Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Obama prioritetlərini açıqladı

Obama həm də Quantanamo həbsxanasını bağlamaq və işgəncələrə son qoymaq niyyətindədir

17.11.2008

Amerikanın yeni seçilmiş prezidenti Barak Obama iqtisadiyyat və milli təhlükəsizliyin onun üçün prioritet olduğunu deyib. O, bu barədə televiziyaya verdiyi ilk müsahibəsində danışıb.
 
Yeni prezident ölkənin son vaxtlar zəifləyən avtomobil sənayesinə də kömək edəcəyinə söz verib.
 
Barak Obama onu da deyib ki, İraqdakı qoşunların sayını azaldacaq, Əfqanıstanda sabitlik yaradacaq və «əl Qaidə» terror təşkilatının fəaliyyətinə birdəfəlik son qoyacaq.
 
Obama həm də Quantanamo həbsxanasını bağlamaq və işgəncələrə son qoymaq niyyətindədir. 
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1 (1)
Kimdən: Taran Haradan: Bakı
17.11.2008 18:01

Radionuzda Obamanın dünyada Amerika ideallarına bağlı hərəkət edəcəyinə dair vədlərinin nə dərəcədə real olaraq gerçəkləşəcəyinə dair müzakirə açsanız faydalı olardı. Eyni zamanda Obamanın dünyada gerçək azadlıqlar və demokratiyaları Amerikanın maraqları açısından "etibarlı" avtokratlara qurban verib-verməyəcəyini də, siyasətinin Buşun "azadlıq gündəliyi" (freedom agenda) oyununun təkrarı olub olmayacağının ciddi araşdırılması bizim cəmiyyət baxımından faydalıdır.

İsmarışlar 1 (1)