Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:28

Herkel hökuməti beynəlxalq təcrübəni öyrənməyə çağırdı


Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel
«Belə addım demokratik ölkələr üçün qəbul edilən deyil. Düşünürəm ki, bunu tətbiq etməmək daha yaxşı olar».

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel YAP təmsilçilərinin Konstitusiyada prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən müddəanın dəyişdirilməsiylə bağlı təklifini şərh edərkən «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, bu məsələ demokratik ölkələrdə iki dəfəlik müddətlə məhdudlaşır:

«Mən ümid edirəm ki, dövlət hüququnun inkişafı kimdən asılıdırsa, o adamlar beynəlxalq təcrübəni öyrənəcəklər və Venesiya Komissiyasının tövsiyələrini nəzərə alacaqlar».

Cənab Herkel deyib ki, Avropa Birliyinin üzvü olan ölkələrin heç birində bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən qanunun olduğunu xatırlamır.

Dekabrın 16-da Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Konstitusiyada bir nəfərin iki müddətdən artıq prezident seçilməsinə qoyulan qadağanın götürülməsinə dair referendum keçirilməsi təklifi ilə çıxış edib.

Hazırkı dövlət başçısı İlham Əliyevin səlahiyyət müddəti 2013-cü ildə başa çatır.

Azərbaycan Konstitusiyasına görə, bir nəfər iki müddətdən artıq prezident ola bilməz. Bir müddət öncə də iqtidaryönlü deputatlar bu maddənin dəyişdirilməsi fikrini səsləndiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG