Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda geyim qadağası

Polis İslam geyim tərzinə riayət etməyən qadına xəbərdarlıq edir, Tehran, 23 aprel 2007

Polis İslam geyim tərzinə riayət etməyən qadına xəbərdarlıq edir, Tehran, 23 aprel 2007

29.12.2008
«Vaşinqton Taymz» yazır ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hökuməti başqa şeylərlə də məşğul olur. Və bu başqa şey əhalinin geyim məsələsidir.
 
Bu yaxında İran polisi 50-yə qədər adamı Qərblilər kimi geyindiyi üçün həbs edib. Qaemşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin diliylə desək, «polis küçəyə şeytan görkəmində çıxmış, yaramaz paltarı geymiş dələduzları» tutub. Polis rəisi bildirib ki, İranın düşmənləri gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışırlar.
 
Keçən il də İranda qadınlara uzunboğaz çəkmə geyməyi qadağan etmişdilər. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlətsələr, geyinə bilərlər. Hətta şalvarın balağı çəkməni topuğa qədər örtməlidir, yoxsa qadının bədəninin forması görünür, bu isə islama uyğun deyil.
 
Bu yaxınlarda İranda 24 yaşlı bir qızı ağ palto geyindiyi üçün tutublar. İranda «əxlaq polisi» adlandırılan polis qıza, paltosunun rənginin münasib olmadığını deyib. 24 yaşlı Neda «Azadlıq» radiosunun İran xidmətinə müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. Neda da, «Vaşinqton Taymz»dakı məqalənin müəllifi də sual verir: Doğrudanmı İran polisinin paltardan vacib işi yoxdur?
 
İranda geyim xofu təzə yaranmayıb. 1979-cu ildən – «İslam inqilabı»ndan bu yana İranda bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcburdular. Kişilər də Qərbdəkilər kimi köynək geyə bilməz, saçı qeyri-adi formada kəsdirmək qadağandır. Odur ki, inqilabdan bəri geyim məsələsi İranda daimi gərginliyə səbəb olub. Geyim qaydalarına riayət etməmək rejimə tabe olmamaq kimi qiymətləndirilib.
 
Polis geyim tərziylə vuruşmaqda ikən gənclər bir az da irəli gedib, tələbə gününü qeyd ediblər. Təxminən 50 il qabaq İranda tələbələr yürüş edib, polis onların qarşısını alıb. Keçən həftə İranın hər yerində tələbələr həmin günü qeyd edib. Polisin və təhlükəsizlik qüvvələrinin çoxluğuna baxmayaraq, Tehranda tələbələr barrikadaları dağıdıb, başqalarının da universitet daxilində keçirilən aksiyaya qoşulmasına imkan veriblər. Üç mindən çox tələbə «Diktatora ölüm!», «İrana demokratiya, beynəlxalq sülh» şüarları səsləndirib. Nəticədə ali lider Ayatullah Xamenenin universitetə səfəri təxirə salınıb.
 
Bir tərəfdən neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsirləri, o biri tərəfdən narahat gənclər, iqtisadi sanksiyalar, beynəlxalq aləmin təcrid siyasəti…
 
İrana yəqin kimsə kömək edə bilməz, amma İranın belə vaxtda paltarla, camaatın geyim tərziylə mübarizəsi yəqin hər kəsə qəribə görünər. «Vaşinqton Taymz» yazır ki, bunu əhalinin diqqətini başqa səmtə yönəltmək, ya da inqilab ruhunu möhkəmlətmək cəhdi kimi qiymətləndirmək olar. Amma aksiya keçirən İran gəncləri göstərir ki, belə cəhdlərin xeyri yoxdur. Müəllif Albert Eynşteynin axmaqlıq barədə dediyini xatırladır: Axmaqlıq bir şeyi təkrar-təkrar etmək və hər dəfə fərqli nəticə gözləməkdir. 
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Realist Şəhər: World
07.01.2009 22:00
Iran xalqı bir zaman işin sonucunu bilərək və ya bilməyərək molla hakimiyyətinə "OK" deyibsə, buyursunlar bu sistemin qərarlarını uyğulasınlar, ya da şəriət qanunlarını qəbul eləmirlərsə mühacirət etsinlər, və ya sırf molla rejimi problemdirsə mübarizə etsinlər. Amma bildiyim qədər İranda şəriət anlayışı yalnız şəhərlərdə laxlayıb.

