Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:57

Verilişlər / Kontekst

«İnternet yoxdur»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir
x
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir
Şriftin ölçüsünü dəyiş - +
«Bu, analoqu olmayan bir haldır! Dünyanın heç yerində belə şey yoxdur».
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə deyir. Haqqında danışdığı analoqu olmayan hal isə eşitdiyi şikayətdir...
 
Bakı sakini, Elmira adlı xanım zəng edib, deyir ki, ATS-dən—Avtomat Telefon Qovşağından internet istəyir, vermirlər:
 
«Biz internet almaq istəyirik ki, «Azadlıq» radiosuna qulaq asaq, deyir, bizdə yoxdur, mümkün deyil, elə xətt yoxdur».
 
Elmira xanımın istədiyi xətt ADSL-dir.
 
ADSL - internetə geniş zolaqlı, yüksək sürətli qoşulma deməkdir. İnternetə telefonla, amma telefon danışığına mane olmadan qoşulmaq.
 
Bu isə bəzi ATS-lərə sərf etmir. Çünki hər bir ATS öz əlində olan xidmət növünün işə keçməsini istəyir. Yəni inhisarçılıq edir, müştərinin seçim hüququnu pozur.
 
Elektron nəşrlər üzrə ekspert Rafiq Məmmədli deyir ki, Bakıdakı ATS-lərin çoxu Rabitə Nazirliyinin yaratdığı provayderin - «Bakinternet»in xidmətini təklif edir.
 
Daha sürətli interneti, məsələn ADSL-i olan provayderlərin ATS-lərlə əməkdaşlığına imkan verilmir:
 
«Başqa özəl provayderlər var, məsələn, «Azevrotel»in xidməti dövlətinkindən çox yaxşıdır, sadəcə onu ATS-lərə yaxın buraxan yoxdur».
 
Beləliklə, sürətli interneti olan provayderi ATS özünə yaxın qoymur, müştəriyə isə belə provayderdən internet almaq imkanı olmadığını bildirir.
 
İnternet mütəxəssisləri deyirlər ki, qoşulmaq problem deyil. Problem provayderlərin qaydalara əməl etməməsidir.
 
Hansısa operator, ya ATS başqa provayderi yaxına buraxmırsa, telekommunikasiya haqda qanunu pozur. Nəticədə istifadəçinin seçim haqqını əlindən alır.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir.
 
Birinci problem isə Rabitə Nazirliyinin hər şeyi öz əlində cəmləməsidir:
 
«Bizdə nazirliyin üç funksiyası var, birincisi, tənzimləmə, ikincisi, kommersiya funksiyasıdır, interneti nazirlik özü alıb-satır, üçüncüsü, lisenziyanı da verir. Bax absurd burdadır. Dünyanın heç yerində belə şey yoxdur ki, bir nazirlik üç işi görsün».
 
İnformasiya texnologiyaları ekspertlərinin diliylə desək, indi Azərbaycandakı ATS-lər, həm də bəzi özəl provayderlər, hərəsi bir xanlıq olub, ərazisinə başqasını buraxmır.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi işə qarışa bilmir, çünki öz maraqları var. Nazirliyin mətbuat katibi Müşfiq Əmirov isə başqa şey deyir:
 
«Problem yoxdur, ola da bilməz. İnternetin istifadəsi üçün hər şərait yaradılıb».
 
Müşfiq Əmirov deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda internetin inkişafı üçün hər şeyi edir.
 
Nazirliyin provayderi «Bakinternet» limitsiz 1 meqobit interneti 320 manata təklif edir. Türkiyədə eyni şey 10 dəfədən də ucuz, təxminən 24 manatdır. Danimarkada isə Azərbaycan pulu ilə təxminən 8 manatdır. 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ilham_Eliyyyyox Haradan: Baki
09.02.2009 18:05
CATEL shirkteti de artiq ozbasinaliq edib ve ozbasina olaraq oz abunecilerinin (xettli) ADSL xidmetini dayandirib. Gedib sorusdum, dediler ki bize icaize vermirler ve bundan sonra KATEL simli xett abunecilerinde hec bir ADSL ola bilmez! Indi men neylemeliyem Sizce ? Millet teklif edirem ki bir yerde yiqisaq ve Rabite Nazirliyini mehkemeye verek ! He ???

