Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:40

MTN-ə kim nəzarət edir?


MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər
MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər
«Sual olunur, niyə valyutadəyişmə məntəqəsinə hücumu MTN açır, prokurorluq yox. Narkotik əməliyyatları məgər MTN-nin işidir? Prokuror yerində olmalıdır, prezidentə çıxıb deməlidir ki, MTN öz işiylə məşğul olmur. Belə çıxır, MTN başqa qurumların fəaliyyətinə qarışır»-, «Femida» qəzetinin baş redaktoru Əyyub Kərimov belə deyir. Bu sualları yerli media daha çox güc strukturlarının mübarizəsi kimi yozur. Eyni şərhi Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci il «Qara kəmər» əməliyyatı, son aylar radikal dini qruplara qarşı əməliyyatlarına da aid etmək olar. Doğrudanmı MTN digər dövlət qurumlarının işinə qarışır? MTN-nin özünə necə nəzarət varmı, yaxud olmalıdırmı?

Əyyub Kərimov deyir ki, MTN dövlət təhlükəsizliyi ilə məşğul olan orqandır. Bir çox hallarda bu orqanın işinə nəzarətin olmaması ictimaiyyətin qeyri-peşəkarlığı, medianın ixtisaslaşmamasından irəli gəlir. Ancaq açıqlanmalı olan məlumatlar da var. Məsələn, Azərbaycanda başqa ölkələrdə olduğunu kimi, hansısa keçmiş MTN işçisinin kitabına rast gəlmək mümkün deyil:

«Mən çox istərdim Nəriman İmranov yazsın ki, MTN-in təcridxanasından qaçış necə baş verib? Cəzasını da alıb çıxıb. Xaricdə isə yazırlar, çünki həm media peşəkardır, həm də o sahədə işləyənlər».
N.İmranov 1993-1994-cü illərdə Milli təhlükəsizlik naziri olub, dövləti cinayətlərə görə həbs edilib. Sonradan prezident onu əfv edib.
«Femida» qəzetindən Əyyub Kərimov deyir ki, qanunvericiliklə, prokurorluq istintaqa nəzarəti həyata keçirir, həm Daxili İşlər, həm də MTN-nin həyata keçirdiyi istintaqa nəzarət edir. Ancaq bu hamısı deyil:

«Prokurorluğun xüsusi bir idarəsi də var ki, Daxili İşlər və MTN-nin fəaliyyətinə nəzarət edir. Ancaq reallıqda bunu görmürük. Ölkənin baş prokuroru elə bir tanınmış hüquqşünas olmalıdır ki, bu nəzarəti həyata keçirə bilsin».

Respublika Prokurorluğundan təsdiqlədilər ki, həm istintaq işlərinə, həm də MTN, gömrük, sərhəd qoşunlarına nəzarət edən idarələri var. Ancaq konkret cinayət işləri üzrə məlumat verə biləcəklərini bildirdilər.

MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər.

Ancaq «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlunun fikrincə, MTN-nin ictimaiyyətin diqqətindən kənarda qalmağı əslində yaxşıdır, çünki bu dövlət təhlükəsizliyi ilə bağlıdır. Əslində MTN-dən şəffaflıq tələb etmək yox, qarşısında daha çox müdaxilə etməmək tələbi qoyulmalıdır: «Əslində MTN-nin ictimaiyyət üçün açıqlığının elə bir əhəmiyyəti yoxdur. Çünki MTN bilavasitə istintaq, əməliyyat orqanı deyil».
Mütəxəssislərin fikrincə, siyasi iradə olarsa, hər bir güc strukturu öz işinə görə bilər. Ölkə başçısı hərbi mənbələrdən savayı, MTN, prokurorluq, DİN-dən məlumatlar alır. Bütün işlərin MTN-ə verilməsi isə digər qurumları narazı salır. Ancaq bəzi ekspertlər güc strukturlarının mübarizəsinin, təhlükəsizlik orqanlarının ön sıraya çıxmasının əksər ölkələrə xas olduğunu vurğulayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG