Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Rusiyanın qarşısını nə ala bilər?

Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər

Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər

07.01.2009
Rusiyanın qonşularına elədikləri Avropa və Amerikaya, həmçinin yeni prezident Barak Obamaya siqnaldır. Rusiya zəif qonşuların üstünə şığıyıb, Sovet İttifaqı zamanındakı itaəti qaytarmaq istəyir - «International Herald Tribune» belə yazır. Müəlliflərin fikrincə, avqustda baş verənlər, yəni Rusiyanın Gürcüstana hücumu göstərdi ki, Moskva ordudan istifadə etməyə hazırdır. Dekabrın 24-də Rusiya prezidenti Dmitri Medvedev deyib ki, ölkəsi maraqlarını qorumaq üçün bütün vasitələrə əl atacaq. Bir az əvvəl isə o, Rusiyanın qərbində Polşa əleyhinə raket quraşdıracaqlarını bəyan etmişdi.

Dekabrın 31-də isə baş nazir Vladimir Putin dilləndi, Ukrayna Avropaya qaz nəqlinə mane olmasın, «bunun Kiyev üçün ciddi nəticələri olar»-, dedi . Əslində Rusiyanın Ukraynaya müdaxiləsi üçün bəhanələri çoxdan görünür. «Herald Tribun» belə bəhanələri sadalayır. Rusiya Ukraynaya oradakı kəmərlərini qorumaq adıyla girə bilər. Bundan başqa Rusiya Krımdakı ruslara pasport paylayır, bir gün onları qorumaq bəhanəsiylə Ukraynaya girə bilər. Avqustda da Rusiya Gürcüstana ordakı vətəndaşlarını qorumaq üçün qoşun yeritdiyini deyirdi. İndi də Gürcüstanın separatçı regionlarında - həm Abxaziya, həm də Cənubi Osetiyada əsgərlərinin sayını artırmaqdadır. Nəticədə rus ordusu Xəzər neftini daşıyan kəmərlərin və dəmir yollarının bir addımlığındadır.

Rusiyanın potensial hədəflərini də görmək mümkündür. Neftlə zəngin olan Qazaxıstanda milyonlarla rus yaşayır. Düzdür, Qazaxıstan liderləri Moskvanı narazı salmamağa çalışırlar. Amma Qazaxıstanın Qərbə Cənubi Qafqaz vasitəsilə enerji göndərməyi Moskvanı təngə gətirib. Azərbaycan və Türkmənistanın da enerji ehtiyatları Rusiyanı qıcıqlandırır, amma rəhbərlikləri Moskvaya qarşı mübarizəyə getmirlər.
 
Belarusa gələndə onsuz da Rusiyadan asılı olan Belarus asanlıqla qaytarıla bilər. «Herald Tribune» yazır ki, Belarusda da rəngli inqilab cəhdi olsa, Rusiya müdaxilə edə, Belarusu özünə birləşdirə bilər. Onsuz da Rusiyayla ittifaq məsələsi müzakirə olunur.

Bütün bunlar Amerika və Avropanın maraqlarına təhlükədir. Rusiya orduyla hərəkət edib Xəzər ehtiyatlarına nəzarəti ələ keçirsə, Qərbin Xəzərə qoyduğu milyardlarla sərmayə heç olar. Həm də Qərbin Rusiyadan enerji asılılığı artar.

«Herald Tribune» yazır ki, qərbin iki strategiya ehtiyacı var. Birincisi, Rusiyanı yumşaldacaq dialoq, bir də Rusiyanın qonşularının təhlükəsizliyinə yardım strategiyası. Dialoqla qərb Rusiyaya iqtisadi böhrandan çıxmağa kömək edə, bununla Moskvanı yumşalda bilər. Amerika və Avropa Rusiyayla Gürcüstanı iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpasına həvəsləndirər, müəllifin fikrincə, bunun Ermənistana da xeyri ola bilər.

