Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Azərbaycan dindarların ən az olduğu ölkələrdəndir

Azərbaycanda rəyi soruşulanların cəmi 21 faizi deyib ki, din gündəlik həyatlarında mühüm rol oynayır

Azərbaycanda rəyi soruşulanların cəmi 21 faizi deyib ki, din gündəlik həyatlarında mühüm rol oynayır

10.02.2009
Azərbaycan dindarların ən az olduğu ölkələrdəndir. «Gallup» sorğu mərkəzinin sorğusundan belə çıxır.

Mərkəz ölkələrin diniliyinin səviyyəsini öyrənmək məqsədilə üç il sorğu aparıb. 2006, 2007 və 2008-ci illərdə 140-dan çox ölkədə sorğu keçirilib.

Məlum olub ki, dünya əhalisinin orta hesabla 82%-i dini gündəlik həyatının mühüm hissəsi hesab edir.

Azərbaycanda isə rəyi soruşulanların 21%-i dini həyatının vacib hissəsi saydığını deyib.

Əslində «Gallup»un sorğusu göstərir ki, dindarlıq camaatın həyat səviyyəsiylə birbaşa bağlıdır.

Dindarların sayına görə, irəlidə olan 11 ölkədən 8-i yoxsul ölkələrdir. Dindarların siyahısında birincilər Afrika və Asiya ölkələridir.

Misirdə rəyi soruşulanların hamısı, Banqladeşdə, İndoneziyada, Konqoda 98%-i dini gündəlik həyatın mühüm hissəsi hesab edir.

Amma həyat səviyyəsi yüksək olan Birləşmiş Ərəb Əmirliklərində də göstərici 98%-dir.

Dindarların az olduğu ölkələr əsasən varlı ölkələrdir. Həyat səviyyəsi çox yüksək olan İsveç, Norveç, Danimarka, Honq Konq, Fransa və Yaponiya dindarların ən az olduğu ölkələrdəndir.

Azərbaycan da dindarların çox az olduğu ölkələrin siyahısına düşüb, Belarus da…

Sorğu müəllifləri hesab edirlər ki, bəzi keçmiş sovet ölkələrində dindarların azlığının səbəbi, dinin uzun illər qadağan olunmasıdır.

«Gallup» inkişaf etmiş 27 ölkədə sorğu aparanda məlum olub ki, belə ölkələrdə yaşayanların orta hesabla 38%-i dini həyatın mühüm hissəsi sayır.

Amma Amerikada vəziyyət başqadır. Varlı ölkələrdən olsa da, Birləşmiş Ştatlarda da dindarların sayı kifayət qədər çoxdur - 65%. Əlbəttə, ştatlar arasında fərq böyükdür. Mississipidə əhalinin 85%-i dini vacib bilir.

«Gallup» sorğunu ya üz-üzə söhbətlə, ya da telefon vasitəsilə keçirib. Hər ölkədə min nəfərin rəyi öyrənilib.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Oxucu
13.02.2009 01:47
Hami muselmanlarin coxalmasina dua edir mende ibret goturebileceyimiz muselman alimlerimizin cox olmasina dua edim. Bu olarsa muselmanda cox olar. :)

Kimdən: Cəlal Şəhər: Baki
11.02.2009 03:58
Salam aleyke ve r.ve b.Şerhim yoxdur ancaq 1 şey bilmek isteyirm ne vaxt Azerbaycanda soz azadligi olacaq ve bunun sebebi niye beledir dindarlarin az olmasi sadece bunu araşdirib cavab verin LUTFEN `Allah` rizasi ücün.Cavabinizi gozleyirem sebirsizlikle e-mail adresimde yuxaridadir.

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
11.02.2009 03:33
Allahim bu gece xetrine,Imam Huseyin qoyub getdiyi "mekteb"xetrine,hec bir gunahi olmayan korpelerimizin xetrine Yurdumuzdaki Allahsizlarin sayin azalt.Bizleri torpaq hesretiynen imtahana,daha cekme.Bizleri bir-birimize dost olmaqda yardimci ol Ya Rebbim.

Kimdən: ehli Şəhər: baki
11.02.2009 00:09
Milletimizin özünün ve dövletinin bu gününe ve geleceyine lageyd galmasinin en bashlica sebeblerinden biri de onun ateist olmasidir. Ne geder ki, ateistler coxlug teshkil edecek, o geder de zülm cekeceyik.

Kimdən: Mübariz Şəhər: Bonn
10.02.2009 19:29
ALLAH(cc) bütün Azärbaycan xalqina hidayät näsib eyläsin. Ey üräklärmizi evirib chevrän Rab'bimiz bütün xalq olaraq üräklärmizi Islam dini üzärindä sabit saxla.(Ämin)

Kimdən: Elman
10.02.2009 19:24
Azərbaycan yenə bütün qaydaları, qanunauyğunluqları alt-üst etməkdə davam edir. Nə qədər kasıb olsa da dindən bir o qədər uzaqdır. Absurdluğa davam!
Bizim ölkə heç bir ölçüyə, heç bir çərçivəyə sığmlr. Bir sözlə analoqu yoxdur.

Kimdən: Valeh Şəhər: Bakı
10.02.2009 18:21
Əsl dinə meyyilliyimiz olsa, insanlar biri digərinin haqqını yeməz, ölkəmizdə halallıq, əmin amanlıq olar, insanlar firavan yaşayar.

Kimdən: Pronobis Şəhər: Napoli
10.02.2009 18:18
Fikrimce bu ela gostericidir. Sukani bele saxlayaq

Kimdən: Natiq M Şəhər: Sumqayıt
10.02.2009 17:25
4 milyonluq Bakıda 20 məscid var. ALLAH bunları ÖZÜ bildiyi cəzanı versin. Mənim iş yerim Ayna Sultanova heykəlinin yaxınlığındadı. Bu ətrafda məscid deyilən şey yoxdu.

Kimdən: Dinlere hörmet eden
10.02.2009 17:06
Bir ölke ki,200 il rus tesiri altinda yashayib,o ölke vetendashlarindan din haqqinda sorgu sorushmaq ne derecede dogrudur?(Kimden sorushursan deyir:men müselmanam.Halbuki müselmana aid ayinlerin heç birini bilmir)
    Növbəti 
Səhifə (2)