Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Beş fəala beş il sürgün və həbs

Həbsdə olduqları bir aya yaxın müddətdə gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub

Həbsdə olduqları bir aya yaxın müddətdə gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub

03.02.2009
Fevralın 2-də Ərdəbil İnqilab Məhkəməsi beş gənc fəala hökm oxuyub, hər birinə beş il sürgündə çəkiləcək həbs cəzası kəsib. Rəhim Qulami, Vədud Səadəti, Bəhruz Əlizadə Ərdəşir Kərimi aprel ayında, Hüseyn Hüseyni isə may ayında ana dilində təhsil tələbi ilə vərəqələr yaydıqları üçün həbs olunmuşdular.
 
Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının verdiyi məlumata görə, həbsdə olduqları bir aya yaxın müddət ərzində gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub. Böyük məbləğdə girov qoyub həbsdən azad olunan gənclər bir neçə ay idi ki hökmü gözləyirdilər.
 
ADAPP sözçüsü Vahid Qarabağlı deyir ki, Hüseyn Hüseyni bundan sonra Səttarxanın anım mərasiminə qatıldığı üçün daha bir dəfə həbs olunmuş, heç bir ittiham irəli sürülmədən Evin həbsxanasında 68 gün təkadamlıq kamerada saxlanmışdı.

Yanvarın 20-də həbsdən azadlığa çıxmış Hüseyni Ərdəbilə yenicə qayıtmışdı ki, həbs haqqında hökmü oxundu: «Həsənzadə soyadlı hakimin verdiyi hökmə görə, gənclər Ərdəbil şəhərində iğtişaşlara səbəb olduqları üçün həbslərini sürgündə çəkməlidirlər. Jurnalist Rəhim Qulami həbsini Həmədan həbsxanasında, tələbələr Hüseyn Hüseyni Kirmanda, Ərdəşir Kərimi Hormuzqan zindanında, mədəni hüquqlar uğrunda mübarizənin fəalları Vədud Səadəti Simnanda, Bəhruz Əlizadə isə Bucurd şəhərində saxlanılacaq»-, deyir Vahid Qarabağlı. Onun sözlərinə görə, adı çəkilən şəhərlərdən Ərdəbilə ən yaxın olanı Həmədandır ki, oraya getmək üçün min kilometrə qədər məsafə qət etmək lazımdır. Hormuzqan şəhəri isə Ərdəbildən 4300 kilometr aralıdır.
 
Vahid Qarabağlının fikrincə, həbs dolayısı ilə gənclərin Ərdəbilin tanınmış hərəkat fəallarından olan, bir müddət əvvəl həbsdən çıxmış Abbas Lisani ilə təmaslarını kəsmək məqsədi daşıyır:

«Hökmə əsasən, gənclər qanunsuz təşkilat yaratmaq və İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda günahlandırılırlar. Maraqlıdır ki, hökmdə Çənlibel təşkilatının adı çəkilir. Halbuki bu adda təşkilat mövcud deyil. Çənlibel Abbas Lisaninin mağazasının adıdır»-, deyir Vahid Qarabağlı 
 
Bir müddət öncə eyni hakim Əsgər Əkbərzadə adlı tələbəyə də sürgün və 5 il həbs cəzası kəsmişdi.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Fuad Şəhər: Bakı
04.02.2009 17:29
Salam Azadlıq radiosu və o taylı bu taylı AZƏRBAYCANLI qardaşlarım . Mən tez-tez Günaz TV izləyirəm orada İranda kı Azərbaycanlı qardaşlarımıza edilən
zülümləri eşidəndə adama darıxma gəlir. Görəsən zulumkarlar
bu millətin başına nə vaxta qədər oyun açacaq öz dillərində yazıb oxumağa icazə verməyəcək. Azərbaycanın qədim tarixi adlarını öz firmalarına,fabriklərinə və mağazalarına qoymaga icazə vermirlər.
Azadlıq uğrunda vuruşan bu qardaşlarımıza ULU TANRIDAN dözüm arzulayıram.Onları bu mübarizədən soyutmaq üçün işgəncələr verirlər. Onzuzda Azərbaycanın başı həm o tayda həm bu tayda bəlalıdır, bir tərəfdən ermənilər bir tərəfdən də Azərbaycanı ikiyə bölən
farslar.Yaşasın AZƏRBAYCAN!!!

Kimdən: Ruhangiz Quliyeva
04.02.2009 16:12
Yashasin Güneyli-Quzeyli Azerbaycan!
Men sözün heqiqi menasinda shadam ki,hem o taydan,hem bu taydan vetenimizin geleceyi namine chalishan merd ve qeyretli ogul-qizlarimiz var!

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
04.02.2009 01:55
Ne qeder insanlari qorxu altinda saxlamaq olar.Ancaq yenede neticesi yoxdur.Cunki bu cenclerin,mubariz tarix yazan insanlarin babalari Settarxan,Xiyabani,Piweveridir.Goylere suni peyk qaldiranda Iran prezidentinin Allahu Ekber demesi,o demek deyil ki,bu ele Allahi sevmek demekdir.Insanlara zulm etmek,onlarin huququn tapdalamaq,milletler arasinda ayriseckilik salmaq en agir gunahlardan biridir.Ewq olsun Erdebilin mubariz genclerine.

Kimdən: "RESULZADE" Şəhər: Badi Kibe
03.02.2009 17:30
bizim tvlerse ele hey ughurdan danisirlar. Hec Cenubdakilarin halina yanan yoxdu. Hami qorxur ordaki mitinqleri vermeye birden burdakilar da mitinq eliyer,neysee goren Suleymana qalmayan dunya kime qalacaq?! ozunle en yaxsi halda 2 metr kefen aparacaqsan hele o da qsimet olsa! GUNEYDEKI QARDASHLARIMIZA AZADLIQ!!!

Kimdən: məhəmməd Şəhər: baki
03.02.2009 16:27
salam mənim məğrur azadliğim.mən indi əmin oldum ki azərbaycanimizi sevənlər yalniz siz və sizinlə həmfikir olan biz türkazərlərik.çünki sizdən başqa heç bir orqan Arazin o tayindaki 30 miliyon azeri türkünün taleyindəm xəbər vermir. bu vətən fədailərinə gəldikdə isə iran höküməti bir şeyi anlamir ki onun hal-hazirda əsarəti altinda saxladiği 30 miliyon GÜNEY azərbaycanlinin damarlarinda TÜRK qani axir.türklərsə məğrur və dönməz olurlar... Mən açim dərdimi kimə deyim ki Ağlaya bilmərəm gülə bilmərəm Həyat bir ölüm bir VƏTƏNsə iki Mən böylə dərd ilə ölə bilmərəm Qəhqəhə çəkim ki tutsun cahani Sizlasin bağrimda yaram demişəm Birləşdirməyincə AZƏRBAYCANi bu ömrü özümə haram demişəm