Təhlükəsizliklə bağlı danışıqların hədəfi bunlar ola bilər: Rusiya Gürcüstanla barışa, qonşularını arxayın etməklə öz təhlükəsizliyini təmin edə bilər. Regional əməkdaşlıq nüvə terrorçuluğu, epidemiyalar kimi təhlükələrlə mübarizəyə kömək olar.

O biri tərəfdən Amerika da, Avropa da Rusiyanın qonşularının müdafiə sisteminin və sənayesinin inkişafına yardım etməlidir. Amma yardım proqramları separatçı regionlara girməmək şərtiylə həyata keçirilməlidir. Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər. «International Herald Tribune» belə yazır. 
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ZauR Şəhər: Bileceri
16.01.2009 23:59
ne olsa Azerbaycana olacaq.....

Kimdən: aydin aliev Şəhər: bakidan
08.01.2009 22:09
russiya ssr-i mekaninda olan respublikalari birleshdirmeyenecen sakit olan deyil! Muharibe , tehribat ve bashqa usullardan istifade onun arsenalinda boldur.

Kimdən: Mübariz Şəhər: Bonn
07.01.2009 21:51
Azärbaycanda Rusya'nin Qazprom shirkätini necä adlandirirklar bilmiräm. Qärbdä isä Qazprom shirkätini qaz momopolisti olaraq adlandirirlar. Qärb vä ABSH qaz mäsäläsindä Rusya'dan asli olmagi tamami ilä qaldira bilmäsädä bunu minuma endirmäk istiyir. Rusyannin insa än chox gälir gätirän shirkäti Qazpromdur. Äslindä bizimkilär Nabukka mäsäläsinä choxda fikir vermäli deyillär. Bu Rusyayla Qärbin arasinda olan bir sorundur. Bizimkilär bu ishä Azärbaycani bulashdirmaqla vätänmizä yalniz zärär gätirä bilärlär. Rusya Täbbi Qaz bazarini älindä tutmaqda qararli görünür.Bizimdä chixarlarmiz nä idirsä onu etmäliyik. Rusyaynan särf edirsä Rusyayla ish birliyinä getmäliyik. Yoxsa biriläri Rusya'dan asililigini azaltmaq üchün bizi fiqur kimi istifadä edirsä bu vätänmiz üchün chox qorxunc sonuclar gätirä bilär. Iran dövläti bu gün achiqlama vermish. Qardash Türkiyä'nin qaz ehtiyacini qarshilaya biläcäklärini söylüyüblär.

Kimdən: Ilqar Abdullah Şəhər: Bakı
07.01.2009 19:59
ABŞ-ın eks prezidenti Reyqan Rusiyanı şər imperiyası adlandırmışdı.(o SSRİ demişdi,nə fərqi var ki)Şərin qarşısını isə Allahdan başqa heç bir qüvvə ala bilməz.

Kimdən: sadik Şəhər: baki
07.01.2009 19:15
kas ki,rus ayisi hec vaxt gis yuxusndan ayilmayaydi.

Kimdən: Natiq M Şəhər: Sumqayıt
07.01.2009 17:08
Vəfa Quluzadə həmişə deyərdi ki, Rusiya ağır zərbədən gicəllənmiş Nəhəng Əjdahadı. Vaxt gələcək ayılacaq və dünyaya yenidən meydan oxumağa başlayacaq. Belə də oldu. Çeçenistan müharibəsi Rusiyanı məhv etmək üçün əla şans idi.Amerika bu şansdan qismən istifadə etdi amma axıracan bacarmadı. İndi isə artıq gecdi.

Kimdən: BAXTIYAR Şəhər: baki
07.01.2009 16:55
biz istesek istemesek də ikinci soyuq müharibə başlayıb.Biz bu münasibetler məkanında yermizi düz tapmalıyıq.Azərbaycan hakimiyyəti böyük səhvlərə yol verir.Saxta seçkilə,dəyşirilik hoqqası,"Azadlıq"radiosuna FMde dayandırılması,insan haqqlarını pozulması vəs.