şənbə, Sentyabr 05, 2015 Bakı vaxtı 04:05

Verilişlər / Can Bakı

Novella Cəfəroğlu: «Referendumdan sonra elə gülürəm…»

«Sonuncu dəfə nəyə ürəkdən gülmüsünüz?» «Azadlıq» radiosunun bu sualını tanınmış şəxslər cavablandırır

İsa Qəmbər, Müsavat Partiyasının başqanı
:

«Vəziyyət nə qədər ağır olsa da, problemlər çox olsa da, optimizmə üstünlük vermişəm.
İsa Qəmbər
Gülüşü, yumoru, hətta siyasi mübarizədə satiranın rolunu yüksək qiymətləndirirəm. Hakimiyyətin sarsaq hərəkətlərinə, dostlarla yumorlu situasiyaları yada salıb gülməyə üstünlük verirəm. Belə hallar tez-tez olur».

Novella Cəfəroğlu, hüquq müdafiəçisi:

«Mən referendumdan sonra elə gülürəm. Belə bir əhvalat var ki, bir padşah camaatı sıxışdırmaq üçün vergiləri artırır və sonra da vəziri göndərir ki, gedin, baxın, camaat nə edir. Vəzir də deyir ki, camaat ağlayır. Hər dəfə vergilər artanda, camaat ağlayır. Üçüncü dəfə vəzir deyir ki, camaat daha ağlamır, gülür, oynayır, qəhqəhə çəkir. Bax onda padşah daha vergiləri artırmır. Bizim də indi elə vəziyyətimizdir ki, hər gün gülə bilərik».

Səlim Babulaoğlu, Dünya Ədəbəiyyatı Dərgisinin baş redaktoru:

«Son dəfə ürəkdən bu gün səhər gülmüşəm. Oğlum aldatdı ki, «2» alıb. Sonra zarafat elədiyini dedi.
Novella Cəfəroğlu
Xeyli güldüm».

İsaxan Aşurov, vəkil:

«Bir dəfə möhkəm güldüyüm yadıma gəlir. Amma çox əvvəllər olmuşdu. Bir küçədə bir-birinə əks istiqamətdə maşınların çox tələsməyi məni çox güldürmüşdü».

Alim Qasımov, muğam ustası:

«Vallah, nə bilim, lətifə danışıblar mən də ürəkdən gülmüşəm. Amma o lətifələr indi yadımda qalmayıb. Hamının gülməyə ehtiyacı var. Baxır harada və kiminlə».

Nizami Cəfərov, millət vəkili:

İsaxan Aşurov
«Yadıma gəlmir. O qədər gülürük ki, bilmirik hansı əvvəl idi, hansı sonra».

Fəxriyyə Xələfova, modelyer:

«Son dəfə eşitdiyim lətifəyə gülmüşdüm. Mənası və məzmunu qeyri-adi idi. Adətən lətifələri, hansısa maraqlı əhvalatları eşidəndə ürəkdən gülürəm. Hətta lətifə kitablarını da çox məmnuniyyətlə alıb oxuyuram. Real əhvalat olanda isə hisslərimi büruzə verməkdən çəkinirəm».

Qənirə Paşayeva, millət vəkili:

«Onu deyə bilmərəm. Belə şeyləri yadımda saxlamıram ki, nəyə və nə vaxt güldüm».

