Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

Susuz qalan sakinlərin etirazı faciə ilə nəticələnib

Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu

27.01.2009
- Vurublar, qıçını yerə qoya bilmir. Qoltuq ağacı ilə keçinir. Dizindən vurublar. Hərəkət eləyə bilmir…

İki həftə əvvəl İranın rəsmi adı Xaneqahe-Sorx olan, amma sakinlərinin Qızıl Xənəyə adlandırdığı kəndində polislə toqquşma zamanı yaralanan Nadeli Quluzadənin atası Bəhram Quluzadə belə deyir.

İrandakı agentliklərin yaydığı məlumata görə, həmin toqquşmada 30-a yaxın Qızıl Xənəyə kənd sakini xəsarət alıb. B.Quluzadə deyir ki, üst-üstə elə 30-a yaxın kənd sakini də həbs edilib. Ancaq sonradan onlar zaminə buraxılıblar.

Bəhram Quluzadə deyir ki, toqquşma kənd sakinlərinin bir fabriklə ixtilafından yaranıb. Onun deməsinə görə, fabrikin rəhbərliyi müxtəlif quyular qazdıraraq kəndə məxsus suları çəkib aparır. Susuz qalan kənd sakinlərinin etirazı isə polisin sərt müdaxiləsi ilə nəticələnib:

- Yaralımız çoxdur. Elə iki nəfər güllə yarası alıb. Birinin gözünün yanından vurublar…

Bəhram Quluzadə deyir ki, həmin fabriklə ixtilaflarına bir neçə dəfə məhkəmə də baxıb. Məhkəmə əvvəl onların xeyrinə qərar versə də, sonradan fabrikin tərəfini tutmağa başlayıb.

Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu isə deyir ki, həmin toqquşmada saxlanan kənd sakinlərinə həbsxanada işgəncə də verilib. Onun sözlərinə görə, indi zaminə buraxılanlar ağır cəza gözləyirlər. O, hətta uzunmüddətli həbs qərarlarını da istisna etmir.

Ə.Quluncu Qızıl Xənəyə kənd sakinlərinin belə müdafiəsiz qalmalarını onların həm milli, həm də dini baxımdan azlıqda olmaları ilə izah edir:

- Bunlar sünni azərbaycanlılardır. Onların ağır cəza alacaqları gözlənilir. Çünki rejimə qarşı üsyanda günahlandırılırlar. Üstəlik, bunlara su və başqa təzyiqlər bundan əvvəl də olub. Onların nə hökumətdə adamları var, nə də qeyri-dövlət təşkilatlarında.

Qızıl Xənəyəli Bəhram Quluzadə isə deyir ki, kənd sakinləri su sarıdan çoxdan əziyyət çəkirlər. Onun sözlərinə görə, hökumət himayəsində olan şirkətlər kəndin suyunu sənaye ehtiyaclarına yönəltdiyindən kənd təsərrüfatı sahələrini suvarmaq çətinləşir.

Əlirza Quluncu isə deyir ki, İran hökumətinin azlıqlar yaşayan ərazilərə qarşı iqtisadi basqıları və xüsusilə də yeraltı suların döndərilməsi siyasəti artıq beynəlxalq təşkilatların da diqqətini cəlb edir. O, bu siyasətin hansı məqsədlə yürüdüldüyünü demədi.

Bəhram Quluzadə isə deyir ki, nə niyyətlə edilir edilsin, kəndləri susuz qalsa da, burda yaşamaqdan başqa çıxış yolları yoxdur:

- Su olmasa hasil olmaz. Əkinlərimizin yarısını sulayırıq, yarısını yox. Hara çıxaq gedək? Şəhərə getsək də, keçinə bilmərik. Bekar adamlarıq…
Bu forum dayandırılıb
     
İsmarışlar
Kimdən: Oxtay Babayi ecebşer Şəhər: Tebriz
02.02.2009 16:57
Güney Azerbaycanda yaşanan olayları bu deyerli sitenizde qeyd etmeniz üçün çox teşekkür elirik.umaqıq bunda bele daha artıq bu qonulardan yazasınız

Kimdən: Urumiyəli
01.02.2009 08:56
İran Höküməti Sünni Türkləri həm özü əzir həm də onları silahlı Kürd qruplarına əzdirir. Onlar 2-ci 3-cü vətəndaş belə sayılmırlar.

Kimdən: Yashar Zencani Şəhər: Güney Azerbaycan
31.01.2009 14:31
Güney Azerbaycan'da şie Türkler ne qeder basqı altında olursalar sünnü Türkler 2 qat artıq o zülmlere meruzdırlar.

Kimdən: Ilqar Abdullah Şəhər: Bakı
28.01.2009 12:41
Bu İran mollaları gecə-gündüz Yezidə lənət oxuyurlar,amma ozləri müasir dövrün yezidi olan fabrik sahibinin tərəni saxlayırlar.Müqəddəs kitabımız olan Qurani Kərimdə Münafiqlər surəsi var.Mən fikirləşirəm ki,bu surə İran mollalarının əksəriyyətinə necə də uyğun gəlir.Həqiqətən də Quran bir möcüzədir.

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
28.01.2009 03:48
Bu da Islam dovleti.Imam Huseyin faciyyesin yawadan dovlet.Elinizde dini bayraq edib istediyinizi edirsiniz.Allahdan qorxun.Insanlarin yezid teki suyun kesib,zulm etmeyin.

Kimdən: Pronobis Şəhər: Napoli
27.01.2009 18:20
Dord yanimiz dushman, onun da yarisi muselman
     
Şriftin ölçüsünü dəyiş - +