Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

«Xarici radiolara qadağa qoyan Avropa standartı yoxdur»

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi

17.11.2008

«Xarici radiolara qadağa qoyan Avropa standartı yoxdur». Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

Cənab Semnebiyə ilk sualımız onun Azərbaycandakı son prezident seçkisinə münasibətiylə bağlı oldu. Seçki dövründə o da Azərbaycana səfər etmişdi.

- Mənim şəxsi müşahidələrim Naxçıvan bölgəsinin kiçik bir hissəsində keçirilən seçkilərə əsaslanır. Həmin dövrdə mediaya verdiyim açıqlamada bildirdiyim kimi, seçki yaxşı təşkil edilmişdi və sakit keçdi. Mənim bəzi müşahidələrim sonradan ATƏT-in müşahidə missiyasının hesabatında əksini tapdı. Əlbəttə, seçkidə bəzi texniki və başqa problemlər oldu ki, onlar qabardılmalı və həll edilməlidir ki, növbəti seçkilərdə təkrarlanmasın. Təəssüf ki, bu, elə bir seçki idi ki, namizədlərdən biri - fəaliyyətdə olan prezident xeyli dərəcədə dominant idi. Azərbaycandakı seçkidə Ermənistan və Gürcüstandakı seçkilər qədər rəqabət olmadı.

- Siz özünüz İsveçdənsiniz. Bir anlıq təsəvvür edək ki, belə bir seçki İsveçdə keçirilib. Belə bir şeyi təsəvvür edə bilərsinizmi, yoxsa bu, qüsurlu müqayisədir?


- Bunlar bir-birindən fərqli kontekstlərdir.

- Amma İsveç xalqı belə bir nəticəni qəbul edərdimi?

- Mən düşünmürəm ki, bu, anologiya məhsuldar ola bilər. Burada tarixi və mədəni kontekstlər fərqlidir. Azərbaycan 100 illik demokratik seçki tarixinə malik ölkə deyil.

- Azərbaycan Avropa Birliyi ilə yeni qonşuluq sazişi imzalayıb. Sazişdə əsas məqamlardan biri də Azərbaycanın demokratikləşmə sahəsində islahat aparması, azad və ədalətli seçkilərin keçirilməsidir. Sizcə, Azərbaycanın davranışı bu standartlara uyğundurmu?

- Bir yandan həllini gözləyən xeyli məsələlər var və ATƏT-in seçki ilə bağlı hesabatında həmin məsələlər qabardılıb. Digər tərəfdən onu da deməliyəm ki, hökumət həmin çatışmazlıqların aradan qaldırılması, meyarlara uyğun davranılması, seçkilərin demokratik cəmiyyətdə xalqın iradəsinin ifadəsi olmasının mühümlüyünü anlayır.

- Avropa Birliyinin Azərbaycanla dialoqunun bir hissəsi də söz azadlığı ilə bağlıdır. Yəqin bilirsiniz ki, Azərbaycanda Milli Televiziya və Radio Şurasının xarici radiostansiyalarla bağlı bir planı var. Həmin plan faktiki olaraq BBC, «Amerikanin səsi» və «Azadlıq» radiolarını yerli tezliklərdən məhrum etməyə yönəlib. Şura bu planı beynəlxalq təcrübə ilə əsaslandırır. Avropada belə bir təcrübə varmı?

- Belə bir Avropa standartı yoxdur ki, əcnəbinin radiostansiya açmasına və tezlik əldə etməsinə mane olsun. Bizim mövqeyimiz budur ki, media sahəsində plüralizmin olması vacibdir. Bu, azad mətbuat tarixi qısa olan ölkələrdə daha mühümdür. Belə bir vəziyyətdə medianın fəaliyyətini məhdudlaşdıran qərarın qəbul edilməsinin mənfi nəticəsi ola bilər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Samir Haradan: Turkiye
18.11.2008 19:52

Semneby deyir ki : "Belə bir vəziyyətdə medianın fəaliyyətini məhdudlaşdıran qərarın qəbul edilməsinin mənfi nəticəsi ola bilər".

Ay semneby! bunu biz basha dushuruk ve isteyirik ki siz imkan vermeyisiniz. Nagil danishirsiniz siz, konkret movqe qoyun ortaya ki, eger radiolar baglansa Yeni Qonshuqui siyaseti dayandirilacaq ve s.
Yoxsa, her sheyden danishirsan, ama hech birinde senin movqeyin bellii deyil. qurtar bu sozle bizi aldatmagini, praktiki ish gormek lazimdi.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
18.11.2008 12:06

Qoy onlar "Demokratiya standartlarini" bizden oyrensinler.Men teklif ediremki AZTv avropadada yayimlansin,Onda onlara hecne qerbe gelmez.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
18.11.2008 12:04

Bu avropalilarda ne qeribediler?, Avropada yoxdur zato bizde var, Biz neye gore standartlari avropadan goturmeliyik,


Kimdən: Ilqar Haradan: Bakı
17.11.2008 23:44

Hörmətli Azadlıq radiosu xahiş edirəm mənim sözlərimi cənab Piter müəllimə çatdırasınız ki,1918-ci ildə Azərbaycanda demokratik parlament seçiləndə və Azərbaycan parlamentli respublika olanda İsveç xalqı krala boyun əyirdi.


Kimdən: Araz Haradan: Baki
17.11.2008 22:12

ans sixisdirdilar...indi de azadliq radyosunu baglamaq istiyirler...
karoce soz azadligin yavas yavas bogurlar...


Kimdən: farid Haradan: baki
17.11.2008 19:43

Cenab Semnebi -

1ci ve 2ci derecelei demokratiya deyilen bir shey yoxdur. nece olur ki siz Azerbaycandaki sekchini ozunuze reva gormursunuz, amma Azerb-da kechirlen sechkilere hemishe yumshaq tenqidle sherh vermekle ishinizi bitmish hesab etmisiniz.

sen bizim hamimiza avazi yaxshi gelen "Yeni Qonshuluq Siyaseti" planini adi bir kagiz parchasi zay etdin, baxmayaraq ki orada soz azadligi ve sechki ile ohdelikler esas mesele kimi eksini tapmishdi.

senin burdaki numayenden - xanim Delesord da olke haqqinda umumiyyetle melumati olmayan savadsiz adam kimi bolluca maash alib, kef edirler bu olkede.

Az bu milleti ele salin..

İsmarışlar 1-6 (6)