Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Mollaları qorxuya salan təşkilat

Xalq Mücahidləri Təşkilatı tərəfdarlarının Parisdə aksiyası, 06 yanvar 2009

Xalq Mücahidləri Təşkilatı tərəfdarlarının Parisdə aksiyası, 06 yanvar 2009

08.01.2009
İranın xarici siyasəti barədə danışanda adamın ağlına birinci gələn prezident Mahmud Əhmədinejadın çıxışlarıdır. Amma İranın xarici siyasətində başqa bir prioritet də var: İran müxalifətinin qərbin qara siyahısına salınması.

Avropa rəsmiləri gizlətmirlər ki, İran Xalq Mücahidləri Təşkilatının terror təşkilatı adlandırılmasını rəsmi Tehran özü istəyib. «Wall Street Journal» keçən ilin oktyabrında çıxan bir məqaləsində yazırdı ki, Xalq Mücahidləri Təşkilatının terrorçu kimi tanınmasına İran hökuməti nail olub. Keçən ilin martında çıxan məlumatda Britaniya Parlamentinin xarici əlaqələr komitəsi bildirmişdi ki, komitə üzvlərinin Tehrana səfəri zamanı İran rəsmiləri özləri məsələni dəfələrlə qaldırıblar.

Sual yaranır, Əhmədinejadın rejimi İran Xalq Mücahidləri Təşkilatından niyə qorxur?

Bu qurumun İran hökumətinə qarşı ən yaxşı təşkilatlanmış hərəkat olduğu məlumdur. Hazırda təşkilatın 4 minə qədər üzvü, o cümlədən qadınlar həbsdədirlər. Son 30 ildə İran hökuməti Mücahədlərin 120 minə qədər üzvünü edam edib. Təkcə 1988-ci ildə, Ali lider Ruhulla Xomeyninin fətvası ilə 30 min adam həmin təşkilata üzv olduğun üçün edam olundu. Amma İran Xalq Mücahədləri Təşkilatı İrandakı rejimə qarşı ən böyük təhlükə olaraq qalır. Məhz bu təşkilat ilk dəfə olaraq 2002-ci ildə İranın nüvə proqramını ifşa etdi. Nəticədə dünya İranı təcrid etdi, BMT Təhlükəsizlik Şurası İrana qarşı dəfələrlə sanksiya qoydu. İranın başqa ölkələrə müdaxiləsi barədə məlumatı da Xalq Mücahidləri verib. Ölkə daxilində bu təşkilat tələbələr arasında fəaliyyət göstərir. Noyabrda İran dövlət televiziyasının verdiyi məlumata görə, onların fəallardanq 20 gənc həbsə alınıb. Gənclər mobil telefonlara təşkilat haqqında «sms»lər göndərirmişlər.

Fakt odur ki, Xalq Mücahidləri İrandakı diktaturanı demokratiyayla əvəz etməyə, respublika yaratmağa, dünyəvi dövlət qurmağa çalışan koalisiyanın üzvüdür. Koalisiya belə adlanır: İran Milli Müqavimət Şurası. Parisdə yerləşən şura İranın mühacirətdə olan parlamentidir. Milli Müqavimət Şurası İrana hərbi müdaxilənin, eyni zamanda mollalarla barışığın əleyhinədir. Şura 3-cü yolu - xalqın təşkilatlanaraq müqavimət göstərməsini və İranda demokratik dəyişiklik etməsini istəyir. Bu yolu dəstəklədiyini bildirmək üçün keçən il Parisə 70 mindən çox iranlı toplandı. Müqavimət koalisiyasının prezidenti xanım Məryəm Rajavi Avropa və Amerikanı İrandakı rejimə hərtərəfli sanksiyalar qoymağa çağırıb. Həm də Qərbin İranda repressiyaların artmasına səbəb olan səhv addımdan çəkinməyə səsləyib. Koalisiya Mücahidlər üzərindəki terrorçu damğasının götürülməsini istəyir. Təşkilat terrorçu adını 2002-ci ildən alıb. Bəzi Avropa və Amerika rəsmiləri etiraf edirlər ki, dünyanın 4-cü iri neft yataqlarına yiyəlik edən mollaların qılığına girmək istəyiblər.

2006-cı ildə Avropa Məhkəməsi qəfildən İran Xalq Mücahidlər Təşkilatının qara siyahıdan çıxarılmalı olduğunu bildirdi. 2007-ci ildə Britaniya Ali Məhkəməsi təşkilatın terrorçular siyahısına salınmasının səhv addım olması barədə qərar verdi. Qərarı 2008-ci ildə Britaniya Apelliyasia məhkəməsi qüvvədə saxladı və Britaniya parlamentində səsvermədən sonra təşkilatın fəaliyyətinin qadağan olunmadığı bildirildi. Məhkəmələrin qərarlarından sonra Avropa Nazirlər Şurası məsələyə baxmalı idi, amma buna Fransa mane oldu.

