Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Bloqlar / Şahvələd Çobanoğlu

Korrupsiya gizlinləri və açıq-saçıq müğənnilər

Biz müğənnilərin geyimi, davranışı və həyat tərzi haqqında düşünərkən, başqaları gizlin-gizlin bizə aid olan pulları sayır

Biz müğənnilərin geyimi, davranışı və həyat tərzi haqqında düşünərkən, başqaları gizlin-gizlin bizə aid olan pulları sayır

08.03.2009
(«Qısaldılmış dalğalar» gündəliyi)

Bu mövzu bitmək bilmir - hər yanda müğənni qadınların açıq-saçıq geyinməsindən danışırlar. Onu da etiraf edim ki, bu maraqsız müzakirələr şəxsən məni çox təəccübləndirib. Ötən il xəstəxana önündə orta yaşlı bir nəfərlə söhbət etdim, özü az qala ayaq üstə keçinmişdi, danışdığından bildim ki, həyat yoldaşı da içəridə yarıcan yatır. Yanındakı uşağa baxanda isə adamın qəlbi parçalanırdı. Amma bilirsinizmi söhbət əsnasında bu adam nədən şikayət etdi?

«Belə ölkə olmaz, açırsan televizoru, müğənnilər ekrana lüt çıxır».

Elə belə də dedi. Bu mövzuda daha kimlər şikayət etmir ki! Parlamentdə də tez-tez etiraz edirlər. Hələ bir dəfə Nizami Cəfərov bu «dözülməz hallara qarşı» ölçü götürmək barədə danışırdı, deyəsən, hətta qanun qəbul olunmasını da təklif etdi. Təhsil naziri Misir müəllim isə günlərin birində televiziyada müğənni Zülfiyyə Xanbabayevanı təriflədi – milli adət-ənənələrə uyğun geyindiyinə görə. Yəni təhsil nazirinin də müğənnilərin geyimi haqqında düşünülüb daşınılmış bir mövqeyi var.

Bu mövzu bitmir, televiziya ekranlarında, məclislərdə, yazılarda, qəzetlərdə. Artıq şou səhnədə, ekranda olanların deyil, onların ətrafında bu mövzunu gündəmdə saxlayanlarındır. Sanki başqa qayğılar yoxdur.

Mənə elə gəlir ki, bizim şou əhli adlanan kəsimdənsə onlara baxan, onlardan danışan, sevərək və yaxud sevməyərək onlara diqqət və duyğu ayıran adamlar daha çox şou həyatı yaşayır.

Bəzi ictimai adamları başa düşmək olur, bu adamlar haqda danışmaq təhlükəsizdir. Onlar haqda danışmağa nə var - haqqında deyilənlər çoxlarının heç vecinə də deyil. Amma bizə nə düşüb axı?!

Axı biz bu ölkədə açıqlıqdan öncə gizlilikdən şikayətçi olmalıydıq. Beş-on müğənni qadının açıq-saçıq geyinməsi yox, dövlət idarəçiliyində, büdcə xərclərində, neft gəlirlərinin istifadəsində mövcud olan gizlinlər bizi narahat etməli idi. Axı çətin günlər yaşayan bir toplum yaxşı bir günə çıxmaq üçün israrla şəffaflıq axtarmalı və tələb etməlidir. Məgər bu mövzuda qayğılar müğənnilərin açıq-saçıq geyinməsindən azmı əhəmiyyətlidir?

Bəs nədən bu ölkəyə şəffaflıq, açıqlıq, aydınlıq lazım olduğu halda, əksəriyyət girişib beş-üç müğənni qadının əndamını gizlətmək tələblərinə? Doğrudanmı biz gizli əməllərdən yox, açıq əməllərdən əziyyət çəkirik? Deyəsən, onu da anlamaq istəmirik ki, televiziyalarda açıq-saçıq qadınlara verilən geniş meydan da digər sahələrdəki gizlin işləri rahat və sakitcə aparmaq üçündür. Biz müğənnilərin geyimi, davranışı və həyat tərzi haqqında düşünərkən, dartışarkən, başqaları gizlin-gizlin bizə aid olan pulları sayır.

Qanunların, hüquqların tapdanmasına, ədalətsizliyə, korrupsiyaya dözən adamlar onlara heç bir aidiyyəti olmayan qadınların geyiminə dözmürlər. Bu isə qatarın relsdən çıxarılması hadisəsidir. Bilmirəm, siz heç qatarı getdiyiniz küçəyə sürdürmüsünüzmü?!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: Bakili Şəhər: Absheron
15.03.2009 15:54
Eybi yoxdu qoy bunlar Bakida soyunub TV-lere chixsinlar.Bakida onlarin ne veziyyetde olduqlarini az xarici gorur.Eger onlara TV-lere chixmaga qadaga qoysaq qachacaqlar Dubaya,orda min oyundan chixacaqlar.butun dunya Azeri milletinin ne gunde oldugu gorecek.
Qeyd*Onsuzda Dubayda Azeri qadinlar choxdur....

