Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / İslam və demokratiya

Türk məktəbləri nurçuluq və pantürkizm yayır?

Xarəzmidə Türk məktəbi

Xarəzmidə Türk məktəbi

21.04.2009
Orta Asyada türk məktəbləri 1990-cı illərin ortalarından açılmağa başlayıb. Təkcə Özbəkistanda 65 belə məktəb var idi. Bunların çoxu özəl məktəblər idi.

Qırğızıstanda isə məktəblərin sayı az olub, bu günün özündə 25 türk məktəbi var – eyni zamanda 2 universitet də fəaliyyət göstərir.

Türk məktəbləri hətta regionun farsdilli ölkəsi olan Tacikistanda da yetərincə populyarlıq qazanıb. Tacikistandakı belə məktəblərdə oxuyanların və uşaqlarını oxudanların çoxu deyir ki, türk məktəbləri ölkədə ən yüksək səviyyədə təhsil verən yerlərdir.

Bu məktəblərin populyarlığın bir səbəbi də İngilis, Rus, Türk və Tacik dillərini öyrətməsidir.

Sumbula Xocanazarova Düşənbədəki Hacı Kamil litseyinin müdiridir və deyir ki, bu məktəbi bitirən uşaqlar bütün sadlanan dillərdə mükəmməl danışa bilirlər:

«Xüsusilə də İngilis dilində. Şagirdlərə həftədə 16-17 saat ingilis dili keçilir. Biz dünyada mövcud olan ən yaxşı sınanmış metodlarla ingilis dili öyrədirik, bu proqramları isə ölkədəki başqa məktəblərdə tədris eləmirlər».

Orta Asiyadakı türk məktəblərinin populyarlığının bir səbəbi də müasir binalar, avadanlıqlarla təchiz olunması, təhsildə nizam-intizam və keyfiyyətdir.

Düzdü bu cür məktəblərdə təhsil də heç də həmişə havayı olmur. Ancaq elə Azərbaycanda olduğu kimi, özəl litseylərdə təhsil haqlarından yaxşı oxuyan tələbələri azad eləyirlər. Azərbaycanda özəl türk litseylərində təhsil haqqı illik 5 min manat həndəvərindədir. Orta Asyada isə bu rəqəm nisbətən aşağıdır.

Amma Azərbaycanda fərqli olaraq, Orta Asiyada indi Türk məktəblərinin başını qara buludların aldığını demək olar. Səbəb isə həmin məktəblərdə təkcə yüksək keyfiyyətli təhsil yox, dini təmayüllərin və pantürkizmin yayılması iddialarıdır.

Yeri gəlmişkən – bu cür iddialar bir neçə il əvvəl Bakıda da səslənirdi. Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev düz iki il əvvəl «Azadlıq» Radiosuna demişdi ki, Bakıdakı türk məktəbləri nurçuluq cərəyanını yayır və Azərbaycanda 2010-cu ilə qədər 5-6 min nəfərlik yüksək təhsilli, peşəkar dini elita yaratmağı hədəfləyiblər:

«Azərbaycandakı türk məktəbləri islam elitası yaratmaq istəyir. Bu elit təbəqənin sıralarında təxminən 5-6 min nəfər cəmləşib. Belə yüksək səviyyəli elita Azərbaycanda müəyyən işlər görə bilər. Hətta məzunların işə düzəlməsini də bu qrup izləyir. Nurçular belə bir proqramı 1992-ci ildən həyata keçirirlər. 2010-cu ilə kimi proses qurtaracaq və onları dəstəkləyəcək elit təbəqə formalaşacaq».

Düzdü sonradan Rafiq Əliyevin bu iddialarını həm türk təhsil müəssisələri, həm Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri, həm də Azərbaycan təhsil nazirliyinin nümayəndələri təsdiqləmədilər.
Öz içindəki qorxurlar üzündən Kərimov Vəhhabilər, Hizb-ut-Təhrir, Əkrəmiyyə cərəyanlarıyla vuruşur. Onların hamısı indi məhv edilib, ona görə də Kərimova yeni düşmən lazımdır. Bu onu göstərir ki, ölkənin içində problemlər var və Kərimov da özünü təhlükədə hiss eləyir. Camaatı qorxu içində saxlamaq üçün, onların fikrini sosial və iqtisadi problemlərdən yayındırmaq üçün onun həmişə yeni düşmənlərə ehtiyacı var
Həmin məktəblərdə həftədə 1-2 saat din dərslərinin keçirildiyini bildirən Dini Qurumlarla Dövlət Komitəsinin indiki rəhbərliyi vəziyyəti nəzarətdə saxladıqlarına əmin edirlər.

