Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Baş redaktor məhkəmə zalında həbs edildi

07.04.2009
«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bir il azadlıqdan məhrum edildi
Aprelin 7-də Yasamal rayon məhkəməsi hakim Tahir İsmayılovun sədrliyi ilə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin bir il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Baş redaktor məhkəmə zalında həbs edilib.

«Təzadlar» qəzeti ilə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədliyə isə 6 aylıq icbari iş kəsilib. 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynlinin sözlərinə görə, məhkəmə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin «Təzadlar» qəzetinə qarşı  Cinayət Məcəlləsinin 147-ci  maddəsi ilə iddiasına baxıb, böhtan və şərəf və ləyaqətinin tapdanması haqda iddianı əsaslı sayıb:

«İddiaya səbəb Zümrüd Məmmədlinin qəzetə müsahibəsidir. Həmin müsahibədə jurnalist Beynəlxalq Universitetdə saxta diplom alveri və korrupsiya faktlarına malik olduğu barədə danışır».

Məhkəmə prosesi iki ay bundan əvvəl başlayıb. Baş redaktor bu iddianı əsassız hesab edir.

Redaktorun həyat yoldaşı Yasəmən Məmmədovanın sözlərinə görə, Asif Mərzili məhkəmədən öncə qarşı tərəflə razılaşmanın əldə edibmiş:

«Hakim artıq hökm çıxardı. Həyat yoldaşımı böhtan, şərəf və ləyaqət maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etdilər. Asif heç vəkil də tutmamışdı, çünki məhkəmənin belə bir hökm çıxaracağını gözləmirdi. Barışıq adı ilə bizi aldadıb, Asifi həbs etdirdilər. Maşına basıb, Bayıl təcridxanasına apardılar».
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Turan
14.04.2009 13:32
Bu olke basdan-ayaga rusvet icindedi hamisini yazsaq gerek omurluk versinler ya da yox etsinler nece ki edirler

Kimdən: teymur Şəhər: wekiarankendi
12.04.2009 16:28
allah o hakimin olenlerine rehmet elesin.amma ne olardi kiwikimi qerar cixardardi hecolmasa 1 ce defede olsun bu millete yazixlari gelsin

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
09.04.2009 03:08
Asif Merzilinin hebsden cixmagina 364 gun qaldi.JURNALISTLERE AZADLIQ.

Kimdən: Vova Şəhər: Heydarabad
08.04.2009 22:16
Rüşvətdən danIşmaq olmaz

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
08.04.2009 12:40
Bu hakimiyyete Asif Merzili kimi haqqi yazanlar serf elemir.Ona ancaq Zelimxan Yaqublar,lazimdir ki,wenine terifler deyilsin.

Kimdən: Qorxaq
08.04.2009 12:14
Hamimiz etrafda olnlari goruruk.En yaxshi varianti men ozumcun secmishem,Azerbaycandan cixib getmek.Bu movzuya onuda elave etsem gozel olar.Menim en azindan 4 tanidigim var ki 5 il imtahandan kece bilmeyib en sonda ise Gencede Mellimler Insitutuna Bir Basha 4-kursa qebul olunub.Allah bizleri elencine mellimeden ders alan gelecek nesilden qorusun.En Yaxshisi variant burdan uzaq olmaqdr.

Kimdən: Vetendaw Şəhər: Veten Dawindan
08.04.2009 10:14
Elwad Abdullayev yoldawa bele bir sual.Eger bir adam 2005-ci ilden Rusiyadadirsa ve o bir defe de olsun Azerbaycana getmeyibse,2008-ci ilde onun diplomu yawagigi weherde gelib onun eline catirsa,bu diplom saxtatir,yoxsa yox?Bu yaxinlarda o diplomu veren muallimin de adin aydinlawdirib yazacagam.

Kimdən: Fərhad Şəhər: Bakı
08.04.2009 09:16
Versin işi appelyasiyaya, sonra da Aliyə, sonra da Avropa Məhkəməsinə. AİHM dəqiq udar işi. ağır cəzadır, üstəlik ona bu şərti olaraq verilməli idi. İlk dəfə törədilən cinayət olduğuna görə. Hakimlər mövqelərindən sui istifadə edirlər.

Kimdən: Wah ismayil Şəhər: Sank Peterburq
08.04.2009 01:29
Men butun jurnalist qardaw ve bacilarimdan xahiw edirem ki,qoymasinlar "Tezadlar" capin dayandira.

Kimdən: Wah ismayil Şəhər: Sank Peterburq
08.04.2009 01:21
Bilirem neye gore gozlerin yol cekir.Qarabagi gormek evezine,hebsxanani gordun.Ancaq hebcxanani onsuzda her gun gorurduk.Sizde,bizde,Qarabagi isteyen insanlarda,ondan oteri darixanlarda.Amma yaxwi oldu ki,wekilde gozlerimizin icerisine baxmirsan.Onsuzda senin "Qarabagi xilas ede bilmeyen xalqi,Allahda xilas etmeyecek" oyudun bu milletin duwunen ,leyaqeti olan insanlarin hem uwudurdu,hem de utandirirdi.Indide gozlerimizin icerisine baxsaydin utandigimizdan yere girerdik.Jurnalistlerin icerisinde cox istediyim,yazilarini acgozlukle oxudugum 5 neferden birisisen.Vetenden uzaqda yawasam da,coxlarindan xeber alirdim seni.Oxuyurdum"Tezadlarini".Men senede novbe catdigin gozleyirdim.Her gun bu hadise baw vere bilerdi.Cox maraqli bir meseleni senin diqqetine catdirmaq isteyirem.Senin kimi insanlarin hebs olunmasin yox,SENIN kimi insanlari kim werleyecek,kim werefini itirecek,leyaqetini alcaldacaq,menliyini-kiwiliyini satacaq,vicdanin axtalatdiracaq,bax onu tanimaq isteyirdik.Onsuzda Qarabag gedenden sonra coxlari ozun xerclemiwdi.Sadece olaraq bu mehkemelerde ozlerin tarixde"tesdiqleyirler".Qazamatin mutlu olsun QARDAWIM.Opurem seni.Seninle neyinki Qarabaglilar,Azerbaycanlilar,butun TURK dunyasi fexr edir.
    Növbəti 
Səhifə (2)