Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

«Əliyev rejimi informasiya məkanını məhdudlaşdırmaq xətti seçib»

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər

19.02.2009
«Day.az kifayət qədər populyar və nəinki Azərbaycan, Qafqaz internet məkanında, ümumiyyətlə rusdilli internet məkanında öndə gedən saytlardan biri idi».

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

Onun sözlərinə görə, saytın yaradıcıları, Azərbaycan reallıqlarının imkan verdiyi dərəcədə bütün mövqeləri ifadə edən portal yaratmışdılar:

«Bu baxımdan həmin saytın bağlanması Azərbaycanın informasiya fəaliyyətini xeyli məhdudlaşdıracaq. Çünki day.az saytı Azərbaycan dövlətinin maraqları ilə bağlı bir çox məsələlərdə prinsipial mövqe tuturdu. Saytın bağlanmasını mənfi dəyərləndirirəm və inanmaq istərdim ki, hansısa anlaşılmazlıq olub və qısa müddətdə məsələ həll olunacaq. Ümumiyyətlə, hakimiyyətin söz və mətbuat azadlığına hücumu internetdə günü-gündən güclənməkdədir. Əliyev rejimi internet kimi önəmli bir informasiya məkanını məhdudlaşdırmaq xətti seçib».

Deputat Elmira Axundova isə «Azadlıq» radiosuna deyib ki, sayt texniki problem üzündən bağlanıb. Problem ABŞ-da yaranıb, bir neçə günə portal öz işini bərpa etməlidir:

«Mən dəqiq bilirəm ki, bu, texniki, Amerikadakı ötürücüylə bağlı meydana çıxan problemdir».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Yurdsever
20.02.2009 17:30
Dey.az çoxdan "dayaz"-a çevrilmişdi. Erməni forumlarındakılar day.az-ln verdikləri xəbərlərə gülürdülər. Saytın seviyyəsi, şübhəsiz çox aşağı düşmüşdü. Sayt yavaş yavaş "Sarı Pressaya" çevrilirdi. Müğənnilər arasındakı qalmaqallar, qarşılıqlı təhqirlər day.az vasitəsilə aparılırdı.
Konstitusiyaya ediləcək dəyişiklilləri isə saytın forumunda müzalkirə olunmasına "TABU" qoyulmuşdu.
Sayt açılacaq, ancaq 2news.az kimi fəaliyyətini davam etdirəcək.
Hormetle,
YS

Kimdən: sanqam Şəhər: dehli
19.02.2009 19:37
Ehsen. Deyesen Isada Raufun yolunu tutdu.

Kimdən: Elman
19.02.2009 17:42
Day.az Azərbaycan dövlətinin maraqlarına xidmət etməyi 2005-ci ildə dayandırdı. Boş söhbətdi. Anar M.-ın saytı necə müxalif ola bilər?