Ancaq Fransanın etirazlarına baxmayaraq, Avropa Məhkəməsi İran Xalq Mücahidlər Təşkilatının terrorçular siyahısından çıxarılması barədə qərar verib. İndi Avropa Birliyi məsələni müzakirə edir, yanvarın axırına qərar çıxarmalıdır. Təşkilatın Amerikanın qara siyahısından çıxarması yeni prezident Barak Obamadan asılı olacaq. Xalq Mücahidləri Təşkilatı üzərindəki damğadan qurtarsa, bütün potensialını indiki İran rejimini devirməyə yönəldə bilər. Həm də İran xalqı beynəlxalq aləmin indiki hökumətin fitvasına getmədiyini görər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ibrahim Şəhər: təbriz
19.01.2009 23:34
ölüm olsun FARS şovonizminə
Yaşasin azərbaycan

Kimdən: turksoy Şəhər: baki
17.01.2009 22:22
vaxt gelecek molla rejimi dagilacaq ve ordaki turkler azad olacaq.men buna inaniram.babekin sozleri yadima dushdu-"AZADLIQ VERILMIR;ALINIR" bir az ayilmaq lazimdir qalxmaq lazimdir chox yox sadece dunyaya baxmaq lazimdir.cenubi Azerilerin yegane umid yeri shimali musteqil Azerbaycandir.amma teesuf teesuf burda pulu olan onu xerclemeye olmayan ise mollalashmaga bashi qatishib.bele sheylerden etrafdakilarima danishmaqdan bezmishem amma ne fayda. biz ozumuzu derk elemirik.bizi bir Sabir taniyib birde Jirnovski.

Kimdən: natik Şəhər: baki
17.01.2009 12:01
butov azerbaycan yolunda ideyasiyla yashayanlarla men de yashayiram.tanri bizi ozumuze gaytarsin.amin

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
11.01.2009 04:13
Salam menim AZADLIGIM.Atam cenubi Azerbaycan hesretiyle dunyasin deyiwdi.Men ise hem cenubi Azerbaycan,hem de Qarabaq hesretiyle qocaliram.Bes goresen ovladlarimiz....Aman Allah,bu milletin gunahi nedir.

Kimdən: Kamran Şəhər: Amsterdam
10.01.2009 10:56
Men bir Guneyli ki adi geden teskilatla hem Tebrizde hemide Aurupada fealiyyt etmishem bu neticiye chatmisham,
A)Duzdu ki bu teskilat 1965 de Bir tebrizli engineerin eliynen qurulb ama indi neche illerden sonra sadece bir Fars Teshkilatina donub.
B)bu tesklilat Iran ichinde bir Alternative ola bilmez niye ki bu zamana kimi bular Iranin ichinde geden milletchilik ve etinik hereketleri Iranda yasiyen milletlerin arasinda gebul etmeyib ve daniblar ve biz bunu Tebrizin 2006 inci giyaminda gorduk. Bu teskilat bu giyami oz telviziya larinda sadece Islam cumhuryetin eleyhine olmus bir qiyam adlandirdilar ne ki Fars shovinizimin eleyhine.
C) menim Oz nezerime gore Mucahidler bir Terrorist teskilat deyiller ve sadec Iran hakimyetin lobysinen bular bu ada sahib olublar.
D) Duzduki bular indi Iranin hukumetine qarşı en yaxşı teşkilatlanmış hereketdiler ama mence bunlar adlarin Iranin Xalq Mucahidleri yerine qoysunlar Iranin Fars Xalqinin Mucahidleri, chunku bular hele surgunlukde biz turkleri ve milletchilik hereketimizi ve haggimizi qebul etmayiblar ve oz 24 saatliq telviziya larinda sadece bir Farsca verlisleri gedir birde gunde yarim saat Kurdce! bu nece opzisiyadir ki xalginin 30 milyonunin derdinden ya xeberi youxdur yada ki istemiyr xeberi olsun.

Kimdən: Ilqar Abdullah Şəhər: Bakı
09.01.2009 21:55
Natiq bəy,biz və regeonumuz onsuz da pis gündədir də.

Kimdən: Natiq M Şəhər: Sumqayıt
09.01.2009 12:40
Şəxsən mən İrandakı rejimin qəti əleyhdarıyam. Amma İRAQDA "rejim dəyişikliyi və demokratiyanın bərqərar olması" adı ilə başlayan hadisələrin nəticəsi acınacaqlı oldu. Bu vəziyyətin daha betəri İranda olacaq ki, bu da bizə və regiona çox pis təsir göstərəcək.

Kimdən: Aydin Şəhər: Baki
08.01.2009 16:57
Qardash,yavas-yavash deysen Avropa eslinde kimin terrorist kimn veten mucahidi oldugunu anlayib............amma bu super dovletlerin maraqlarina uygun gelmediyi ucun bunu uze cixra bilmirdi.demeli ,eger nu cur meseleler yavas-yavas isiq uzu grub haqq qazanirsa demeli eslinde dunyada demokratiya qedim Yunansitanda deyil indiki ve muasir dovrumuzde Aveopada bas verir ve canlanir.

Aydin