Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Eynulla Fətullayev naziri məhkəməyə verib

2007-ci il oktyabrın 30-da E.Fətullayev 8 il yarım həbs cəzası alıb

17.11.2008

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Xarici İşlər naziri Elmar Məmmədyarovu məhkəməyə verib. Buna səbəb nazirin jurnalistin informasiya sorğusunu cavablandırmamasıdır. E.Fətullayevin vəkili İsaxan Aşurov «Turan»a deyib ki, iş üzrə məhkəmə baxışı noyabrın 20-nə təyin olunub. Proses Yasamal Rayon Məhkəməsində hakim Fərda Mehralıyevin sədrliyi ilə keçiriləcək.

Xarici İşlər naziri Elmar Məmmədyarovun Milli Təhlukəsizlik Nazirliyinə etdiyi müraciət əsasında E.Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanıb. Nazir jurnalistin «Əliyevlər müharibəyə gedir» başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də E.Fətullayev E.Məmmədyarova sorğu göndərərək, narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib.
 
Eynulla Fətullayev 2007-ci il aprelin 20-də böhtan ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistə qarşı Cinayət Məcəlləsinin terrorla hədələmə, vəzifə səlahiyyətindən istifadə etməklə, milli, irqi və dini ayrı-seçkilik salma və vergidən yayınma maddələri ilə yeni cinayət işi açılıb. 2007-ci il oktyabrın 30-da E.Fətullayev 8 il yarım həbs cəzası alıb. Terrorla hədələmə ittihamı «Əliyevlər müharibəyə gedir» məqaləsi ilə əlaqədar irəli sürülüb. Məqalədə Vaşinqton Tehran rejiminə qarşı hərbi əməliyyat keçirərsə, İranın Azərbaycana qarşı raket hücumunun mümkünlüyündən danışılırdı. Bu zaman strateji obyektlərin - İran raketlərinin mümkün hədəflərinin siyahısı göstərilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb. Sentyabrın 9-da İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevin şikayətinə kommunikasiya baxışına başlayıb.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Ilqar Haradan: Bakı
19.11.2008 13:00

Mənə elə gəlir Eynullah bəy bu yazısı ilə beynəlxalq quvvələri qıcıqlandırıb. Onun həbsi bu qüvvələrin dabro-su ilə baş tutub.


Kimdən: eldar Haradan: baki
18.11.2008 12:18

Eynulla adının mənasına layiq - yəni ALLAHIN gözü olaraq hər şeyi yaxşı görür, duyur və hədəfi gözünün bəbəyindən vururdu. Onu həbs edərək, azadlığından məhrum etməkdən başqa bu rejimin çarəsi yox idi. Hər şeyi görən Eynulla bu sonluğu da görməyə bilməzdi. Görürdü və kişi kimi bu aqibətin üzərinə getdi. Eynulla əsl kişi, Azərbaycanın vijdan rəmzidir. Rejim isə anlamır ki, vicdanı həbs etmək mümkün deyil. Nə yaxşı ki, Eynulla var imiş. Mən onunla fəxr edirəm. Eynullaya azadlıq!

İsmarışlar 1-2 (2)