Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Apellyasiya Məhkəməsinin işçiləri niyə dalaşıblar?

Apellyasiya Məhkəməsi hadisənin məhkəmə binasından kənarda baş verdiyini deyir

Apellyasiya Məhkəməsi hadisənin məhkəmə binasından kənarda baş verdiyini deyir

30.01.2009
Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin katibi Siyasət Sultanov mübahisə zəminində Ali Məhkəmədə çalışan həmkarı Azər Hüseynova ürək nahiyəsindən kəsici alətlə (məhkəmə işlərini tikmək üçün istifadə olunan bizlə) vurub. Hadisədən dərhal sonra onlardan birini polis saxlayıb, digərisə xəstəxanaya yerləşdirilib.

S.Sultanov barədə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət işi açılıb.

Buna görə, Apellyasiya Məhkəməsinin əməkdaşını 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu hadisə faktiki olaraq həm də Siyasət Sultanovun məhkəmə və hüquq-mühafizə sistemində çalışmaq karyerasına son qoyub.

Apellyasiya Məhkəməsisə hadisədən sonra bəyanat yayıb ki, katiblər arasında münaqişə məhkəmənin həyətində yox, kənarda baş verib.

Apellyasiya Məhkəməsinin Mətbuat Xidmətinin rəhbəri Könül Əliyeva «Azadlıq» radiosuna deyir ki, işə gecikən məhkəmə əməkdaşlarının mübahisəsi maşınlarını harada saxlamaq üstündə düşüb.

Onlar məhkəmə binasında mübahisə etsələr də, aralarında dava məhkəmədən kənarda olub. Könül Əliyeva mübahisənin yerli mətbuatda səslənən versiyası - pul üstündə baş verməsini təkzib edir. Deyir ki, bu məsələ mətbuatda çox şişirdilir:

«Bütün insanlar potensial cinayətkarlardır. Biz bilirik hansısa insanı cinayət törətməyə nə isə sövq edə bilər. İndi hansısa affek vəziyyət yaranıb və belə hadisə baş verib».

Hüquqşünas Əyyub Kərimov isə deyir ki, kimliyindən asılı olmayaraq hansısa insanın cinayət törədə biləcəyi aydın məsələdir. Amma bu hadisənin ədalət mühakiməsi saraylarında baş verməsi yaxşı hal deyil:

«Bütün inkişaf etmiş ölkələrdə məhkəmələr, ən çox da Ali Məhkəmə ədalət sarayı hesab edilir. Bu baxımdan da istər texniki işçilər, istərsə də hakimlər hər bir hərəkətlərinə cavabdeh olmalıdırlar. Başqalarına nümunə olmalıdırlar. Onların özünün hər hansı qanuna zidd hərəkət törətməsi və yaxud emosiyalarını cilovlaya bilməməsi utandırıcı haldır».

Apellyasiya Məhkəməsinin hadisənin məhkəmə binasından kənarda olması barədə yaydığı məlumata toxunan hüquqşünas deyir ki, bu mövqe də məntiqsizdir. Çünki məhkəmə əməkdaşı təkcə məhkəmə zalında yox, hər yerdə nümunəvi işçi olmalıdır:

«Məhkəmə işçiləri o qədər təmkinli, o qədər səbirli olmalıdırlar ki, məhkəmə zallarında hökm və qərarlardan narazı qalan vətəndaşlar hansısa mübahisələri edəndə bunun qarşısını alsınlar».

Sabiq polis rəisi Mahmud Hacıyevsə hesab edir ki, hər hansı insanın işlədiyi yerdən, aldığı təhsildən asılı olmayaraq cinayət törətməsi mümkündür:

«Heç kim cinayətdən sığortalanmayıb. Hətta polis və prokurorluq işçisinin də cinayət törətməsi sensasiya deyil».

M.Hacıyevə görə, görünür, hüquq-mühafizə istemində çalışan əməkdaşlar işə götürüləndə, onlar ciddi psixoloji testlərdən, müayinələrdən keçməlidirlər.

Sabiq polis rəisi deyir ki, o, psixoloq olmasa da, baş verənləri, cinayət hadisələrinin çoxalmasını daha çox ölkədəki psixoloji gərginliyin nəticəsi sayır.

Hüquqşünas Əyyub Kərimov son dövrlər hüquq-mühafizə orqanları əməkdaşlarının cinayət törətməsi hallarını adi və təsadüfi hal saymır. O, hesab edir ki, bu, cəmiyyətdə və eləcə də sözügedən sistemlərdə sağlam mühitin getdikcə zəifləməsindən xəbər verir:

«Sözsüz ki, həyacan təbili çalınmalı və baş verənlərin qarşısı alınmalıdır».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Anar Şəhər: Wirvan
01.02.2009 01:22
Harada ogurluq, quldurluq, ruwvet var, orada Quldur mecellesi iwlweyir ve tetbiq olunur.

Kimdən: Elnur Şəhər: Gence
31.01.2009 11:53
onlar terbiyeni,davranışı iş yerlərindən götürməlidirlər.bu hereket mehkemedeki ab-havanı xatırladır...

Kimdən: Ilqar Abdullah Şəhər: Bakı
31.01.2009 09:47
Yəqin,nəyisə bölə bilməyiblər.

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
31.01.2009 04:16
Helbet ruwveti bole bilmirmiwler.Men bilen onlar ele axmaqda deyillerki,kicik summadan oteri bir-birin dideler.Goresen ne qeder ortada hesab variymiw?Bilseniz bizede deyin.

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
31.01.2009 01:01
Deyirem bu hadisenin en zeif formasi hansisa bir esl muxalifet qerargahinda olsaydi,onda gorerdiniz ne pestahi cixarmiwdilar YAP-cilar.

Kimdən: qorxaq Şəhər: qorxaq
30.01.2009 20:06
mence polis reisi duz deyir psixoloji gerginlik neticesidir bunlar hamisi. Indi kime yaxin durursan adama xox gelir hamisi insanlarin ozlerini mudafie etmekden oturudur.Galdiki katiblere onlarda kiminse gul balalaridir tapshirigla gedib oturublar.ne psixoloji test ne peshekarliq onlari ancaq bir shey maraqlandirir oda hamiye bellidir ne :)))