Dinlə

Canlı efir

Can Bakı

Növbəti veriliş

«ƏL QURUDAN»

SORĞU

... ... ...


Kontekst

«Əbu Bəkr»in yerləşdiyi məhəllənin sakinləri danışdı

«Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram»

«Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram»

08.09.2008
«Əbu Bəkr» kimi tanınan məsciddə partlayış törətməkdə ittiham edilən radikal dini qruplaşmanın lideri İlqar Mollaçıyevin öldürüldüyü bildirilir. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbər verilir ki, Dağıstan ərazisində keçirilən əməliyyat zamanı Mollaçıyevin daha iki silahdaşı da öldürülüb.
 
Buna qədər isə Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin şimalında oxşar əməliyyatlar keçirirdilər. Bu əməliyyatlar zamanı da bir Azərbaycan əsgəri və radikal dini qruplaşmaya mənsubluğu bildirilən üç silahlı şəxs həlak olmuşdu. Mollaçıyevin öldürüldüyü haqda xəbərləri Qusar rayon Prokurorluğundan da təsdiq edirlər.
 
Ötən həftə Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda «Əbu Bəkr» kimi tanınan məscidin partladılmasında məhz əslən Zaqatala rayonundan olan, özünü «Dağıstan camaatının əmiri» elan edən İlqar Mollaçıyevin dəstəsi şübhəli sayılırdı.
 
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, bu hadisələrin həm açıq, həm də pərdəarxası izahatı var. Onun sözlərinə görə, həm Azərbaycanın şimalında, həm də qonşu Rusiyanın cənub əyalətlərində dini radikalizm gücləndiyindən hər iki ölkənin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatları buna cavab kimi başa düşmək olar. Ancaq İ.İsmayıl bölgədə dini radikalizmin Rusiya-Gürcüstan münaqişəsindən dərhal sonra baş qaldırmasını təsadüf saymır. Onun fikrincə, Bakıda və Azərbaycanın şimalında gərginlik yaradan qüvvələr bilərəkdən və ya bilməyərəkdən Rusiyanın maraqlarına xidmət edə bilər:
 
«Hadisənin görünməyən tərəfi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İlqar Mollaçıyevə sifariş vermək və ya onun dini hisslərindən istifadə edib gərginlik yaratmaq olardı. Sonra da o aradan götürüldü…»
 
«Əbu Bəkr» məscidi ətrafında isə yeni gərginliklər yaranmaqdadır. Qəzetlərin yaydığı məlumatlara görə, məscidin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dən çox sakini imza toplayaraq bu məscidin birdəfəlik bağlanması tələbi ilə ölkə rəhbərliyinə müraciət ediblər. Ancaq biz həmin məhəllədə olarkən sakinlərin bir çoxu imza kampaniyasına qoşulmadıqlarını bildirdilər:
 
- Ad və soyadları yazır, sonra da özləri sakinlərin yerinə imza atırlar. Biz məscidin bağlanmasının əleyhinəyik.

 
- Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram.
 
- Mən də bu kampaniyaya qoşulmamışam. Bir müsəlman kimi məscidin yenə fəaliyyət göstərməsini istəyirəm.
 
Ancaq bu məhəllədə məscidin fəaliyyətindən narazılıq edən insanlara da rast gəlmək mümkün idi. Onlar isə narazılıqlarını belə ifadə edirlər:
 
- Mənim iki nəvəm var. Aparıb Sabunçuya qoymuşam. Azan səsindən qorxurlar. Çox bərkdən oxuyurlar.

 
Məscidin imamı Qamət Süleyman isə imza kampaniyasını onları istəməyən bəzi qüvvələrin sifariş etdiyini düşünür. Onun sözlərinə görə, şadlıq evlərinin səs-küyündən narahat olmayan insanların azan səsindən narazı qalmaları başa düşülən deyil:
 
- Ölkədə həm gərginlik yaratmaq, həm də prezidentə qarşı narazılıq törətmək istəyirlər. Bizimlə indiyə qədər məhəllə sakinləri arasında heç bir narazılıq olmayıb. Əksinə həmişə onların hörmətlərini saxlamışıq.
 
Qamət Süleyman imza kampaniyasının arxasında hakimiyyət orqanlarının dayanması haqda fikirlərə inanmır. O, ümid edir ki, istintaq başa çatan kimi məscidin fəaliyyəti bərpa ediləcək.
 
