Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Dünya

Qlobal sarsıntıya qarşı qəti tədbirlər…

Sammitinin yekununda bəyannamə qəbul edilib

16.11.2008

Vaşinqton sammitində 20 ölkənin liderləri gələcək qlobal iqtisadi sarsıntının qarşısını almaq üçün qəti tədbirlər görmək qərarına gəliblər.
Sammitinin yekununda bəyannamə qəbul edilib. 6 bəndlik sənəddə maliyyə bazarlarında sabitlik və şəffaflığı təmin etmək də daxil olmaqla təcili tədbirlər görülməsi nəzərdə tutulur. ABŞ prezidenti Corc Buş sammitin uğurlu olduğunu deyir:
 
«Maliyyə sistemini 21-ci əsrin reallığına uyğunlaşdırmaq üçün müəyyən prinsip və tədbirlərin razılaşdırılması əsas nailiyyətlərdən biridir».

Növbəti sammitdə təqdim etmək üçün liderlər maliyyə nazirlərinə martın 31-dək konkret təkliflər hazırlamağı həvalə ediblər.

Növbəti sammit gələn ilin aprelində Londonda keçirilə bilər.