə, Ərdəbildə, Sulduzda, Urmu, Qoşaçayda fəallıq daha da yüksəkdir.

- Bəs sadə xalq arasında necə?

- Sadə xalq arasında da əvvəlki illərə nisbətən fəallıq çox yüksəlib. Əvvəllər ana dili haqda çox da danışmaq istəmirdilər, deyirdilər ki, dövlət dili bir olar. İndi heç olmasa deyirlər ki, onlar ana dilində təhsil istəyirlər, sadəcə, hökumətə qarşı çıxmaqdan çəkinmirlər.

- Belə bir arqument də vaxtaşırı səslənir ki, İran təbii olaraq separatçılıqdan çəkinir, ona görə də azərbaycanlılara ana dilində təhsil haqqı vermir.

- Bir millətin haqqını versən, ayrılmaz, verməsən, ayrılmaq istəyər. Hökumət də bunu bilir. Amma bir qrup fars şovinisti var ki, hökumətə təsiri yüksəkdir, bu adamların məqsədi Azərbaycan xalqını farslaşdırmaqdır, bizi farslara assimilyasiya etməkdir. Haqqını alan millət ayrılıq istəməz, odur ki, inanmıram ki, təzyiqlərin səbəbi ayrılıq qorxusudur.

- Əbdüləzim bəy, milli mətbuatla bağlı vəziyyət necədir?

- İranda problem təkcə ana dili təhsili ilə bağlı deyil. İranda haqqı istəmək də qadağandır. Bizim millətlə danışmaq imkanımız yoxdur. Fəalların kiçik qəzetlərini də bağlayırlar, özlərini həbs edirlər. Gedin Təbriz televiziyasına baxın, adı Azərbaycan dilində televiziyadır, əsas verilişlər farsca verilir. Azərbaycan dilində olan verilişlər də hökuməti təbliğ edirlər.

- Təbrizdəkilərin Bakıdan gözləntisi nədir?

- Rəsmi Bakıdan ciddi dəstək hiss etmirik. Amma hökumətdən intizar çox olmaz. Çünki yeni müstəqillik qazanmış dövlətdir, qonşusu ilə münasibətləri pisləşdirmək istəmir. Azərbaycan hökumətindən bir istəyimiz var ki, Qarabağ problemini İran azərbaycanlıları arasında təbliğ eləsin. Buradakı azərbaycanlılar Qarabağ haqda az məlumatlıdırlar. Amma əsas intizarımız Azərbaycan xalqından, ictimai təşkilatlardan, televiziyalardandır. İstərdik ki, bizi özgə yox, özlərinizdən bilsinlər.

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.
Bu forum dayandırılıb
    Növbəti 
Səhifə (2)
Kimdən: Javid Şəhər: Təbriz
03.05.2009 20:55
Əbdüləzim bəy ve ayrı milli fəallarimiz dünyaye sabit edirler ki Azərbaycan milləti azadlığın hərhalda alacaq. Bizmim millət bu yolda iradə və səbrilə qədəm götürəcəkç və inşallah İranin başqa millətlərinidə oyadacaq.

Yaşasin Azərbaycanç və yaşasin Azad İran

Kimdən: IBRAHIM Şəhər: Əslən Göyçədən
01.05.2009 16:20
Salam Əbdüləzim Bəy.
Sizin "Millətim zindandakən özümü azadlıqda sana bilmərəm" kəlamınız (Sizin sözlərinizi belə qəbul edirəm) müdrük bir ifadədir. Bir anlığına mənə elə gəldi ki, bu sözləri BÖYÜK ƏBÜLFƏZ BƏY deyir!
Sizə can sağlığı və bu müqəddəs işdə uğurlar arzulayıram.

Kimdən: Zöhrab İsmayıl Şəhər: Bakı
27.04.2009 21:36
Allah razı olsun qardaş, biz əlbət ki, sizinləyik. Amma bizim də gözümüz sizdedir, axı millətin çoxu Cənubi Azərbaycandadır... Dərindən düşünəndə, Şimalın da gələcəyi sizdən çox asılıdır...

Kimdən: nedim Şəhər: adıyaman-türkiye
27.04.2009 18:41
ah sultan fatih,alpaslan,oğuzhan,atilla,atatürk biriniz gelin artık biriniz gelinde bu dünyanın uyuyan devini uyandırın,18 yy dan bu yana türk soykırımı yapılıyor ve kimse bunu görmüyor,avrupada,asyada dünyanıın neresinde bir türk varsa orası türkistandır allahın izniyle günü gelince yine biz türkler bu dünYADA adalet ve düzen salacağız inanalım ve vazgeçmeyelim NE MUTLU TÜRKÜM DİYENE..

Kimdən: Adil
27.04.2009 02:50
Halaldir, qardash! Siz olduqca semimi shekilde bu mubarizeye qoshulubsuz. Kiminse eline baxin, shuar verenlerden deyilsiz. Haqqinizi haqq olaraq teleb edirsiz. Allah yardimchiniz olsun! Shovinizm Islam amallarina zidd bir fenomendir ve efsuslar olsun ki, Iranda da fars shovinizmini yashadan uzdeniraq quvveler var. Allah butun milletleri bu shovinizm xesteliyinden uzaq eylesin! Yolunuz achiq olsun, qardash, bashiniz her zaman uca olsun! Peygamber libasi geyinen shexs her zaman haqq-edaletin terefdari olmalidir. Kashki diger ruhaniler de haqqi demekden chekinmesinler. Axi dinimiz bize haqq terefdari olmagi oyredir...

Kimdən: Qafqazli
26.04.2009 23:41
Biz sizinleyik. Hormetli oxucular Irana islam dovleti demek olarmi? Mence yox. Iran hokumeti bilinmir ne dine qulluq edir.

Kimdən: oguz Şəhər: turan
26.04.2009 21:27
sebr et milletim,bu da gelib gecher,gun geler sixariq ellerinizi,ederik TEBRIZI BASH sheher,ahhh...TEBRIZ...GOZLE GELECEYEM...BIZ GELECEYIK...ORAYA-TEBRIZE GELECEYIK.

Kimdən: AGA
26.04.2009 20:40
deyirem yerli televiziyalar bizi yaman eziz bilirler.........

Kimdən: Cebheci genc Şəhər: Azerbaycan
26.04.2009 18:27
Azadliq ugrunda mubarize aparan qardashlarimizla bir yerdeyik!

Kimdən: TÜRK OĞLU Şəhər: BAKI
26.04.2009 17:03
siz özgə deyilsiniz..ƏT SÜMÜKDƏN AYRILMAZ..TANRI TÜRKÜ QORUSUN..
    Növbəti 
Səhifə (2)
Şriftin ölçüsünü dəyiş - +