Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

Bakı Bəyannaməsi imzalandı

4-cü Enerji Sammiti, 14 noyabr 2008

14.11.2008

4-cü Enerji Sammiti 15 ölkə və Avropa Komissiyasının Bakı Bəyannaməsini imzalanması ilə başa çatdı. 

Sammitə yekun vuran prezident İlham Əliyev sənədə Avropa Birliyinin 9 dövlətinin imza atmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib: «Bu, Qafqaz bölgəsi və Xəzəryanı ölkələr üçün çox mühümdür». O, deyib ki, bəyannamə konsensus əsasında qəbul edilib.

Bəyannaməni jurnalistlərə şərh edən Azərbaycanın Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, sənəddə «Şərq-Qərb» energetika dəhlizi çərçivəsində neft və qazın nəqli layihələrinin dəstəklənməsi məsələləri, xüsusən, «Nabucco» qaz nəqli sisteminin və Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin yaradılması məsələsi əks olunub.

Bəyannaməyə Moldova, Qazaxıstan və Türkmənistan qoşulmayıb.

İlk enerji sammiti 2006-cı ilin mayında Krakovda, ikincisi ötən ilin noyabrında Vilnüsdə, üçüncü isə, bu ilin may ayında Kiyevdə keçirilib.
Samitlərdə əsasən Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara dəniz və Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin və Baltikyanı ərazidən keçən nəqliyyat dəhlizlərinin yaradılması planları müzakirə edilir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: mirze Haradan: baki
17.11.2008 11:53

Dunya Bakıdan qaz almaq istəyir,Shüvəlanın 80 faizi 15 ildir balon qaz ishlədir.Təkcə mağistral küçədən bashqa.Bu da Faiq Agayevin ,Zülfiyə,Nazpəri və s.xalq artistliyinə oxshayır.Ğeneralları demirəm ki,4-cü sinif "savadları"yoxdur.


Kimdən: ilqar Haradan: baki
16.11.2008 10:12

Mübariz bəyin şərhini oxuyarkın şair Məmməd Arazın düzəlmir ki,düzəlmir baba şeri yadıma düşdü.Yəqin ki,sizdə oxumusunuz.


Kimdən: Elnur Haradan: Bakı
15.11.2008 15:15

Çox gözəl, dünyadakı bəyannamələrin biri də çoxaldı.


Kimdən: Mübariz Haradan: Bonn
14.11.2008 23:18

Illärdir imzalar atilir qaz neft satilir ancaq xalqin väziyyäti düzälmir ki düzälmir.

İsmarışlar 1-4 (4)