Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Can Bakı

Qanunlara düzəlişlər jurnalistlərin işinə necə təsir edəcək?

Xalid Ağalıyev və Elçin Rüstəmli

Xalid Ağalıyev və Elçin Rüstəmli

25.02.2009
«Teleradio yayımı haqqında» və «KİV haqqında» qanunlara düzəlişlər mediada çalışanların işinə necə təsir edəcək? «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları bu suala cavab axtarıblar.

Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağalıyev deyir ki, medianı tənzimləyən qanunvericilik sistemi mütləq mükəmməl olmalıdır:

- Ümumiyyətlə, ondan başlamaq daha məntiqli olardı ki, nəyi dəyişirlər, niyə dəyişirlər və bu dəyişikliklərə zərurət varmı? Əslində, medianı tənzimləyən qanunvericilik sistemi mütləq mükəmməl olmalıdır. Bu baxımdan qanuna dəyişiklikləri zəruri hesab edirik. Amma hansı dəyişikliklər olacaq? Təəssüf ki, əlimizdə təklif olunan dəyişikliklərlə bağlı rəsmi sənəd yoxdur. Söhbətimiz bir millət vəkilinin agentliklərdən birinə verdiyi açıqlamasının üzərində qurulub. «Teleradio yayımı haqqında» və «KİV haqqında» qanunlarda dolaşıqlıqlar var. Ötən il xarici radiostansiyaların yerli tezlikdə yayımına qadağa qoyulan zaman bu bir daha üzə çıxdı. Milli Teleradio Şurasının rəhbəri də bildirdi ki, bir maddədə belə deyir, digər maddədə isə başqa cür. Bu dolaşıqlıqları aradan götürmək üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac var.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı isə deyir ki, bu dəyişikliklərdən ciddi mətbuat üçün təhlükə gözlənilmir:

- Avropa Şurasının Venesiya Komissiyası «KİV haqqında» qanunun daha təkmil və demokratik olması haqda rəy verib. Şəxsən mən Azərbaycanda mətbuat qanunvericiliyi bazasında elə də ciddi problem görmürəm. Sadəcə, bu qanunların işlənmə mexanizmlərində hansısa problemlər, çətinliklər ortaya çıxa bilər. Təbii ki, bu təkliflər haqda bəzi məlumatlar var.
Akif Aşırlı
Ciddi mətbuat üçün təhlükə gözlənilmir. Əsasən reket mətbuatın aradan qaldırılması istiqamətində təkliflər hazırlanıb. Fikrimcə, reket jurnalistikasını yaşadan məmur kütləsi sıradan çıxarılmalıdır. Məmur azad sözün nə olduğunu dərk etməli, jurnalistlə işləməyin texnologiyasını bilməlidir. Hansısa qanunsuzluq törədəndə ən zəif jurnalistin yanında belə, onun gözü kölgəli olsun. Digər bir müsbət təklif odur ki, ali təhsili olmayan şəxs qəzet təsis edə bilməz. Düzdür də, ali təhsili olmayan insan necə qəzeti idarə edə bilər? Qanunun sərtləşdirilməsi deyəndə, bunun müsbət tərəflərini də nəzərə almalıyıq.

«Bizim yol» qəzetinin redaktor müavini Elçin Rüstəmli isə deyir ki,
əgər məqsəd təkcə reket jurnalistikasına qarşı mübarizə aparmaqdırsa, onda bununla bağlı konkret dəyişiklik təklif etmək olardı:

- Axı burda başqa təkliflər də var. Məsələn, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə səlahiyyət verilir ki, dövlət təhlükəsizliyi ilə bağlı problemlər ortaya çıxarkən məhkəmə qarşısında təşəbbüs qaldırıb, bu haqda yazan mətbuat orqanını bağlatdıra bilərlər. Halbuki, mətbuatın çox ciddi problemləri var. Dəfələrlə Azərbaycanda «Diffomasiya haqqında» qanunun qəbul olunmasının və böhtana görə həbsi nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılması məsələsi qaldırılıb. Bu müraciətlərə baxan yoxdur. Bəs onda niyə güc strukturları mətbuatın başı üstündə «demokl qılıncı» olmalıdır? Niyə Milli Teleradio Şurasının səlahiyyətlərinin bir hissəsi güc strukturlarına verilməlidir? Mən bu dəyişikliklərdə pozitiv nöqtələr tapa bilmirəm.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: eldar Şəhər: baki
27.02.2009 10:50
Hazırkı iqtidarın mayası o cür yorulub da. "Bolşevik"lərin yetirmələri deyillər ki? Hansı rejimin yetirmələridirlər ki? Qanunların yanından ötüb keçməkdə, onlara məkrli düzəlişlər verməkdə, saxtakarlıq etməkdə o qədər ustalaşıblar ki? Mən artiq hakimiyyət mənsublarının konstitusiyaya hazırladıqları dəyişikliklərini meşədə ovçunun tələlər hazırlamağına bənzədirəm. Bu insanlar azərbaycan vətəndaşlarını ovlanmalı və ya sağılmalı heyvanlar kimi görürlər. Bir gün heyvan kimi gördüklərinin təpiklərini görməyənə qədər və həmin "heyvan"ın ayaqları altında yaxşıca ayaqlanmayana qədər, qısası kasıb itini döydüyü tək döyülmədikcə onlara insan olduğumuzu sübüt edə bilməyəcək, vəziyyətimiz acınacaqlı olmaqda davam edəcək.

Kimdən: laməkan Şəhər: naxçıvan
25.02.2009 23:27
Məqsəd azad sozü susturmaqdır.Onsuzda vəziyyəti ağır olan jurnalistlərin vəziyyəti birazda ağırlaşacaq.Bunların hansı qanunları mütərəqqi olub Kİ? İndidə qanunlarda mütərəqqi dəyişikliklər edilsin.Məmurlar müstəqil mətbuatın,azad sozün inkşafından qorxurlar.Müstəqil mətbuat nümayəndələri barmaqla sayılacaq qədər qalıb. Dəyişikliklərdən sonra onlarıda sıradan çıxardacaqlar.Sonra olacaq anoloqu olmayan bir inkşaf.

Kimdən: Elmir
25.02.2009 19:34
elchin duz deyir..