İranın müsəlman və ya fars rejimi dövləti olmasındakı tərəddüdə adi ölkədəki təqvim siyasəti aydınlıq gətirir. Fikir vermisinizsə İrandakı təqvim İslam təğvimi yox, fars təqvimidir. Bir zamanlar Xəlifeyi-Raşidin dönəmində Sasanilərin ani süqutunu həzm edə bilməyən fars şovinizmi İslam dünyasından qisasını şiəlik ideyası ilə almağa çalışdı. Bİldiyim qədəri ilə, Orta Əsrin ən güclü İslam dövləti olan Osmanlıya qarşı qoya biləcək güclü millət ola bilmədiklərini dərk edərək, başda Şah İsmayıl olmaqla Azərbaycan türklərinə torpaq tamahını şiəlik ideyasıyla çulğalayıb iki qardaş millətin qanını axıtdırdılar. Bu qarşıdurmanın önləmək istəyən("Şahi-Fərman") sonuncu türk cahangiri Nadir şahı da qanına qəltan elətdirdilər. Fikir verin, 20-əsrin ilk rübünədək iki İslam Dünyasını yönətən türk padişahları olub(Osmanlı və İran)və bu ölkələrdəki hakim millətlər şovinist siyasət aparmadıqlarından içəridə milli problrm yox dərəcəsində olub. Osmanlı dağılandan sora və demək olar ki eyni zamanda İranda Britaniya vasitəsilə fars pəhləvi rejimi gəlməklə bölgədə islama yad olan və nifaq toxumu olan milliyətçilik tüğyan etməyə başladı və hələ də davam edir(Fars-türk-kürd-ərəb-bəluc və s.). Paralel olaraq soru sorulur: Osmanlıdan milli idealogiyanı bayraq edib ayrılmaq istəyən ərəblər, eyni idealogiya ilə çıxış edən yəhudilərin İsrail dövləti yaratmaq istəyinə niyə etiraz edirlər ki? Yoxsa hələ də o zamandan tora düşdüklərini anlamadılarmı?

Kimdən: turksoy Şəhər: baki
01.01.2009 23:47
bu iran dunyanin virusudur,farslar orada yashayan hemvetenlerimize divan tutur bizdekilerden bezileri ise irani destekleyir,amma bunu da tebii qebul etmek olar cunki burda yashiyanlarin hamisi turk deyil axi.bu farslar basha dushmur ki dunyani,kainati,tebieti sehvsiz yaradan tanri kiminse bashinin baglanmagina mohtac deyil.

Kimdən: Emil Şəhər: Baku
01.01.2009 12:35
İRAN İSLAMI

“İran konusunda dikkat edilmesi gereken iki husus vardır: Birincisi, din ve İslam devrimi adı altında mezhep ve bağnaz bir İslam anlayışı ihracı…. İkincisi: Ali muhabbeti, kendi anlayışlarına sadece bir renk kazandırmak için bahanedir.”

***

“Türkiye İran gibi olamaz, bir kere din esprisi çok farklı. Kaynaklar itibariyle de çok farklı. Esas, imamet meselesi akideleridir. Dinin hükmüdür. Sünnilik’te böyle mesele yok. Din bir değildir ki, Türkiye İran olsun.”

***

“İran İslamı bağnazdır, Türk İslamı hoşgörülü.”

***

İmamlar Ümmete Karşı

İran on sekiz yıl önce gerçekleştirdiği ‘İslam’ devrimiyle yüzyılın belli bir toplumsal model dayatan son devrimi oldu.

İran’ın İslam anlayışıyla Türkler’in İslam anlayışı o denli farklıdır ki, iki ülke arasındaki en önemli ayrım dini kavrayışlarındadır diyebiliriz. Sünni inanışta imamet yoktur ve imamet iman konusu değildir. Şiilik ise imamlığı iman konusu yaparak bir ruhban sınıfı yaratır. İmamlar geçmişteki ve gelecekteki her şeyi bilen, Kur’an’ın gizli anlamlarını çözebilen tek yetkili ağızlardır. Onlara karşı gelmek Kur’an’a karşı gelmektir. Böylece ilahi bir sıfat kazanan imam, halka karşı sorumlu değildir, azledilemez. Yetkisinin kaynağı on iki İmam silsilesi yoluyla Allah’tır. İmam’a karşı gelen Allah’a karşı gelmiş olur.

Oysa Sünni siyaset doktrinine göre, İslam’da devlet başkanı hiçbir selahiyetini Allah’tan devralmamıştır, hiçbir ilahi sıfat ve yetkiye sahip değildir. O, ümmetin diğer fertlerinden biridir. Onu başkanlık makamına getiren ümmettir.

