Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Panorama

«Hətta Qarabağa görə Rusiyapərəst siyasət aparmaq olmaz»

Zərdüşt Əlizadə və Rasim Musabəyov

Zərdüşt Əlizadə və Rasim Musabəyov

11.04.2009
«Anti-Türkiyə təbliğatı aparmaq yaramazlıqdır».

Bunu «Panorama» verilişində politoloq Rasim Musabəyov deyib. Ancaq o düşünür ki, prezident İlham Əliyev Türkiyə-Ermənistan sərhədinin açılması istiqamətində aparılan danışıqlara sərt təpki verməkdə haqlıydı.

R. Musabəyov deyir ki, əvvəlcə sərhədi açmaq üçün danışıqlar aparıb, sonra bu prosesi dayandırmaq həm Azərbaycan, həm də Türkiyənin mənafeyinə cavab verir:

«Türkiyə bununla bütün dünyaya nümayiş etdirə bilər ki, o, sərhədlərin açılmasına razıdır. Bunu hər an edə bilər. Ancaq Ermənistan işğalçı siyasətindən əl çəkmir. Onsuz da Türkiyə sərhədi açsa, ona qarşı yeni-yeni şərtlər işə düşəcək…».

R. Musabəyov hesab edir ki, Azərbaycan hökuməti də xarici siyasətində ehtiyatlı olmalıdır. Onun fikrincə, bütün hallarda qəti Rusiyapərəst siyasət aparmaq olmaz:

«Hətta Qarabağ münaqişəsinin həlli hesabına belə gedib Rusiyanın qucağında oturmaq olmaz...».

Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın imkanlarından istifadə etməlidir:

«Azərbaycanla yaxın münasibətlər qurmaq, Orta Asiyanı nəzarətə götürmək Rusiyaya müstəsna üstünlüklər verə bilər. Ancaq Rusiya da Ermənistanı təcavüzkar bir alət kimi istifadə etməkdən əl çəkməlidir…».

Z. Əlizadə deyir ki, əvvəlcə danışıqlar aparıb, sonra sərhədlərin açılmasını təxirə salmaq Türkiyə və Azərbaycanın razılaşdırılmış siyasəti də ola bilər.

Ancaq R. Musabəyov Türkiyə və Azərbaycan hökumətlərinin belə çevik siyasət yeritmələrinə şübhə ilə yanaşır…
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vetendaw Şəhər: Veten Dawindan
13.04.2009 04:22
Buda dunya wohretli siyasetin axirimi deyim,evvelimi yoxsa ten ortasimi.2007-ci ilin dekabr ayinin axirlarinda,"Lider"kanalda PA-nin wobe mudiri cenab Hovruz Memmedov demiwdir ki,2008-ci ilde Azerbaycan ve Ermenistan daniwiqlari,daha da intensivlewecek.Men onda ayildim ve Eliyevler siyasetinin tukenmez bir enerji ile,yorulmadan 10 iller bundan sonrada davam edeceyine,eminlikle inandim.YAP-in en siravi uzvleri bele,politoloqlardan cox bilirler.Meselen;men eminem ki,Rasim ve Zerduwt beyler bir defe de olsun H.Eliyev haqqinda yazilan kitablarin uzun de acmayiblar.Bax savadsizliq burda ozun buruze verir.

Kimdən: eldar Şəhər: baki
12.04.2009 11:21
Zərdüşt bəy intellektinə uyğun olmayan fikir nümayiş etdirmişdir. Düzdür Rasim bəy çox güclü siyasi xadimdir. Ama Rasim bəylə görüşdə: «Azərbaycanla yaxın münasibətlər qurmaq, Orta Asiyanı nəzarətə götürmək Rusiyaya müstəsna üstünlüklər verə bilər. Ancaq Rusiya da Ermənistanı təcavüzkar bir alət kimi istifadə etməkdən əl çəkməlidir…» kimi fikir sərgiləmək heç bir çərçivəyə sığmır. Ola bilər Rasim bəyin çox incə ama dəmir arqumentləri qarşısında başqa bir şey demək istəyib ama alınmayıb və nəticədə belə səhvə yol verib. Nəsə inanmağım gəlmir. Zərdüşt bəy o qədər də sadəlöhv siyasətçi deyil. Rasim bəyin fikirlərini tam qəbul edir və müdafiə edirəm.

Kimdən: ehli Şəhər: baki
12.04.2009 01:58
Niye ay Rasim Musabeyov, demezlermi? Amerikaperest siyaset apardig ag güne cixdig? Umumiyyetle ne gerbperest, ne de Rusiyaperest siyaset aparmag lazimdir. Bu dövletler Azerbaycanin maraglarini tanimirlar. Bir umudumuz Türkiyeydi, o da arxamizdan gacir. Bu halda özümüzden bashga care yoxdur. Eger gazimizi, neftimizi Rusiyaya vermek lazimdirsa, vermeliyik, teki torpaglari geri gaytarsin. Onsuz da bu neftin-gazin bizlere ancag ziyani catir. Eger Baki-Ceyhanin baglanmasi namine Garabagin etraf rayonlari azad edilerse, bu sövdeleshmeye hemen getmek lazimdir.