Kimdən: Gilavar Şəhər: lamekan
15.03.2009 02:21
Hörmetli Şahveled müellim.ele yazırsız ki,guya mügennilerin tv lere nece cıxdıglarından xebersizsiniz. baş redaktorlar vezifede olan gohumlarının tapşırıgı ile teyin edildikleri ücün igtidara dolya vermeye mecburdurlar. balıg da başdan iylener.onlara nece serf ederse,ele de edirler.layigli insanlar istedikleri vezifelere işe gire bilmirler.her derd de ordan başlayır...

Kimdən: anonimka Şəhər: boşluq
14.03.2009 18:24
Məqaləylə razıyam. Amma unutmaq lazım deyil ki, bu gün tv-də olanlar hamısı qardaş Türkiyədə olduğu kimi məqsəd yönlü şəkildə baş verir. Yəni medya bilərəkdən iqtidar tərəfindən yönləndirilir. camaatın başını qatmaq, insanların düşüncələrini yönləndirmək və s. bütün bunlar fırıldaqdan başqa bir şey deyil. ona görə tv ilə çox başınızı qatmayın.

Kimdən: Aliqulu Şəhər: Bakı
12.03.2009 17:44
Hörmetli Şahveled müellimin fikri ile razılaşmaq olmaz!Hemin qadınlar televiziya vasitesi ile her kesin evine girir ve milletin exlaqını pozurlar!Eger rüşvetxor memurlar milleti soyurlarsa(bu heqiqetdir) geci-tezi buna son qoyulacaq ve milletin durumu yaxşılaşacaq.Amma exlaq pozulubsa onu düzeltmek üçün bir esr bele kifayet etmeyecekdir!! Söhbet bundan qedir!!

Kimdən: Natiq Şəhər: Baki
12.03.2009 13:06
Nedense huquqsuzluq bize toxunanda menzerenin ne ve nece olduqunu derk edirik. Onda da gec olur. Heyder Eliyev de bilirdi ki, bu cemiyyet huquqununun tapdanmasina dozur, amma aciq-saciqliqa hessas yanasir. Hetta 1 defe TV-lere saat 12-den sonra film gostermeyi qadaqan etdi. Eslinde o, azadliqi qadaqa etdi. Indi oqlu xalqi tapdalayir. Ve yerne susuruq. Bax, budur menzere!

Kimdən: Lara
10.03.2009 17:57
Shahveled bey, chooooox teshekkur edirem!
Yerinde qeyd etmisiz ki "Doğrudanmı biz gizli əməllərdən yox, açıq əməllərdən əziyyət çəkirik?"

Kash ki, bizim qadinlarin da Isvechdeki kimi ureyi istedikleri kimi geyinmesi muzakire olunmazdi, amma Isvech krali kimi prezidentimiz olardi!

Kimdən: forreal Şəhər: baki
10.03.2009 11:37
Nə geyinir geyinsinlər,təki adam kimi oxusunlar

Kimdən: anar Şəhər: azerbaycan
09.03.2009 19:31
inshallah men hakimiyyetde olanda bu mugennilerin hamisiynan ciddi suretde meshgul olacam, hamisi menasiz mexluqatlardi, gunu gunden gobelek kimi artirlar.

Kimdən: Famil Şəhər: Sibir
09.03.2009 13:48
Meneviyyat olmayan yerde her felaket ola biler. Insanlar mutleq neyi ise muqeddes saymalidirlar ve onu goz bebeyi kimi qorumali, onun uqrunda olume qetmelidirler! Eqer bu amil yoxdursa cemiyyetde o cemiyyet felakete mehkumdur! Bu aksiomadir! Bes bizim cemiyyetde hansi amiller muqeddes hesab olunur? Vaxti ile ana, ata, baci, veten, din... muqeddes hesab olunub. Indi bu amiller ele bil ki, lazimsiz bir nesneye cevrilibler! Bele amiller Azerbaycan cemiyyetinde teessufler olsun ki, meqsedyonumlu shekilde mehv olunur! Insanlar "yaxshi" ile "pis" arasinda olan ferqi unudublar. Her yerde prinsipial fikir ayriliqi ortaliqa cixir ve insanlari birleshmeye qoymur. O cumleden de geyim-moda meselesi! Edalet namine demek lazimdir ki, bu gunku moda fahisheliyi xatirladir ve cetin ki, region camaati bununla razilashsin. Muellif bunu mutleq nezere almali idi.

Kimdən: Yuxu Şəhər: Bakı
09.03.2009 13:19
Maraqlı yazıdır. Mən də həmişə düşünmüşəm ki, şılpaq müğənnilər hakimiyyətin abırsızlığını pərdələmək üçündür. xalqın başı isə bir tikə çörəyə qarışıb, amma yenə də çılpaqları müzakirə edir.
    Növbəti 
Səhifə (3)