Cümə axşamı, Oktyabr 23, 2014 Bakı vaxtı 13:37

Verilişlər / Araşdırma

MTN-ə kim nəzarət edir?

MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər
x
MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər
MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər
«Sual olunur, niyə valyutadəyişmə məntəqəsinə hücumu MTN açır, prokurorluq yox. Narkotik əməliyyatları məgər MTN-nin işidir? Prokuror yerində olmalıdır, prezidentə çıxıb deməlidir ki, MTN öz işiylə məşğul olmur. Belə çıxır, MTN başqa qurumların fəaliyyətinə qarışır»-, «Femida» qəzetinin baş redaktoru Əyyub Kərimov belə deyir. Bu sualları yerli media daha çox güc strukturlarının mübarizəsi kimi yozur. Eyni şərhi Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci il «Qara kəmər» əməliyyatı, son aylar radikal dini qruplara qarşı əməliyyatlarına da aid etmək olar. Doğrudanmı MTN digər dövlət qurumlarının işinə qarışır? MTN-nin özünə necə nəzarət varmı, yaxud olmalıdırmı?

Əyyub Kərimov deyir ki, MTN dövlət təhlükəsizliyi ilə məşğul olan orqandır. Bir çox hallarda bu orqanın işinə nəzarətin olmaması ictimaiyyətin qeyri-peşəkarlığı, medianın ixtisaslaşmamasından irəli gəlir. Ancaq açıqlanmalı olan məlumatlar da var. Məsələn, Azərbaycanda başqa ölkələrdə olduğunu kimi, hansısa keçmiş MTN işçisinin kitabına rast gəlmək mümkün deyil:

«Mən çox istərdim Nəriman İmranov yazsın ki, MTN-in təcridxanasından qaçış necə baş verib? Cəzasını da alıb çıxıb. Xaricdə isə yazırlar, çünki həm media peşəkardır, həm də o sahədə işləyənlər». 
 
N.İmranov 1993-1994-cü illərdə Milli təhlükəsizlik naziri olub, dövləti cinayətlərə görə həbs edilib. Sonradan prezident onu əfv edib.
«Femida» qəzetindən Əyyub Kərimov deyir ki, qanunvericiliklə, prokurorluq istintaqa nəzarəti həyata keçirir, həm Daxili İşlər, həm də MTN-nin həyata keçirdiyi istintaqa nəzarət edir. Ancaq bu hamısı deyil:

«Prokurorluğun xüsusi bir idarəsi də var ki, Daxili İşlər və MTN-nin fəaliyyətinə nəzarət edir. Ancaq reallıqda bunu görmürük. Ölkənin baş prokuroru elə bir tanınmış hüquqşünas olmalıdır ki, bu nəzarəti həyata keçirə bilsin».

Respublika Prokurorluğundan təsdiqlədilər ki, həm istintaq işlərinə, həm də MTN, gömrük, sərhəd qoşunlarına nəzarət edən idarələri var. Ancaq konkret cinayət işləri üzrə məlumat verə biləcəklərini bildirdilər.

MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər.

Ancaq «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlunun fikrincə, MTN-nin ictimaiyyətin diqqətindən kənarda qalmağı əslində yaxşıdır, çünki bu dövlət təhlükəsizliyi ilə bağlıdır. Əslində MTN-dən şəffaflıq tələb etmək yox, qarşısında daha çox müdaxilə etməmək tələbi qoyulmalıdır: «Əslində MTN-nin ictimaiyyət üçün açıqlığının elə bir əhəmiyyəti yoxdur. Çünki MTN bilavasitə istintaq, əməliyyat orqanı deyil».
 
Mütəxəssislərin fikrincə, siyasi iradə olarsa, hər bir güc strukturu öz işinə görə bilər. Ölkə başçısı hərbi mənbələrdən savayı, MTN, prokurorluq, DİN-dən məlumatlar alır. Bütün işlərin MTN-ə verilməsi isə digər qurumları narazı salır. Ancaq bəzi ekspertlər güc strukturlarının mübarizəsinin, təhlükəsizlik orqanlarının ön sıraya çıxmasının əksər ölkələrə xas olduğunu vurğulayırlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: 009 Haradan: U.S.A
10.07.2009 15:00
Milli Tehlukesizlik Nazirliyini millete,cemiyyete, dovlet tehlukesizliyine ve suverenliyine qarshi her hansi fakti arashdirmaga huququ var. <br />Eyyub Kerimovada bildirmek isterdimki bele menasiz sozler istifade etmekdense www.mns.gov.az saytina daxil olsun ve MTN-nin selahiyyetleri barede olan bolmeleri diggetle oxusun.

