Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

Alıcılıq qabiliyyəti artıb, yoxsa azalıb?


Bu ilin yanvar-mart aylarında istehlakçılara 6 milyard 793,4 milyon manatlıq məhsul satılıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox məhsul satılması deməksir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 4,8 faiz artıb.Bu 3 milyard 429,9 milyon manta olub.

Qeyri-ərzaq məhsulları üzrə isə satış 1,9 faiz artaraq 3 milyard 363,5 milyon manata çatıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına gedib. Bunun 16,9 faizinə isə toxuculuq məhsulları, geyim və ayaqqabılar alınıb. 6,3 faizi elektrik malları və mebelin, 5,8 faizi isə avtomobil yanacağının alınmasına sərf edilib.

1,3 faiz tibbi mallara, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları , çap məhsulları, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına xərclənib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib.Bu zaman manta az qala iki dəfə dəyər itirib.

Müstəqil iqtisadçılar deyir ki, devalvasiyanı nəzərə alanda əksinə alıcılıq qabiliyyətinin xeyli aşağı düşdüyü bəlli olur.Üstəlik, bu müddətdə qiymətlər xeyli artıb.

XS
SM
MD
LG