Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Qarabağ

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib

Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib

05.04.2009
«Biz Cənubi Qafqaz və Moldovada uzun müddətli regional münaqişələrin hələ də davam etməsindən narahatıq. Bu münaqişələrdə bütün tərəflər onun sülh yolu ilə həll olunmasına konstruktiv yanaşmalıdırlar. Biz münaqişə tərəflərini regional təhlükəsizlik və sabitliyi pozan bütün addımlardan çəkinməyə çağırırıq».

NATO-nun aprelin 3-ü və 4-ü Strasburq və Kehl-də keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində belə deyilir.

Bəyanatda qeyd olunub ki, alyans Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edir və eyni zamanda regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə də davam edəcək.

«Eyni zamanda, ATƏT-in regiondakı fəaliyyəti və səyləri də bizi sevindirir. Bu da öz növbəsində Qafqazda sabitlik və əməkdaşlıq platforması ilə müvəffəqiyyətlə tamamlana bilər».

Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib.

NATO-nun 60 illiyi çərçivəsində təşkil olunan bu sammitdə quruma üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri, NATO-nun Əfqanıstan strategiyasında irəliləyişləri müzakirə edilib.

Fransa rəsmi olaraq quruma tamhüquqlu üzv kimi qəbul olunub, Xorvatiya və Albaniya isə 27-ci və 28-ci ölkələr kimi quruma daxil ediliblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Rafael Şəhər: Baki
05.04.2009 20:07
Oz meqsedlerini gudurler ne erzi butovluyunu cammati aldadirlar nece ildi deyirler azerbaycanin erzi butovluyunu taniyiriq amma ne olsun

Kimdən: Adil Şəhər: Almaniya
05.04.2009 16:33
NATO ne vaxta qeder yalanlarindan el chekecek