Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Eynulla Fətullayev «PEN» Amerika Mərkəzinə fəxri üzv seçilib

E. Fətullayevin atası Emin Fətullayev

15.11.2008

Eynulla Fətullayev dünya yazarları birliyi – «PEN» Amerika Mərkəzinə fəxri üzv seçilib. Həmin qurum noyabrın 15-ni Həbsdə Olan Yazarlar Günü kimi qeyd edir.

E.Fətullayevin atası Emin Fətullayev: «PEN» doğrudan da, nüfuzlu bir təşkilatdır, 31 ölkədə fəaliyyət göstərir. Eynullanın fəxri üzv seçilməsi əlbəttə ki, böyük fəxrdir. Həmin təşkilatın Azərbaycanda nümayəndəsi Maqsud İbrahimbəyovdur. Rusiyada Rüstəm İbrahimbəyov, İngiltərədə isə Salman Rüştü».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru E. Fətullayev ötən il məhkəmənin qərarı ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. O, terrorla hədələmədə, mili ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham edilir. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: zaur Haradan: london
17.11.2008 19:19

Men Londonda English PEN teshkilati ile birge layihelerde chalishdigim uchun, deye bilerem ki, bu Eynulla uchun chox boyuk ugurdur. PEN dunyada meshhur bir teshkilatdir ve her hebs olunan jurnalist ve yazichi bu mukafat layiq gorulmur.

Salman Rushdu ve digerleri yuz minlerle uzvu olan bu teshkilatin fexri uzvlerinden biridir.

Allah Eynullanin qapisin achsin ve bu fexri titul ona yardimchi olsun!


Kimdən: ilqar Haradan: baki
16.11.2008 09:56

Mən Emin bəyi yaxşı başa düşürəş.Ata ürəyi dözmür ,oğlunu nə yolla olursa olsun həbsxanadan qurtarmağa çalışır.Amma görün hansı insanlar vasitəsi ilə.PEN-nin Azərbaycandakı nümayəndəsi Maqsud İbrahimbəyov.Bu həmən insandir ki, qardaşını milli məclisdə xalq düşməni elan etdilər, səsinidə çıxartmadı.PEN-nin İngiltərədəki nümayəndəsi isə görün kimdir, İslam dinini təhqir etmiş birisi.Odur ki Emin bəy belə adamlardan nə qədər uzaq dursanız bir o qədər yaxşı olar.

İsmarışlar 1-2 (2)