Şiilik’te ise, imama itiraz aforoz gerekçesidir. Çünkü o Allah’tan vahiy alır, yalnızca Cebrail’i görmez.

İran’da ruhban sınıfı siyasi mücadelede hep ön safta oldu. Mali özerklikleri ve geniş toprakları bu savaşımda çok etkiliydi. Devletin gücü de hep dinden yana olmuştur ta ki, din devlete ve yönetime talip olana kadar. Bu tutkuyu bilen Şahlar, ruhban sınıfı olan imamları zaman zaman tehdit etmişlerdir. Ama gücünü kırmakta başarılı olamadılar, çünkü dini iktidarlarına alet ettiler.

Şiiler günde üç kez namaz kılarlar ve namaz vakitleri radyodan verilir. On iki İmam’ın ölüm günlerinde siyah bayraklar asarak ve siyahlar giyerek yas tutarlar; doğum günlerinde kutlama yaparlar. Aşure Tasua’da büyük ve günlerce süren yas tutulur. Siyah giymeyen sokağa çıkamaz. Eskiden imamlar insanlara cennetin anahtarlarını satarlardı. Irak savaşında da askerlere dağıtılan bu cennet mekânları bugün pek talip bulmuyor.

İran’da, hep gam, tasa ve kasvet halinde sunulan dini günlere ve anlayışa karşın Türkler’in İslam anlayışı, dini neşeyle birleştirir. Ramazan Bayramı’nı Şeker Bayramı’na çevirir; Ramazan gecelerini eğlenerek geçirir. Dini günler ve olaylar sevinç nedenidir Türkler’de.

Türkler’in İslam anlayışı Hocaefendi’nin dediği gibi sevgiye dayanır. Oysa İran’ın İslam anlayışı Ömer nefreti üzerine kurulmuştur, Hz. Ali sevgisi üstüne değil. Oysa Alevilik bizde Hz. Ali sevgisiyle yoğrulmuştur. İnsan sevgisine yaslanır, insanın ‘gül cemali’nde Allah’ı bulur.

İran hiçbir döneminde laiklikle tanışmamıştır, demokrasi kültürü yoktur. Türkiye’de devletle din arasındaki ilişki Osmanlı’dan beri bir geleneğe sahiptir. Bu kendine özgü gelenek devletin egemenliğidir, dinin değil. Devletin işlerine meşruiyet kazandıran din adamları devlete bağlıdır Osmanlı’da. Ortadoğu’nun biricik laik İslam ülkesi Türkiye’dir.

Kaynak: Nevval SEVİNDİ

Kimdən: musvig Şəhər: hon kong
31.12.2008 10:45
Iran hokumati qadinlara qarsi bu movqeyi aslinda bazi qadinlarinin qabagini ala bilmayan kisilara komakdir.

Kimdən: Mübariz Şəhər: Bonn
30.12.2008 17:53
Asif bäy Iranda shäriät olub omadigi onlarin ishidir. Deyäsän Iranin mollalari Quranin bir ayätini görmämäzdikdän gälirlär. Allah CC buyurmushdur. Sizin düshmaniniz sizinlä savashan vä onlara kömäk edänlärdir. Iraninda bu gün achiq achiq ermänistanin yaninda yer aldigi göz qabagindadir. Indi biz Allah CC ayälärini bir täräfä qoyub sänin din haqda bir qabi qoldurmayacaq bilginlänmi häräkät etmäliyik deyirsän. Sän Iranin hech bir müsülman dövlätindä olan sorunlarina äl attigini vä yaxud kömäk ettiyini gördünmü. Elä danishirlar. Bu gün Islam dünyasinin danishiqlara hech ehtiyaci yoxdur. Iranin prezdenti Ähmäd Näcad chixdi xristiyanlarin bayraminda Ingiltärä vä Israilä terorist dedi. Israildä bashdadi o qärib Fälästini bombalamaga. Birdä chixdi Israil cinayätkärdir dedi vä oturdu yerindä. Israildä hälä bombaliyir. Iranda shäriät var varsada özdärinä görä. Bunun dünyadaki müsülmanlara hech bir aydiyati yoxdur. Bir gün Mäcnun namaz qilan bir därvishin qabagindan kechir. Därvish namazini pozur vä Mecnuna deyir ki görmürmüsän namaz qiliram nädän qabagimdan kechdin. Mäcnun deyir men Leylinin eshqindän nä säni gördüm nädä namazini. Sän Mevlanin ,,Rabbin,, eshqindän necä oldu ki mäni görä bildin. Burda bilirmisän Mecnun näyi basha salmaq istiyir därvishä. Hushuynan gäräyi kimi Allaha ibadät edä bilmirsän demäli. Iranida män gäräyi kimi Islam dünyasina dost görä bilmiräm häläki. Allahi seviräm demäk onun ämr ettiyi sheyläri eylämäknän olur. Allahdan qorxuram demäk Allah CC haram,,yasaq,, ettiyi sheylärdän uzaq durmaqnan olur.