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da hesab edir ki, indiki vaxtda məscidin qapadılması ölkədə radikal meylləri daha da gücləndirər. Onun fikrincə, indi sovetlər dönəmi olmadığından məscidlərin zorla qapadılması çox acı nəticələr verə bilər.
Bu forum dayandırılıb
İsmarışları sırala
 Əvvəlki   Növbəti 
Səhifə (3)
Kimdən: ŞEYX_ƏBDÜl_ƏZİZ Şəhər: Baku
13.09.2008 02:03
As salamu aleykum.
Bismilləhi təalə. (Uca Allahın adı ilə!) Bunu qeyd edim ki, Uca Allah bizi imtahana çəkərək bu haqda belə buyurur: “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?” (29:2) “Həqiqətən də bu, açıq-aydın bir imtahandır.” (37:106) Bununla belə Uca Allahdan Azərbaycan dövlətinin rəhbərlərinə islah və hidayət olunması diləyirəm. Amin.


Kimdən: Ahmed Şəhər: Azebaycan
12.09.2008 21:42
Sizin gozunuze giren radikalizm olsun.Sirk Kufur bas alib gedir siz hele yuxudasiz. muselmanlarda bacardigi qeder buna qarsi mubarize aparanda baslayirsiz radikalliqdan danismaga.

Kimdən: Аddullah
12.09.2008 17:43
масчидин багланмасы анчаг Аллахы танымаян масчид атрафында яшаян гачгынлар дея билар.Бу сабабданда онлар оз торпагларындан говулдулар.(ая,мягар бу кафирлар торпагларынын хар бир тарафдан даралдыгыны гйормурларми.)Ман бир нафарда шахар адамы гйормадим ки, азан сасиндан нарахат олсун,алкаш олсада бела.Масчидин багланмасыда ачылмасыда Аллахын изни ила олур.Гунахы озумузда ахтараг.

Kimdən: Anar Şəhər: Baki
11.09.2008 20:28
Salam Aleykum, inshallah Rebbimiz tovhid ehline ve tovhid mekanina qiymaz, en qorxulusu odu ki, bela geler. Mescid acilacaq INSHALLAH

Kimdən: Abdullah Şəhər: Müşfiqabad
11.09.2008 13:04
Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.(Səff surəsi).İlham Əliyevi təbrik edirəm-seçkiyə Allaha qarşı çıxmaqla gedir.Nəticəsini görər inşaallah

Kimdən: anar
10.09.2008 02:07
Qaməti bir çox hallarda dəstəkləməsəm də onu da etiraf etməliyəmki radikal fikirlərin qarşısının alınmasında onun böyük rolu var.Təbii ki məscidin fəaliyyət göstərməsi onun işini bu yöndə daha da rahat edirdi.Radikalları yaxşı tanıdığımdan onların məscid bağlandıqdan sonra bu boşluqdan necə istifadə edəcəklərini çox gözəl bilirəm.Buna heç kimin şübhəsi olmasın...Allah bu mübarək ayda günahlarımızı bağışlasın...Amin.

Kimdən: Ilhame Şəhər: Baki
09.09.2008 23:23
Salam aleykum. ragif deyilen shexsin yazdiglarina cavab olarag: Ey hugugi vetendash 1-ci burda Qamet gardashdan danisilmir, burda mecidin baglanmasindan danishilir,2-ci Qamet qardashin elminin olub olmamasini tegriben bu mecide gelen 10 min den artiq muselman baci ve qardashlar cox yaxshi bilir. Onlarin icinde alimde var, huquqsunasda, muellimde, hekimde. Qamet qardashin savadini olcmek icin en azindan hech olmasa onun bildiyinin 1%ni bilmelisen. Senin kimilerin zenni ucbatindan bu gun muselmanlar namaz qilmaga yer tapa bilmir..... Allah hidayet versin.

Kimdən: Elgiz Şəhər: Nizami r-nu
09.09.2008 21:40
As salam aleykum musalman qardashlar. Mende Abu-Bakir mescidinin baglanmagina naraziyam. Inshallah Allah oz qullarini darda qoymaz.

Kimdən: Safarow Şəhər: Baku
09.09.2008 20:05
Священный коран 2-я Сура аль-Бакара "Корова " 114-й аят.
Кто может быть несправедливее того, кто запрещает в мечетях Аллаха поминать имя Его и стремится разрушить их? Им следовало бы входить туда только с чувством страха. Позор им в мирской жизни и великие мучения в Последней жизни.

Kimdən: Muslima Şəhər: Baku
09.09.2008 16:36
Assalamu aleykum we rahmatullahi we barakattuhu! Я против закрытия мечети Абу Бакра. Закрыв ее, этим наказывают мусульман этой мечети, а разве они виноваты что кто-то ненавидит их и забрасывает гранатами. Да поможет Аллаха мусульманам Азербайджана!
 Əvvəlki   Növbəti 
Səhifə (3)