Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 05:57

Verilişlər / İz

«Mir Qəzəb»in məhkəməsi

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Mircəfər Bağırov
1956-cı il aprelin 12-də Azərbaycanın kommunist rəhbərləri üzərində başlayan məhkəmə nəyi üzə çıxardı və nələr qaranlıq qaldı?

1956-cı il aprelin 12-də Bakıda keçmiş Dzerjinski adına klubda (indiki Şəhriyar Mədəniyyət Sarayında) Azərbaycan Kommunist Partiyasına 20 ilədək rəhbərlik etmiş Mircəfər Bağırovun məhkəməsi başlayıb.

Həmin il aprelin 26-dək sürən məhkəmə kommunist rəhbərlər Bağırov, Markaryan, Qriqoryan və Borşov haqqında ölüm hökmü çıxardı. Digər rəhbər şəxslər – Atakişiyev və Yemelyanovu 25 illik həbs cəzasına məhkum edildi. Bu məhkəmə Stalin repressiyalarına hüquqi qiymət verilməsi baxımından (bütün yarımçıqlığına, yarıqapalı şəraitinə və siyasi hay-küyünə baxmayaraq) önəmli bir tarixi olay idi.

«İz» proqramının bu sayında sözügedən dövrün tanınmış araşdırıcısı tarixçi alim professor Eldar İsmayılov «Kim idi Mircəfər Bağırov? Bu ad nədən ya qorxu qarışıq nifrət, ya da bəzilərində heç cür gizlədə bilmədikləri xiffət doğurur? 1956-cı il aprelin 12-də Azərbaycanın kommunist rəhbərləri üzərində başlayan məhkəmə nəyi üzə çıxardı və nələr qaranlıq qaldı?» və s. suallara aydınlıq gətirməyə çalışır.

Azərbaycanın yaxın tarixinin bu gün də önəmini itirməyən bəzi gerçəkləri öyrənmək istəyirsinizsə, «Azadlıq» radiosu sizə bu şansı yaradır: «Səs» bölməsini «tıkla»yın və dərhal 53 il öncənin bütün dünyada səs salmış olayından geniş xəbər tutun.

«Mir Qəzəbin məhkəməsi» adlanan bu «İz»də totalitarizm barədə sovet həbs düşərgələrində yayılmış deyimlərlə, Nobel mükafatçısı V. Nabokovun unudulmaz fikirləri ilə və başqa unudulmaz açıqlamalarla da tanış ola bilərsiniz.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: eldar Haradan: baki
14.04.2009 12:34
Mən ona nifrət edirəm. TÜRK və insanliq düşməni, əlini on minlərlə Türk qanına batırmış qatil, aydınlıq, ziya və nur düşməninə öz seyyid adı qənim olsun! ALLAH o dünyasında Cəhənnəmi ona əbədi məskən etsin! Amazapsın nökərinə mənim münasibətim dediyimdən daha sərtdir. Sadəcə oxuculara hörmət əlaməti olaraq, dilimin ucuna gələnləri yaza bilmirəm. Ancaq nə etmək olar? Tariximizdir, mütləq bilməliyik. Sevda xanıma təşəkkürlər!

Kimdən: Altay Haradan: LA
14.04.2009 02:30
Eldar müəllim Allah canıni sağ eləsin indi dogrunu dedin "kitab yazsa idim bağqa cür yazardım@. O monstr olub.
Anarın yazısını başa düşmək olar ağrıdıci shexsi irsi irs var... Sadəcə mən tarixin saxtalaşdırılmasının əleyhinəyəm. Eldar müəllimdə əsl tarixçı kimi danışdı. Yoxsa mənim hörmət etdiyim Teyyub Qəni kimi həm Rəsulzadəni təriflə həm Bağırovu. belə olmur. Heç kim demir ki, as, kəs amma doğrunu gizlətmə. Rəsulzadə də Bağırov da yaxşı ola bilməz. Belə şey sadece olaraq olmur. Uğurlar!

Kimdən: İlqar Abdullah
13.04.2009 22:44
İndiki vəziyyətdə bizə Bağırov (Mircəfəri deyirəm,Kamranı yox)kimi rəhbər lazımdır.Rüşvətxorluğun kökünı bir-iki günün ərzində kəssin.Bu xalqa hələ gemokratiya tezdir.Nə qədər ki ölkədə yerlibazlıq,qohumbazlıq,tayfabazlıq hökm sürür,bizə demokratiya lazım deyil.Bizə Mircəfər kimi,Pinocetta kimi diktator gərəkdir.