Xəzərin o tayındasa bu cür məktəbləri dövlət yetərincə ciddi nəzarətdə saxlamağa çalışır.

Türkmənistanda türk məktəblərinə regionun tarixiylə bağlı dərslərin keçilməsi qadağan olunub. Tacikistanda tez-tez bu məktəblərin proqramlarını yoxlayırlar ki, orda pantürkist ideyaları yayılmasın.

Amma Özbəkistan hakimiyyəti 1999-cu ildə Ankarayla münasibətləri bir az korlanan kimi türk məktəblərinin hamısını bağlayıb.

O vaxtdan 10 il keçsə də İslam Kərimov hakimiyyəti türk məəktəbləri məsələsini hələ bağlamayıb. İndi də məktəbləri yox, bu məktəbləri bitirənləri təqib eləyir.

Son aylarda Özbəkistan polisi türk məktəblərini bitirən azı 8 nəfəri həbs eləyib. Onları Özbəkistanda qadağan olunan «nurçuluq» cərəyanını yaymaqda ittiham eləyib 6 ildən 8 ilə qədər həbs cəzası veriblər.

Nurçuluq Özbəkistanda 90-cı illərdən yayılmağa başlayıb, amma dövlət hər zaman onları ölkədəki dünyəvi sistemi dağıtmaq cəhdlərində ittiham eləyib, sonda tamamilə qadağan eləmişdi.

Amma indi Özbək rəsmiləri deyirlər ki, türk məktəblərini bitirən nurçular aldıqları təhsilin yüksək keyfiyyətindən istifadə eləyib, asanlıqla ali məktəblərə qəbul olurlar, sonrasa rahatlıqla karyeralarını davam elətdirib, dövlət vəzifələrini də tuturlar. Sonra isə dövlətin qurulunu da dəyişməyə cəhd eləyəcəklər. Yəni, təxminən Rafiq Əliyevin Azərbaycanla bağlı dediyi ssenaridə olan iddialar.

Amma həm nurçular özləri, həm də Özbəkistandakı sıravi insan haqları fəalları bu iddiaları ciddi qəbul eləmirlər.

Rusiyada, Novosibirsk Universitetinin professoru olan İlhom Merocov da Özbəkistanda vaxtilə türk məktəbini bitirib. Hətta nurçular deyilən cərəyanın banisi sayılan Səid Nursinin kitablarını ruscaya da tərcümə eləyib. Amma deyir ki, türk məktəbləriylə nurçuluq arasında hansısa bağ axtarmaq bir az mənasızdır. Əslində nurçulara qarşı indi başlanan kampaniyalar Özbəkistan hakimiyyətinin növbəti uydurmalarıdır. Səbəbsə odur ki, prezident İslam Kərimov elə də yaxşı münasibətləri olmayan Türkiyənin onu devirməsindən qorxur.

Özbəkistandakı siyasi şərhçi Toşpulat Yuldaşov isə deyir ki, sadəcə avtoritar rəhbərlər düşmənsiz yaşaya bilməzlər, ona görə də repressiyalarına haqq qazandırmaq üçün zaman-zaman özlərinə düşmən uydurub-onları həbs eləyirlər:

«Öz içindəki qorxurlar üzündən Kərimov Vəhhabilər, Hizb-ut-Təhrir, Əkrəmiyyə cərəyanlarıyla vuruşur. Onların hamısı indi məhv edilib, ona görə də Kərimova yeni düşmən lazımdır. Bu onu göstərir ki, ölkənin içində problemlər var və Kərimov da özünü təhlükədə hiss eləyir. Camaatı qorxu içində saxlamaq üçün, onların fikrini sosial və iqtisadi problemlərdən yayındırmaq üçün onun həmişə yeni düşmənlərə ehtiyacı var».

Türk məktəbləriylə bağlı bir faktı isə, nə Azərbaycanda, nə də Xəzərin o tayında - Orta Asiyada danmırlar. Bu da burdakı təhsilin doğrudan da yüksək səviyyəli olmasıdır. Hər il həm Orta Asya, həm də Azərbaycanda bu cür məktəbləri qurtaranların daha böyük hissəsi ölkənin ali məktəblərinə qəbul olunur və sonradan yaxşı karyera qura bilir, nəinki dövlətin məktəbində tədris alanlar.