Kimdən: M__T__N Haradan: Azerbaycan
21.05.2009 22:24
men hecne yox yalniz onu demek isteyiremki ewq olsun M__T__-e <br />menim en boyuk arzum M__T__N-e gebul olmaqdir..........<br />iNWALLAH qebul olaram.........

Kimdən: Vusal Haradan: zabrat
16.04.2009 20:43
Mence MTN ishine qarishmaq olmaz.Eger ora papa ushaqlarinin yeridirse onda AZERBAYCANDA niye bele sabitlik var&gt;?

Kimdən: Həkim Haradan: Zaqatala
30.03.2009 04:55
MTN &#246;z işi məşğul olsa daha yaxşı olar.

Kimdən: Hekim Haradan: Zaqatala
30.03.2009 04:49
MTN &#246;z işi ilə məşğul olsa daha yaxşı olar

Kimdən: Kenger Haradan: Baki
24.03.2009 05:14
MTN-nin vezifeleri Azerbaycanin musteqilliyini qorumaq, onu mohkemletmek, ve Azerbaycana qarsi her hansi xarici siyasi ve gizli hemleleri vaxtinda bilib onun qarsisini almaqdan ibaretdir. Bu orqanin kim terefinden idare olunmasini hec kim deya bilmez. Cunki her hansi bir esyani gizleden hec ozu de onun yerini bilmir. Bir de dovletde here oz ishi ile mesgul olsa MTN-e bir o qeder yuk az duser.DIN-de o qeder savadsiz kadr var ki hec bir ishle meshgul olmaq istemirler. ekseriyyeti maas xatirine gunlerini kecirdib basa vururlar. Ekser polise baxirsan onun bunun anasina bacisina baxib koks oturur. Bu yaxinlarda gorduyum bir hadise meni cox kederlendirdi. Bir polis neferi bir nefer aciq geyinmis qizin nomresini almaq ucun yerlesdiyi metrodan 2 stansiya qabaga getdi. Rusiyadan gelen bir nefer azerbaycanli demisdi- Azerbaycanda mafiya polisdir.Men hec bir orqani ne terifleyirem ne pisleyirem. Sadece onu bilin ki goz hec vaxt gozel seyi yadda saxlamir.Rusvete geldikde ise-Stalin Mir Cefer Bagirovu cagirib ona Azerbaycanda rusvetin kokunu kesmeyi tapsirir. M.C.Bagirovsa ona- kokunu kesirem mene ne verirsen?-deye sual vermisdi.Indi dusunun her hansi bir yera ise duzelmek ucun rusvet hormet kimi yoxsa cerime kimi verilmelidir? Eger hormet kimi verilse bu boyuk vesait olmaz yox eger cerimedirse onda sen ozunde olan qusuru, catismamazligi nezere almalisan. Agaci qurd icinden yeyer. Agaci kesense sapi ozumuzden olan baltalardi.Bes &quot;baltalar&quot; kimdir???

Kimdən: vusal Haradan: baki
28.02.2009 14:53
sizlere ishinizde mohkem olmagi arzulayiram

Kimdən: Namiq Haradan: Sheki
07.02.2009 23:31
Azerbaycan genci olaraq dusunurem ki,MTN butun dovlet strukturlarindan onde durur ve her nece olursa olsun MTN milletmizi,dovletimizi qoruyur ve onun agir yuklerini oz ciyinlerinde dasiyir.Ve umid edirem ki,rusvet ve s. de tez bir zamanda aradan qalxacaq.MTN.e semimi qelbden ugurlar.Ey Azerbaycan gencleri,eger evimizin penceresi qiriqdirsa,onu ozumuz duzeltmesek,berpa etmesek,onu NE AMERIKAN,NE RUS,NE DE DIGERLERI GELIB DUZELDECEK...

Kimdən: gece Haradan: aze
30.01.2009 11:49
tehlukesizlik orqanlarinin on siraya chixmasinin ekser olkelere xas olduqunu vurqulayirlar ,ve azerbaycanin buna reaksiyasi. insan inanir amma kutle teshvishe dushur

Kimdən: SERVER_IP Haradan: BAKI
09.01.2009 19:09
Mence olkede reqabet olmalidir.MTN bu isde daha cox fealliq gorsedir.eger MTN gedib narkotik cinayetlerini tutursa serhedden kecirilen narkotikleri tutursa,DIN bunu ede bilmirse onda nede soz gede biler...MTN olkede gizli sekilde fealiyet gostermesi alqislanasi haldir.MTN olkenin milli maraqlarina xidmet edir mencede kifayet qeder tohvesini verib bunu kecirdiyi emeliyyatlarda oz sozunu deyib.Eger bu gun olkede sabitlik varsa buna gore MTN borcluyuq
Səhifə (3)
    Növbəti