«Media forum» saytının məlumatına görə, Ə.Cəmşidi deyib:
«Bu cinayətkar dəstənin üzvləri iqtisadi fırıldaqçılığa qarşı şüarlardan faydalanaraq ölkənin dini və siyasi rəsmilərinin şəxsiyyətini şübhə altına almağa, bununla da müxtəlif şəxsiyyət və qurumlar arasında ixtilaf salmağa çalışıblar».
Ə.Cəmşidi A.Palizdarın işi ilə bağlı bu günə qədər 13 nəfərin həbs edildiyini vurğulayıb.
Bir ay əvvəl Həmədan və Şiraz universitetlərindəki çıxışında İranın 50-dən çox yüksək rütbəli rəsmisini möhtəkirlikdə, dövlət əmlakını mənimsəməkdə, bəzi məmurları isə əxlaqsızlıqda günahlandıran İran Məhkəmə Sistemini n tədqiqat və araşdırma komissiyasının keçmiş rəhbəri Abbas Palizdar iyunun 12-də həbs edilib.