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.

DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (9)
Kimdən: NURIK Şəhər: USA
05.05.2009 22:49
Duz deyirsiz evvelce bu litseyler pulsuz idi, cunki Turkiyeye bagli idi. Ordaki ish adamalari maaliyyeleshdiridi.Sonra tabe elediler bizim tehsil nazirliyine ona gore qanun qayda pozuldu. Evvelce ancaq test usulu yolu ile sadece savadilari gotururduler, indi ise bazara ceviribler.Varlilar, vezifeliler zeng edir ki menim ushagimi goturmelise yoxsa baglayaram

Kimdən: anarat Şəhər: ordubad
04.05.2009 09:19
Gelin turk litseylerini qaralamayaq.Menim bir ovladim turk litseyini bitirib, oz gucu ile AZERBAYCANin en gozel universitetlerinden birine qebul olunub.Ovladimin bele bir litseyde oxumagi ile fexr edirem.Men orada din tebligi gormedim,amma gozel exlaq,ela tehsil gordum!Bu qarmaqarishiq zamanda bu litseyleri bitiren butun ushaqlara fikir verin. AXLAQ,terbiye,tehsil,VETENINE MEHEBBET EN IRELIDE GELIR!!!!!!!!!!
Gelin yaxshiya yaxshi, pise pis deyek, hec kimi,hec neyi qaralamayaq.Dunyanin 100-den cox olkesinde turk litseyleri var. NIYE O OLKE REHBERLERI senden-menden az bilir?!

Kimdən: Anarxist Şəhər: Baki
01.05.2009 19:55
Men o mekteblerde oxumamisam, amma bir iki shey deyim:
1) O mektebler bizim mekteblerden qat-qat vetenperver, geleceyini dusunen insanlar yaradir. Bizimkiler kimi rusvetxor, yaltaq, qapazalti yaratmir.
2) AKP-ni pisleyenler evvelce oz dovletimize baxsinlar. Meger bu dovlet bizde insan huququ, azadliq qoyub?
3) O mekteblerin dovletin eleyhine olub olmadigin bilmirem, amma heledise desteklemek lazimdi. Hec be bu dovletden pis ola bilmez.
4) Haminin SERBEST TOPLASMAQ, SERBEST DANISMAQ, FIKRINI DEMEK, OYRENMEK HAQQI VAR. O mektebler hec bir qanunu pozmur bizim bu "qanunperver" olkemizde.

Kimdən: Bakuboy
01.05.2009 13:12
Qardaslar necenci defedir ki, turk liseylerinde tehsil haqqinin 7-8 min oldugunu yazirlar. Nezerinize catdiriram ki,liseylerde tehsil haqqi siz deyen kimi 7000-8000 yox, 2000-4000 manat arasindadir.

Kimdən: IBRAHIM Şəhər: Əslən Göyçədən
30.04.2009 14:08
Əslində bir ölkənin ərazisində başqa dövlətin təhsil müəssisələri açması və tədris prosesini nəzarətdə saxlaması o qədər də qənaətbəxş deyil. Başqa məsələ, əyləncə mərkəzləri açıb ... təbliğ etməkdənsə, məktəblər açmaq daha xeyirlidir - bu sözsüz belədir. Dini dəyərlərin və milliliyin təbliğ edilməsi isə (yazılanlar döğrudursa) ikiqat xeyirli olar. Sadalananların əlamətləri müqəddəs üç rəngli bayrağımızda da əks olunub. Bunlarla yanaşı, bildiyimə görə ölkəmizdə fəaliyyət göstərən "türk litseyləri"nin şagirdləri digərlərinə nisbətən daha çox nailiyyətlər əldə edə bilirlər. Bunun nəyi insanları qane etməyə bilər?

Kimdən: litseymezunu Şəhər: Baki
29.04.2009 10:56
Hormetli Sumgayitdan olan Ferhad ,
Etyen Mahçupyanın Zaman qazetinde yazılar yazdığını bilirsiz, amma əziyyət çəkib nə yazdığı ilə maraglanmamısınız. Mahçupyan Ermənilərin soyqırım iddialarını dəstəkləməyən tək tük ermənilərdəndir, öldürülən Hrant Dink də beləydi. link : http://www.zaman.com.tr/haber.do?haberno=506323&keyfield=6D6168C3A7757079616E

Ermənistan ermənilərinin çoxsu Mahçupyanı satqın hesab edir.