Kimdən: Realist Haradan: World
19.01.2009 15:57
Xaricdən Azərbaycanla "Skype", "Windows Live Messenger" kimi proqramlar vasitəsi ilə canlı bağlantı quranda başqa millətlərdən olan dost tanış yanında ölkəmiz adına xəcalət çəkirik. İnternet sürəti sıfra yaxın, sanki Yer kürəsinin məskunlaşmış bölgəsi ilə deyil, Mars planetinə göndərilən süni peyklə bağlantı qururuq. Video görüntünü bir yana qoyun, heç səs düz əməlli çatmır. Bu hələ harasıdır, Azərbaycandakı yaxınlarına normal telefonla zəng etmək istəyən əcnəbilər, bizim üçün adı olan, amma onlar üçün anlaşılmaz olan problemlə üzləşirlər. Azərbaycana zəng edən zaman ya yanlış nömrəyə düşdüklərinin, ya zəng zummeri çağırsa da, qarşı tərəfdən cavab gəlmədiyi halda, yəni danışılmadığı halda hesablarından pul çıxıldığının şahidi ola bilərlər. Azərbaycandan xəbərsiz olan və bu məmləkətdən kənarda yaşayan əcnəbilərə necə başa sala bilərik ki, bunlar hamısı Bakıda qurulan, random olaraq zəng edənlərə "Bərkdən danış eşitmirəm! Bir də yığ!",yalançı gözləmə zummer səsi verən avtomatın, və ya daha doğrusu havayı pul qazanmaq üçün o avtomatı ora qoyan insanların zəhmətinin bəhrəsidir? Rabitə Nazirliyinin doğrudanmı bu problemdən xəbəri yoxdur?

Kimdən: El Haradan: Baki
19.01.2009 13:13
Kütleshdirmeyin en yaxshi yolu ehalini melumatsizlandirmaqdir.Bu cür rejimli ölkelere baxsaq gorerik ki, siyasetler texminen eynidir

Kimdən: İsmayıl
16.01.2009 08:11
Nazirliyin mətbuat katibi düz deyib ki, istifadə üçün hər şərait yaradılıb. Amma sonra? Bu şərait qurulandan təxminən bir ay sonra hər cür qanunsuzluq baş alıb gedib.

Mən ATS 442-dən düz 2 il sonra internet ala bilmişəm sırf eyni səbəblər üzündən. AzTelekom yaxına heç kimi buraxmır!

Məni ən çox narahat edən hər kəsin bu mövzunu bilib boş-boş danışmağıdır. Heç bir hərəkət yoxdur. Helə Osman Gündüz bəy deyir kiç belədir elədir. Bəs sonra? Oturduqları vəzifədən istifadə etmirlər :/

Kimdən: Sebuhi Haradan: Gence
15.01.2009 10:26
Bu meselenin helli yollarin tapmaq lazimdir

Kimdən: ceyhun
15.01.2009 10:01
men 23 ATSden qosuluram,bakintenet, bu defe pul odeyende sorusdum, bu qiymetlerdeki deyisiklikle bagli deyir ele sey yoxdu, bunu nece oyrenmek olar, bu qerar ne vaxtdan quvveye minecek?

Kimdən: Serseri Haradan: Heftlibaycan.
15.01.2009 03:45
Deyilene gore internet sozunun koku,intim sozundan qaynaqlanir.Ve ona gore xalqin qeydine qalan bu hakimiyyet bele addim atir.\berekallah

Kimdən: Hikmət Haradan: Baki
14.01.2009 23:21
Mən də dəfələrlə ADSL çəkilişi ilə bağlı müraciətlər eləmişəm. Amma nə xeyri? Bizim ATS də Bakinternetdən başqa heçbir provider ADSL xidməti vermir. ATS 579 həmən provayderlər deyirlər ki Bakinternet monopoliya....... Uzun sözün qısası Bakinternet imkan vermir ki 579 ATS inə başqa provider daxil ola.. Azadliq bunu araşdırsa əla olar.

Kimdən: bbdt
14.01.2009 20:20
mende adsldir teze qoulmusam problemlede rastlasmadim ancaq qiymetler yukseksdir her defe esidirikki her ay demek olarki qiymeti asagi slainmasi haqqinda esidirik amma hecne dusmur.qiymet o hedde qaldirilbki 20 faizle hecne elemek olmur gerek koklu suretde deyishesen.

Kimdən: bəniadəm Haradan: dunya
14.01.2009 19:42
belədə dərd olar ay balam deyirlər qiymtlər ucuzlaşıb amma baxib gorursənki belə deyil heç bir ucuzlashma yoxdur..yenədə köhnə qiymətlər qöhnə limit /tarfə gorə.dəyişən heçnə yoxdu...
Səhifə (2)
    Növbəti