Dinlə

Canlı efir

Can Bakı

Növbəti veriliş

«ƏL QURUDAN»

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda azərbaycanlıların «Ana Dili Günü» kampaniyası

Ana dili günü ilə bağlı təbrik ismarışları

Ana dili günü ilə bağlı təbrik ismarışları

20.02.2009
İran Azərbaycanında milli hüquqlar uğrunda hərəkatın fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə geniş kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində Təbriz, Əhər, Mərənd, Ərdəbil, Urmiya və Sulduz (Nəqədeh) şəhərlərində təbrik ismarışları paylanıb.

Sellofana bükülmüş şirniyyatla birgə paylanan ismarışlarda «21 fevral UNESCO tərəfindən Dünya Ana Dili Günü kimi elan edilib. Bütün azərbaycanlılara, özəlliklə də həmşəhərlilərimizə mübarək olsun!» sözləri, eləcə də Şəhriyarın türk dili haqqında şerindən misralar əksini tapıb.

Məktəblilərə üzərində «Ana diliniz qutlu olsun - Türk dilində mədrəsə olmalıdır hər kəsə» yazılmış qələmlər paylanıb. Divarlara Azərbaycan dilində təhsil tələbilə şüarlar yapışdırılıb, kütləvi SMS-lər göndərilib. (Yazı videonun altında davam edir)

JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə

Yüklə
İran Azərbaycanındakı mənbələr bu kampaniyanın gizli aparıldığını bildirir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) verdiyi məlumata görə, böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilib.

Paytaxt Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilib ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər.

Ötən illərdə Ana Dili Günü münasibətilə azərbaycanca təhsil tələbilə keçirilən aksiyalardan sonra İranın bir neçə şəhərində kütləvi repressiyalar aparılmış, çoxu tələbə olmaqla, milli mədəni hüquqlar uğrunda hərəkatın fəalları bir neçə aylıq həbs cəzası almışdılar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
Bu forum dayandırılıb
İsmarışları sırala
 Əvvəlki    
Səhifə (2)
Kimdən: mehemed Şəhər: tebriz
21.02.2009 12:38
sag olun
bizim shehrin olaylarin yaxshi yazibsiz
sizin sayt guney azerbaycanin sesin dunyaya yayir
sag olun

Kimdən: keyvan Şəhər: venubi azerbaycan
21.02.2009 10:40
chox saqolun bunlari ishixlandirdikniza gure.

Kimdən: 1-lik
21.02.2009 04:49
Gec-tez Azerbaycan berpa olunacaq.Iranin bed siyasetinin ise axiri yoxdur.

Kimdən: Mesum Şəhər: Alem
21.02.2009 02:39
Rokfellerler 200 ilden cox Irani öz imperiyalari altinda tutmuslar 200 il Iranda yasayan azerbaycanlilarin tehsil hüquqlari ana dilleri resmi sekilde qadagan edilmis.ABD Irandan sele külesini yigib "gedib" indi barmagini disleyir ki bes ana dili hüquq besmekan.

Kimdən: kamran
21.02.2009 00:49
vaxt gelecek otayli bu tayli Azerbaycan birlewecek vahid AZERBAYCAN olaciyiq

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
21.02.2009 00:37
Butun Turk dunyasini,o cumleden o tayli,bu tayli mubariz xalqimi bu gozel gun munasibetile tebrik edir,Tanri Turku qorusun deyirem.Bu ne haqq,bu ne edalet cenab mollalar.Neynemek isteyirsiniz.Insanlarin qelbinemi gireceksiniz?Bu ne ayriseckilikdir.Niye xalqlari tebeqelere bolursunuz?35 milyon xalqa ne qeder kole kimi yanawmaq olar.Wah Ismayildan,Babekden,Cavanwirden,Settatxandan,Xiyabaniden,Piweveriden,Wehriyardan kolemi olar?Adinizi Islam olkesi qoyub,Islama leke salirsiniz.Allah ayriseckilik salanlari sevmez.Azadligi bir kere dadan millet,ne yolnan olur olsun Azad olacaq Inwallah.
 Əvvəlki    
Səhifə (2)