Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Cəmiyyət

Gəncədə çörək ucuzlaşıb

Çörəyin qiymətinin aşağı düşməsi unun qiymətinin ucuzlaşması ilə əlaqəlidir

14.11.2008

Qiymətinin ucuzlaşması ilə yanaşı əksər mağazalarda çörəyin çəkisinin 120 qramadək artması müşahidə olunur.

Çörək satıcısı Saleh deyir ki, əvvəl çörək sexlərindən gətirilən 500 qramlıq çörəyin qiyməti 36 qəpik idisə, indi 31 qəpiyə verilir. Ona görə də 500 qramlıq çörək 40 qəpikdən 35 qəpiyə endirilib. 600 qramlıq çörək isə 40 qəpikdir. Bütün növ çörəklərdə 120 qram artım var.
Gəncə şəhər mağaza və çörəkbişirmə sexlərindən verilən məlumata görə, hazırda qiyməti 25-30 qəpik satılan çörəyin çəkisi 400-500, 35 qəpiyə endirilənlər isə 600-650 qramdır.

Çörəyin qiymətinin aşağı düşməsi unun qiymətinin ucuzlaşması ilə əlaqəlidir. Ölkənin ən iri un istehsalçılarından olan «Fatoğlu» un fabriki də 50 kiloqramlıq un kisəsinin qiymətini 17 manat 80 qəpikdən 16 manat 50 qəpiyə endirib. Gəncədə un istehsal edən «Ərəboğlu» və «Neon» firmaları isə bir kisə unu 18 manat 50 qəpikdən 17 manatadək aşağı salıb.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: ilqar Haradan: baki
15.11.2008 15:24

Gəncədə cörək biznesi ilə məşğul olan sahibkarlar unun qiymətinin düşdüyünü görüb insafa gəldilər, çörəyin qiymətini ucuzlaşdırdılar.Bakıdakı sahibkarlar nə vaxt insafa gələcəklər, bunu bir olan Allah bilir.


Kimdən: Mahmud Haradan: Fransa
14.11.2008 20:12

Acigini deyim bu meni cox sevindirdi eger dogrusa cunki bele islere cox az az rast gelmek olur

İsmarışlar 1-2 (2)