Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Sülhməramlılar İraqdan rəsmən geri çağırıldı

İraqdakı 150 hərbçi xidmət edir, onlardan 1-i həlak olub

14.11.2008

Noyabrın 14-də Milli Məclis Azərbaycanın Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında qərar qəbul edib.
 
Noyabrın 7-də prezidenti bu məqsədlə parlamentə qanun layihəsi təqdim etmişdi. Sənədin lehinə 86 nəfər, əleyhinə 1 nəfər səs verib.

Azərbaycan hərbçiləri 2003-cü ildən İraqda xidmət edir. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyurdular.

İraqdakı 150 hərbçi xidmət edir, onlardan 1-i həlak olub.