Yadınıza salıram 1988 Fevral Sumqayıt hadisələrini : Krunta-Asalaya pul köçürməyən ermənilərin evləri əvvəlcədən müəyyənləşdirilmiş, sonra təxribatçılar tərəfindən həmən ermənilərin evlərinə basqınlar olmuşdu. Dünya ictimaiyyətinə də belə xəbər verildi ki, Azərbaycanlılar dinc erməniləri qətl etdilər. Əslində isə təxribatçı ermənilər bir daşla ustaca 2 quş vurmuşdular. Türkiyədə Hrant Dinkin öldürülməsi bunun eynisidir.

Hərkəsdən xahiş edirəm nəyin xeyrimizə, nəyin əleyhimizə olduğunu yaxşı yaxşı götür qoy etsin.

Litseylərin məncə müsbət cəhətlərindən biri də düşünmək, analiz etmək qabiliyyəti olan insanları yetişdirməsidir

Kimdən: Cefer Şəhər: Baki
28.04.2009 23:04
Men de bu liseyin mezunu olmusham, amma burada bezilerinin yazdigi "onlarin choreyini yemisiz" fikri ile razi deyilem, qardash, eskine onlar bizim choreyimizi yeyibler, hele bir ustunden su da ichibler ve oz emellerinin tebligi uchun xercleryirler. Fikir verin, litseyler yeni achilanda tehsil pulsuz idi, qardashim yeni Azerbaycanda o qedermi inflyasiya getdi ki, qiymetler birden-bire 6-7 min manata qalxdi??
Bu "telim ve terbiyeli ushaqlar" sozu de onlarin dilinden beyinlere yeridilen bir arqumentdir. 12-13 yashinda ushagi goturub beynini qorxu, yaltaqliq ile dolduranda ele olacaq da!!!!

Kimdən: ilkin
28.04.2009 22:17
Men sadece fakta dayanan meseleleri bildirmek isteyirem. Liseylerde hech de panturkizm ideyalari yayilmir. Ikincisi, burada lisey shagirdlerine tam olaraq dine ibadet etmek mecbur olunmur, amma fakt da odur ki, orada chalishan her bir muellim, her bir qrup rehberi dindar adam olur ve en azi siravi ishchilerden ibadet etmek teleb olunur. Qisasi dunyevi ideyalar teblig olunmur, eksine nurchuluq kimi cereyanlar yayilir. Tehsile gelince ise konkret Bakida liseyin illik haqqi eshitdiyime gore 8000 manatdir. Burada da hedef varli ovladlarini celb etmekdir.Ozu de ancaq oglanlar... Sual yaranir niye? Bax bunu arashdirmaq lazimdir.
Hem de, burada sadece turk liseyleri haqqinda yazilib, amma bu shebekeye universitet ve hazirliq kurslari, yataqxanalar ve s. aiddir. Dogru buyrulub ki, meqsed elita yaratmaqdir, genishlenmekdir..Niye, ne sebebe, nezer noqtesini bura cemlemek lazimdir? Xahish ederdim ki, jurnalist bununla bagli da arashdirma aparsin..

Kimdən: ilhamə Şəhər: bakı
28.04.2009 21:06
Vaxt var idi Azərbaycan Ali Məktəblərində,Naxçıvanskidə Türk hərbiçiləri dərs verirdi.O zamanlar mənim qardaşım oğlu da orada təhsil alırdı,o deyirdi ki,"mən fəxr edirəm ki,hərbiçiyəm"-lakin bizimkilər turkləri min-bir bəhanə ilə sıxışdırıb buradan çıxardıqdan sonra onun əli-qolu soyudu dərsdən,çünki bizimkilər hər şeyi pula satıblar.İndidə Misir yəqin paxıllıqdan bu məsələni atdırıb ortaya ki,rüşvəti bir azda çox yığsın.

Kimdən: Yasin Şəhər: Baki
28.04.2009 19:33
Indiki Dinsiz,imansiz memurlardansa ele bele dindarlarin gelmeyi daha yaxshidir,hec olmasa Allah qorxusu olar ureklerinde...!
    Növbəti 
Səhifə (9)