Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:15

Cəmiyyət

Azərbaycan yalnız Özbəkistandan geri qalır

Bakıda Beynəlxalq Jurnalistlərin Həmrəylik Günü, 8 sentyabr 2008
x
Bakıda Beynəlxalq Jurnalistlərin Həmrəylik Günü, 8 sentyabr 2008
Şriftin ölçüsünü dəyiş - +
Jurnalistləri Müdafiə Komitəsi 2008-ci ildə jurnalistlərə hücumlarla bağlı hesabatını yayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, jurnalistlərə hücum edənlər cəzasız qalır. Ölkədə azı 5 jurnalist həbsdədir.

Jurnalistləri Müdafiə Komitəsi vəziyyəti öyrənmək üçün keçən il Azərbaycana öz nümayəndəsini göndərib, məlum olub ki, jurnalist Eynulla Fətullayevə qarşı ittihamlar əsassızdır.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi zamanı şahidləri dindirməyiblər.

Jurnalist Aqil Xəlil döyülməsi ilə bağlı hökumətə şikayət edib, nəticədə ona böhtan atıblar.

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, Avropa və Mərkəzi Asiya ölkələri arasında ikincidir, yalnız Özbəkistandan geri qalır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Vetendaw Haradan: Veten Dawindan
11.02.2009 02:51
Uwaqdaki sen ferasete bax.YAP-a yeke bir 5.

Kimdən: Shahla Haradan: bozarmish sheher
11.02.2009 00:30
Ehhh.... Men de dedim yeqin birinciyik..,ne eceb bizden???

Kimdən: Şahin
10.02.2009 16:32
yağlı bir "MALADES"!!!

Kimdən: Natiq M Haradan: Sumqayıt
10.02.2009 16:27
Özbəkistanda bizdə olan söz azadlığının heç 30 faizi də yoxdu.

Kimdən: yuxusuz Haradan: baki
10.02.2009 15:42
axi jurnaliste kim deyir düz sözü desin,avropa zaddi bura?mekani sehf salmasinlar

Kimdən: Narazi Haradan: Praqa
10.02.2009 14:46
Amma futbolda ümumən üstələyir, sonuncu dəfə isə 1:1 oynayıblar...

Kimdən: Rekordsmen
10.02.2009 14:22
Rekorda lap az qalib.