Cümə axşamı, Aprel 24, 2014 Bakı vaxtı 11:22

Verilişlər / Can Bakı

Bakının Baş Planı bizi nə ilə təəccübləndirəcək?

Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənibSonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib
x
Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib
Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
İllərdir haqqında söz açılan Böyük Bakının Regional İnkişaf Planı hansı mərhələdədir? Şəhərin Baş Planı bizi nə ilə təəccübləndirəcək? Bakı bizi heyrətləndirəcək dərəcədə dəyişəcəkmi?

«Azadlıq» radiosunun «Can Bakı» proqramının suallarını Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev cavablandırır.

C.Qocayev deyir ki, Böyük Bakının Regional İnkişaf Planı Azərbaycan Arxitektorlar İttifaqı İdarə Heyətinin iclasında geniş müzakirəyə çıxarılıb:

«Yığıncağa ölkənin 40-a yaxın şəhərsalma mütəxəssisi qatılıb. İclas zamanı yerli şəhərsalma mütəxəssislərinə müraciət olunub ki, onlar Planın icrası ilə bağlı tenderdə iştiraka buraxılmaq üçün aprelin 10-a qədər ərizə versinlər. Nəticədə seçiləcək peşəkar icraçılar Planın yerinə yetirilməsi üçün tenderdə iştirak edəcək 6 şirkəti müəyyənləşdirəcəklər».

Şöbə müdirinin sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasına 5 milyon dollar ayrılıb. Bu vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

C.Qocayev bu məsələdə yerli memarların xeyli astagəl olmasından gileylənir:

«Səbəb də əsas onunla bağlıdır ki, memarların əksəriyyəti ayrı-ayrı tikililər sahəsində ixtisaslaşıblar. Ümumiyyətlə, bizdə şəhərsalma sahəsində memarlar qıtdır. Memarlarımızın bir qismi hələ də sovet dönəmindəki kimi təklif gözləyirlər».

Hələlik Bakının Baş Planın hazırlanmasına başlanılmayıb. C.Qocayev bildirir ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız «Şəhərsalma əsaslandırması» adlı sənəd hazırlayıb ki, müvafiq Baş Plan olmadan da müəyyən ərazinin şəhərsalma əsaslandırması hazırlana bilər:

«Uzun müddət üçün ehkam kimi baş plan hazırlamağa ehtiyac yoxdur. Bizim komitə dinamik bir sənədin hazırlanmasının tərəfdarıdır».

Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: BAKILI Haradan: BAKI
09.04.2009 16:04
SALAM.Ay camaat, ay millet bunlar kimin bashini qarishdirmaq isteyirler? Axi BAKIDA ne qalib ki indi de bash plan haqqinda danishirlar? Neyi harda geldi tikirler..... Heyif BAKIMIZDAN.....

Kimdən: Qoca
09.04.2009 00:00
Allah bizə ömür versin baxaq görək bu həngamənin axırı nə olur.

Kimdən: emin Haradan: bakidan
07.04.2009 17:42
Bugun Bakimizin bash plana yox bash bilene ehtiyaci var

Kimdən: Qurban Haradan: Bakı
07.04.2009 11:46
Bakının başçısı varki,baş planıda ola.

Kimdən: labirint Haradan: boz sheher
03.04.2009 22:31
hmmm...duzu memarliqdan ele de bashim cixmir...amma deyesen sheherin bash plana ele de ehtiyaci yoxdu...yeni onu reallashdirmaga yer qaqlmayib...
eger reallashacaqsa onda yer qazanlarin, dagidanlarin ishi boldu...

Kimdən: Oxucu
03.04.2009 17:10
Ay millet, Hech Bakinin Paytaxt Statusu yoxdur! Siz neden danishirsiniz :)
Hadise 2003 - 2004 - cu ilde bash verib!
Bir defe olkenin taninmish telejurnalistlerinden biri yeni tikilen binalarin birinde eyrilik ashakar edir. Ve bunu lente alir. Material efire gedenden sonra alem deyir biri birine. Binadan ev alanlar pullarini geri isteyir. Bina sahibi demek olar ki muflisleshir. Telekanal rehberliyine de tezyiq olur ki sujeti tekzib edin. Bina sahibi yeniden terleyir ve yeni rey alir. Reyde deyilir ki Bina duzdur :) Hacibala muellim de tapir jurnalisti. Deyir ki ay bala sen bilmirsen men deyim. Bu fizika qanunudur. Sen binaya ashagidan yuxari baxmisan Gozun de axib bina eyri gorsenib :) Jurnalist de deyir ay Hacibala muellim menim gozumun ve baxmagimin bura ne dexli. Kamera ile binani bir neche rakursdan chakmishik. Bina eyridir. Deyir yox ey senin gozun eyri gorub. Bir sozle Hacibala muelleme basha salmaq olmur ki, kamera altanda yuixari baxmayib. Eslinde mer de bilirdi ki jurnalist gozu ile baxib eyri gorse de, bunu gozu ile efire vermeyib ki. Fakti chakibler veribler efire. Sadece o ele demeli idi )) Sonda da jurnaliste deyib ki SENIN QELBINE SHEYTAN GIRIB :))) bAX BELE bu da Statusu olmayan Paytaxtimizin Icra Bashchisinin arqumenti :) Hele bir oyrenin gorun Azerbaycanin paytaxtinin niye statusu hele qebul olunmayib??? Mence bu xeber sizin uchun yenilikdir. Arashdirin da.

Kimdən: İlqar Abdullah Haradan: Yeni Bakımız
03.04.2009 15:35
Mənim mer Hacıbala müəllimin bu sözlərindən çox xoşum gəlir:inandırım sizi ki,biz Bakımızı tikə-tikə sevmırik,sevə-sevə tikirik.

Kimdən: Şahin
03.04.2009 08:59
Mən bir vətəndaş kimi indidən xəbərdarlıq edirəm ki, baş plan hazırlananda kommunikasıya və kanalizasiya kimi sistemləri də başa salın. Yoxsa tikilən binalar sizin üçün körpü zad deyil ki, tikəndən sonra böyrünü deşib içindən durba keçirdəsiniz...

Kimdən: gunel
02.04.2009 23:15
man basa dusmadim tikilanlari sokacaklar?bir da basa dusmak olmur Bakinin bas plani deyanda harani nazarda tuturlar?