Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda azərbaycanlıların «Ana Dili Günü» kampaniyası

Ana dili günü ilə bağlı təbrik ismarışları

Ana dili günü ilə bağlı təbrik ismarışları

20.02.2009
İran Azərbaycanında milli hüquqlar uğrunda hərəkatın fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə geniş kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində Təbriz, Əhər, Mərənd, Ərdəbil, Urmiya və Sulduz (Nəqədeh) şəhərlərində təbrik ismarışları paylanıb.

Sellofana bükülmüş şirniyyatla birgə paylanan ismarışlarda «21 fevral UNESCO tərəfindən Dünya Ana Dili Günü kimi elan edilib. Bütün azərbaycanlılara, özəlliklə də həmşəhərlilərimizə mübarək olsun!» sözləri, eləcə də Şəhriyarın türk dili haqqında şerindən misralar əksini tapıb.

Məktəblilərə üzərində «Ana diliniz qutlu olsun - Türk dilində mədrəsə olmalıdır hər kəsə» yazılmış qələmlər paylanıb. Divarlara Azərbaycan dilində təhsil tələbilə şüarlar yapışdırılıb, kütləvi SMS-lər göndərilib. (Yazı videonun altında davam edir)

JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə

Yüklə
İran Azərbaycanındakı mənbələr bu kampaniyanın gizli aparıldığını bildirir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) verdiyi məlumata görə, böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilib.

Paytaxt Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilib ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər.

Ötən illərdə Ana Dili Günü münasibətilə azərbaycanca təhsil tələbilə keçirilən aksiyalardan sonra İranın bir neçə şəhərində kütləvi repressiyalar aparılmış, çoxu tələbə olmaqla, milli mədəni hüquqlar uğrunda hərəkatın fəalları bir neçə aylıq həbs cəzası almışdılar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Türk oglu Şəhər: Şimali Azərbaycan
26.02.2009 21:30
Salam ey möhtəşəm xalqın məğrur vətəndaşları....Mən bu VƏTƏN uğrunda ölməyə hazıram...Təki bir gün O taylı-bu taylı AZƏRBAYCANı görüm.Gəlin birləşək,Səttərxanın,Pişəvərinin ruhunu məyus etməyək...O torpaqları görənlərin hamısının gözlərindən öpürəm...

Kimdən: mehemmed Şəhər: baki
25.02.2009 13:57
salam megrur AZADLIQ...
TANRI ONLARIN BU SESINI ESIDECEK...
ZEFER,QELEBE GUNU UZAQDA DEYIL...
TANRI BUTUN TURKAZERLERE YAR OLSUN..
TURKUN DOSTU ALLAHDIR...
ULU VE SARSILMAZ LIDERIMIZ MEMMEDEMIN RESULZADENIN SOZLERI YADA DUSUR..

SEN BIZIMSEN,BIZIMSEN DURDUQCA BEDENDE CAN
YAWA,YAWA,COX YAWA EY WANLI AZERBAYCAN...

Kimdən: Elşən Şəhər: Təbriz
24.02.2009 07:03
Anti bush,Musteqil Azerbaycanda ruslashma gedir o bashqa mesele buna ne dexli var? insan haqlarindan yazmasinlar ve iran devleti insanlari qirsinmi? bextiar vahabzade - memmed araz - xelilrza uluturk ve...Guneyle maraqlanmalarinda sizler Xarici keshfiyyatina baglayirsiniz? dəhşətdir...

Kimdən: Anti-Bush Şəhər: Lamekan
22.02.2009 20:50
Mesumla raziyam. Iranlilarin amerika ile bu gergin veziyyetinde bizim bu hereket arxada zerbeye oxshayir. Xarici keshfiyyatin iyi gelir burdan. Kohne usullarina el atiblar amerikalilar. Parcala, hokumranliq et. Azerbaycan dilinin derdini cekirikse olkede genclerin kutlevi ruslashmasinin qarshisini alaq.

Kimdən: "RESULZADE" Şəhər: Yiyesiz olke
22.02.2009 16:16
Indi baxdim vidyoya yuklerim biz biz oldu bele bir hunerli qeyretli esl Azeri qanli 35 milyonluq qardasimiz var.

Kimdən: "RESULZADE" Şəhər: Yiyesiz olke
22.02.2009 16:11
INSALLAH yaxin gunlerde Azerbaycanda sivil demokratik dovlet qurulacaq hansi ki basi pul yighmagha yox 50 milyonluq Azerini 150-200 min KM2 lik erazini birlesdirmeye doghrudan da cehd edecek. INSALLAH en yaxin gunlerde bas verecek bu. Inanin ki cox qalmayib.

Kimdən: Tural
22.02.2009 04:34
ismarış - Assosiasiyası -repressiya -Konstitusiya, Bunlarin Mənasi Nədir? Nədən Onlarin Yerinə Azərbaycan Turkcəsindəki Sozlərdən faydalanmirsiz?Quzeyli Baci Qardaslarim, qəlbinizə almayin ama allah qoysa siz hələ Mustəqil Azərbaycan Vətəndaşisiniz bu qədərdə dili ruslaşdirmaq revami? Dilimize Sahib çixaq !

Kimdən: Savalan Şəhər: Istanbul
21.02.2009 17:43
Necə ağlamayim,Saçim yolmayim
Ellerin içində elim itibdir.

Niyə danişmayim,niyə dinməyim
dillərin içində, dilim itibdir.

Dünya Ana Dili Günü Münasibəti ilə hər kəsi urəkdən təbrik edərək,Sonda Azadlıq Radiosu -nin Rəhbərlərini Guney Azərbaycanlilarin Məsələləri ile bagli diqqətlərinin son neçə ayda artirilmasini urəkdən alqişlayiram.

Kimdən: kamil Şəhər: isvec
21.02.2009 14:58
salam hemvetenlilerim sizin haminizi garsidan gelen ana dili munasibetile tebrik edirem! azadlig ucun bir nefer ölurse on neferi ayaga galxir !!! insallah hec birimiz ölmeden dilimizi ve milletimizi isgaldan xilas ederik!

Kimdən: Dilsiz Şəhər: Bu taydan
21.02.2009 12:40
Atalarimiz yaxsi deyib olmek olmekdir bes xirildamag ne demekdir.Bele olanda bes sen neyi gozleyirsen ay o tayli gardasimiz...?
    Növbəti 
Səhifə (2)