Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Milli domen bazasından Day.az domeninə aid məlumatlar silinib

Osman Gündüz bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib

Osman Gündüz bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib

19.02.2009
Fevralın 19-dan etibarən Azərbaycan iternet məkanının əsas mlli domen bazasından (Whois.az) www.Day.az domeninin məlumatları silinib. Bu barədə «Turan»a Azərbaycan İnternet Forumunun (AIF) rəhbəri Osman Gündüz bildirib.

Whois.az milli domen məlumat sisteminin və az domeninin hazırda inzibatçılığını həyata keçirən məsul şəxslər AİF-ə bununla bağlı açıqlama vermək istəmədiklərini bildiriblər.

«Day.az resursunun sahiblərinin baş vermiş hadisə ilə bağlı açıqlamalar vermək istəmədiklərinə baxmayaraq, AİF hər bir halda məhkəmənin qərarı olmadan hər hansı informasiya resursunun qapadılmasını qətiyyətlə pisləyir və bunu yolverilməz hesab edir», - deyə O.Gündüz bildirib.

O, bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib.

Artıq milli domenlər bazasında (Whois.az) www.day.az-ın kimə aid olması barədə məlumat yoxdur. Yəni domenin sahibi, ünvanı, telefonu, faksı, e-mail barədə heç bir məlumat yoxdur. Əvvəl burada Day.az-ın baş redaktoru Elnur Baimovun koordinatları yerləşdirilmişdi.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ramiz
20.02.2009 12:32
Onlarin verdiyi iqtisadi melumat qeyri-pesekar ve bezen yalanlar esasinda teqdim edilirdi. Gelejekde bele vasiteler tam musteqil ve esaslandirilmis melumat yaymalidirlar

Kimdən: Ilqar Abdullah Şəhər: Bakı
20.02.2009 09:23
Nə bilmək olar ,bəlkə elə Avropanın göstərişi ilə bağlanıb.Artıq bunlara da inam qalmayıb.

Kimdən: Aygün Şəhər: Bakı
20.02.2009 09:22
Məlumatların görünməməsi normal haldı. Ama day.az da maraqlı olan başqa şey var.

Day.az rusca açılır. İnternet səhifəsinin ünvan hissəsinə day.az yazdım saytı açdım. Və rusca yazıldı ki texniki səbəbkərə görə sayt işləmir.

Məncə bu ana dilimizə hörmətsizlikdi. Yəqin onların ana dili başqadı. Elədirsə azərbaycanda fəaliyyət göstərmələri anormaldı.

Kimdən: Eloglu Şəhər: avropa
20.02.2009 06:06
Hal-hazirda, elexsusda son gunlerde, Azerbaycan Avropa (ve umumiyyetle Qerb dunyasi) ve Rusiya arasinda geden ölüm-dirim savaşinin arenasina çevrilmişdir. KQB polkovnikinin qaz shantajinin davam etdirilmesi Rusiyada milli ve dovlet iflasinin qarshisini almaq meqsedi güdür. Bu yolda Rusiyanin KQB tör-töküntüsünden ibaret cellad rejimi hech-bir maneeye baxmayaraq sonuna qeder getmekde israrlidir. Allah bizi Rusiyanin "qucagindan" qurtarsin.

Kimdən: eldar Şəhər: baki
19.02.2009 20:08
Day.az-ın bağlanması habelə insanların məlumat almaq azadlığı kimi hüquqlarını pozmuşlar. Qeyd etməliyəm ki, bu hüquq Avropa Konvevensiyasının 10-cu maddəsi ilə qorunur. Görünür bu hakimiyyətə Konvensiya da artıq vız gəlir. Mənə elə gəlir ki, yaxşı edirlər. Avropaya bu da azdır.