Kimdən: Asif Şəhər: Baki
30.12.2008 11:11
man Sumgayitli qardashimiz Natiq -in dediklari ila raziyam dunyada islam tekce Iranda galib, Irana sheytan deyanlar ozleri sheytana gullug edanlardir ve qiyamet gunu sheytannan komak dilaya bilarlar Allahdan yox. Iranda xanimlarin hicabli gezmeyi abirli geyimlari gorunur Islamin dushmanlari kimi, Bakili Abu Bekiri yaman narahat edir, yegin Bakidaki kimi qadinlarin lut gezmeyi onun yaman xoshuna gelib, bir kishiya mexsus qadinin bezi yerlarinin bashga kishilar gormayini hansi namusdan kem olan insan gebul edir man basha dusha bilmiram bunu, Irana yox Avropaya baxib (dirnagarasi)kishilarimiz Avropali kishilara ere getmak yaxshidir? yegin budur Abu Bekirin xoshuna gelen. Allah Iran Islam dovlatini shytanlardan qorusun. Amin!

Kimdən: ELSEN Şəhər: PEKIN
29.12.2008 19:41
iran neye gore narkotikle mubarize aparmir qizlarin qadinlarin geyimlerinen mubarize aparir fars rejimi kondelen siyasetine gorede geride qalib her gun cenub bolgesinde qacaq yolnan azerbaycana tonlarnan narkotik keciriler qaldki EBU BEKIR qardas unutma esirler boyu farslar ruslar azerbaycani parcalayiblar...

Kimdən: əbu bəkr Şəhər: bakı
29.12.2008 18:42
İranda islam yox, şeytan rejimmidir. İran rəhbərliyi necə müsəlmandır ki,Azərbaycana qarşı təcavüz etmiş, minlərlə dindaşlarını qətlə yetirmiş, qız gəlinlərinin namusuna toxunmuş, uşaqlarını, qocalarını əsir götürmüş Ermənistanla işbirliyi qurur? Ən pisi odur ki, İran islamdan öz siyasi maraqları naminə həyasızcasına istifadə edir. Əsl müsəlman çeçenlər kimi olar. Baxmayaraq ki, onlardan da siyasi məqsədlərlə istifadə edirlər...

Kimdən: Mübariz Şəhər: Bonn
29.12.2008 17:55
Äxlaqsizdigin här cürünä qarshi mübarizä mütläqä lazimdir. Tähsili yasaqliyanlar istiyir kishi üchün istiyir qadin nä qädär özdärini müsülman mümin olaraq adlandirsalarda onlar islam dininin vä müsülmanlarin än böyük düshmanlaridir. Biriläri sizin gäläcäynizä inkshafniza texnaloqiyalar düzältmänizä müasir silahlar istesal edib qadinlari ushaqlari yashdilari qorumagniza ängäl olmaq istiyirsä bundan daha böyük bir düshman ola bilmäz! Cahiliyidä bir toplumdan yalniz tähsilnän ortadan qaldirmaq olar. Sän birilärinä gücnän namaz qildirsan sanki nä olacqmish? adam müminmi olacaq. Addäm oglunun üräyinä gücnän girmäyin imkani yoxdur. Bir sheyi diliynän söylädiyi kimi üräyinändä täsdik etmäsi shärtdir.

Kimdən: Natiq M Şəhər: Sumqayıt
29.12.2008 17:16
Çox təəsüflər olsun ki,dünyanın heç bir ölkəsində ideal islam cəmiyyəti yoxdu.Nisbətən İran yaxındı.Amma harda insan varsa, orda nəfs var. İslam ölkəsində yaşayanlar hamısı xalis mömin olmurlar.Hətta Peyğəmbər (s.v.) vaxtında belə hamı xalis müsəlman deyildi. Bir də ki, məcburiyyətlər və qadağalar insanı daha da aqressivləşdirir və radikallaşdırır.