P.S. Deyəsən bu işıqlı dünyada bizi ən çox gülməcələr güldürür…
Qənirə Paşayeva
Elə mən özüm də ən son bir Şəki lətifəsinə gülmüşəm:

Deyir, Şəkililərin məşhur Hacı dayısı heç cür pul qazanıb ailəsini saxlaya bilmirmiş. Axırda dəlləklik eşqinə düşür. Özünü verir Bakıya. İlk müştərinin üzünü sabunlayır, ona bir-iki Şəki lətifəsi danışıb ülgücü işə salır. Qulağının dibində bərk ağrı hiss edən müştəri dik atılır:

-Usta qədeş, bir az yavaş, qulağımı kəsərsən…

Hacı dayı də təzəcə kəsdiyi əlindəki qulağı müştəriyə göstərib deyir:

- Hayındı, habını diyirsən?
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Wah ismayil Haradan: Sank Peterburq
02.04.2009 04:20
Heyat seni guldurende gulursen,Kiwisense agladan da gul bir az.{muellifin adin unutduguma gore uzur isteyirem}He demeli bele.Abdal-Gulablini ermeniler bombarduman edirmiwler. Hele hec bir terefden QRAT qurgusundan istifade edilmirmiw.Alazanin mod vaxti imiw.Alazan atilanda goyde onu muwahide etmek olurdu,Wakir gorur ki,Alazan atildi onlara teref gelir.Onu gorende Allah Sen saxla,Allah Sen saxla deyir.Alazan Wakirin bawinin usten adlayib kecende,Wakir Alazana arxadan baxib deyir.Qadasin aldigim ne qeweng gedir.

Kimdən: Reporter106 Haradan: _
01.04.2009 17:53
Men Dilimovun "1 aprel" yazisina xeyli gulmushem... :-)

FORUMLAR

Xədicə İsmayıldan səsli mesaj...

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

40 şərh

QAQA: Darıxma, sakraşenyalar gedir bir neçə aya burda da səfalət ,aclıq başlayacaq,bunu sən gözəl ... davamı

Ölənin dostu: «Polisdə üstümüzü axtardılar. Heç nə çıxmadı»

Onunla birlikdə olan dostu Azadlıq Radiosuna danışır

26 şərh

Akif: Əgər dediyin həmin qüvvə varsa, onda nə üçün günahsız insanların ölümünə səbəb olan ... davamı

Mehriban Əliyeva - Birinci xanımlığa gedən yol

Azərbaycanın birinci xanımı, həm də hakim partiyada prezidentdən sonrakı pilləyə qədər irəliləmiş Mehriban Əliyevanın həyat yolu infoqrafikada.

16 şərh

Caspi: Hərəviz burda Azərbaycan Azərbaycan deyə bağırırsınız, amma adam kimi Azərbaycan əlifbası kompüterivizdə yoxdur. ... davamı

Neft erasının bitməyinə ona görə sevinirəm ki...

Bəlkə düz deyirlər, biz vətən xainiyik? Bəlkə xalqımızın düşməniyik? Bəlkə insan deyilik, allah bilir, nəyik?

13 şərh

Murekkeb vetandash: Ay sadə vətandaş. Səni-məni rüşvətvor edən də Rusların özləri idi. Çünki onlara belə ... davamı

Gülməli vəziyyətə düşürlər

"Bakıda kafe kabinetindən başqa ictimai qidalanma tərzi tanımayan adamlar burda kafelərdə rahat oturur..., amma “kam” alandan sonra deyirlər ki, bizdə daha yaxşıdır."

11 şərh

oxucu: Vuqar qardashim, saq ol, duz deyirsen, bizim milletden yaxshisi yoxdur, ele ona gore ... davamı

ABŞ Xədicəni azad etməyə çağırır

Böyük Britaniya hökuməti də jurnalist barədə çıxarılmış hökmü tənqid edib və Azərbaycanı öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb

11 şərh

Qaqaş: Maşallah qaçqınlarımıza nolub,evləri var,uşaqlarının da evi var,işləri var,çox şeyləri var.Ancaq mənim heç nəyim ... davamı

Sən burda otur! Başçı yerdəyişmələrinin faydası varmı?

Prezident İlham Əliyevin son fərmanları ilə bir neçə icra başçısının yerini dəyişib.

11 şərh

asif: sokub,talamaq metodlari ferqlidir.обмен опытом.rusca beledir.vesselam. davamı

Ən Çox...