Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Əhalinin siyahıya alınması başladı


Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ildə siyahıya alınıb
Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ildə siyahıya alınıb
Aprelin 13-dən aprelin 22-dək Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək. Bu barədə «Azadlıq» radiosuna Dövlət Statistika Komitəsinin şöbə müdiri Ziyad Abbasəliyev məlumat verib.

Onun sözlərinə görə, sorğu anketinə 35 sual daxil edilib. Sualların 29-u vətəndaşın özü, 6-sı isə onun mənzil şəraiti ilə bağlıdır.

Xaricdə yaşayan Azərbaycan vətəndaşları isə səfirliklər vasitəsi ilə siyahıya alınacaq. Mayın ikinci yarısından siyahıyaalma üzrə sorğu anketləri Dövlət Statistika Komitəsində toplanacaq. Komitədə də bir il ərzində araşdırmalar aparılacaq.

Azərbaycanın Dağlıq Qarabağ regionunda 1989-cu ildə yaşayan 120 min insanın sayı avtomatik olaraq siyahıyaalmanın yekunları ilə bağlı sənədlərə daxil ediləcək.

Əhalinin siyahıya alınmasına 8 milyon manat vəsait ayrılıb və bu işə 24 min işçi cəlb olunub.

Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ildə siyahıya alınıb. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda əhalinin sayı 8 milyon 753 min nəfərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG