Dinlə

Canlı efir

İşdən sonra - 1-ci saat

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

Bir fatihə, iki ay həbs…

Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar

23.01.2009
Adama məgər bir fatihə vermək üstündə iki ay həbs verərlər?

Baxır fatihəni harda verirsən...İranda Tehran Şəhid Rəcai Universitetində memarlıq dərsi deyən Abdullah Abbasi Cavanı da, qardaşının sözlərinə görə, Səttarxanın qəbrini ziyarət edib orada fatihə verdiyi üçün həbs ediblər.

Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən tutulub. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılırdılar.

İki gün əvvəl Hüseyn Hüseyni azadlığa buraxılıb, onun dayısının taleyi isə hələ qaranlıqdır.

Abbasi Cavana rəsmən hansı ittihamın irəli sürüldüyü hələ bəlli deyil. Məhbusa qohumları və vəkili ilə görüşə də imkan verilmir:

«Təqribən 70 gündür mənim qardaşımı tutublar. İki dəfə getmişəm Tehranda İnqilab Məhkəməsinə, demişəm, ağa, mənim qardaşımı niyə tutmusuz? Nə iş görüb, gedib Səttarxanın qəbrinin üstünə fatihə verib. Heç görüş də verməyiblər. Özü də təkadamlıq kamerada saxlayıblar».

Qohumlarının təkadamlıq kamerada saxlandığını deyən Yədulla Abbasi Cavan qardaşına işgəncə verildiyindən narahatdır. Dediyinə görə, Hüseyn Hüseyniyə də işgəncə verilib:

Hüseyn Hüseyni
«Ona çoxlu işgəncə veriblər. Evin zindanı işgəncəsiz olmaz ki…Vurublar, əziyyət veriblər. Onu da təkadamlıq kamerada saxlayıblar, iki ay qalıb orda. Keçən dəfə Abdullah bəyi tutmuşdular. O qədər işgəncə vermişdilər ki, dörd ayda!..Əl-üzünü yumağa belə icazə yox idi».

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra o, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının məlumatına görə, Hüseyn Hüseyni də əvvəllər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır.

Bu il iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə təqribən 10 min dollarlıq girov müqabilində azadlığa buraxılmışdı. Buna qədər Abbasi Cavanı pantürkizmdə, İran təhlükəsizliyinin əleyhinə işləməkdə, qanunsuz qruplarda iştirakda günahlandırıblar.

Abbasi Cavan
Yədullah Abbasi Cavan qardaşının Səttarxan mərasiminə nə üçün qatıldığı barədə sualı təəccüblə qarşılayır:

- Səttarxanın tərəfdarıdırlar da...Azərbaycançıdırlar.

- Məgər Səttarxanın tərəfdarı, azərbaycançı olmaq günahdır?

- Bəli, bunların nəzərində günah olmasa, niyə iki ay qardaşımı zindanda saxlayırlar. Keçən dəfə də deyirdilər ki, sən azərbaycançısan, türkü istəyirsən. Bunlar o cür deyirlər.

Cənab Abbasi Cavan həbs olunan qohumlarının milli-mədəni hüquqları uğrunda mübarizə apardığını deyir:

«Əvvəl-axır gərək bu məmləkətdə haqq-ədalət ola da…Heç nəyimiz yoxdur. İndi mənə türkcə bir yazı versəniz oxuya bilmərəm. Dərslərin içində gərək türk dili də ola. Türkcə tədris ola. 30-40 milyon türk var İranda. Yoxsa mənim qardaşımın ayrı müxalifliyi yoxdur ki, hökumətlə».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası bildirir ki, Abdullah Abbasi Cavan da, Hüseyn Hüseyni də vicdan məhbuslarıdır.

İran Konstitusiyası bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İran əhalisinin üçdə birindən çoxunu təşkil edən azərbaycanlıların öz dilində təhsil tələbləri təmin olunmur. İran hökuməti belə tələblərlə çıxış edən fəalları separatçılıqda və pantürkizmdə günahlandırır.
Bu forum dayandırılıb
     
İsmarışlar
Kimdən: Babek Savalan Şəhər: Ərdəbil
29.01.2009 00:58
Qoyun Məhkum Olum Millətchiligə,Dunyada Millətin Sevməyən Kimdir,Gərək Gozlərimdən Goz Ortə Bir Kəs, Qarqa Yuvasina Yanaşa Əyər,Niyə Vətənimi Sevməyim Niyə? Mən Bir Qarqadanda Əsgigəm Məyər?!

Kimdən: Hagg Şəhər: Tabriz
28.01.2009 19:18
Yashasin Guney Aserbaycanin demokrasye ve insan haglerine inanan milli herakati.

Kimdən: Tural Şəhər: Igdır
25.01.2009 16:32
Ax, Onudulmuş Veten,Ax Yazıq Veten...Dunyalar titredi,alemler mayallaq aşdı,felekler bir birine qarışdı,milletler yoxudan oyanıb gozlerini achdılar ve perakende doşmuş qardaşlarını tapıb,
dagılmış evlerini bina etmeye oz qoydular.bes sen hardasan,ey biyçare veten.

Kimdən: Turqut Şəhər: TURAN
25.01.2009 11:07
bir gun gelecek milyonlarla TURK genci fars sovinizmini ayaqlari altinda ezecek. bir gun gelecek iran adlanan dovlet TURAN olacaq ve bir gun gelecek dunya TURKun olacaq.

Kimdən: fast Şəhər: baku
25.01.2009 10:01
Dear friend . Iran is not Muslim country. iran plaies key role to damage Islam. iran sells very qualitative drug to our country. they try to get damage our youth. I hope that iran dose not live long.iran likes carcass and waits its killed by us. ALLAH KOMEK EDECEK INSHALLAH BIZLERE CENUBU AZERBAIJANI AZAD EDEK ermenilerden ferqlenmeyen iran hakimyetinden. AMIN AMIN AMIN.

Kimdən: Freedom Şəhər: Baki
25.01.2009 01:30
Butun dunyaninda qorxdugu budur ki Turk milletler arasinda bir birlik yarana,onun ucun PKK ve Qarabag problemleri bizim dovletlerde var,burda Amerikanin,Rusyanin,Iranin ve Avropa Dovletlerinin cox boyuk rolari var,cunki bu problemleri onlar ozleri bizler ucun yaradirlar

Kimdən: Solmaz Şəhər: Zanjan
24.01.2009 19:10
iran adlanan ölkede Türklerin ilkin haqlarının danılmaqı ve inkarı bu ölkenin parçalanmasına ve bölünmesine yol açacaq.

Kimdən: Ali Şəhər: öztürk
24.01.2009 02:51
Güney Azerbaycanımızın tekce qurtuluş yolu bağımsızlıqdır ve bunu Güney Türkleri bilirler.
Taşasın Azerbaycan
Yaşasın Türk birliği

Kimdən: Seymur Şəhər: Almaniya
23.01.2009 21:24
Allah allah bu Iran biz azäbaycanlilardan qorxurmush ki...

Kimdən: TURAN Sevdasi Şəhər: AXCP Naxcivan
23.01.2009 21:06
Darixmayin qardaslar insallah Azerbaycanin butov olacagi gun yaxindir. Insallah yaxin zamanda biz eliyevlerin, sizde farslarin zulmunden qurtaracagiq. Boyuk TURAN - BUTOV AZERBAJCAN Dunyanin Turkun edaletine ehtiyaci var
TANRI TURKU QORUSUN
     
Şriftin ölçüsünü dəyiş - +