Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

Azərbaycan neft istehsalını azaldır

Rövnəq Abdullayev: «Azərbaycanda neft məhsullarının qiymətləri dünya bazarına bağlı deyil»

13.11.2008

Azərbaycan neft istehsalını 5 milyon ton azaldır. Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
 
Neft hasilatının azalmasına iki səbəb göstərilir: birincisi, dünya bazarında neftin qiymətinin düşməsi, ikincisi «Azəri» platformasında texniki nasazlığın baş verməsi. Şirkət prezidenti bildirib ki, bu il üçün neft istehsalı 50 milyon ton nəzərdə tutulmuşdu.

O, eyni zamanda bildirib ki, Azərbaycanda neft məhsullarının qiymətləri dünya bazarına bağlı deyil. «Biz bu qiymətləri müəyyənləşdirəndə dünyada neftin qiyməti 50 dollar idi. Dünyada neftin qiyməti 140 dollara qalxanda, bu rəqəmlər dəyişmədi. Yəqin ki, bundan sonra da dəyişməyə ehtiyac olmayacaq». R.Abdullayev ümumiyyətlə Azərbaycanda neft məhsullarının qiymətinin dünya qiymətlərindən çox-çox aşağı olduğunu deyir.

Dünyada neftin qiymətinin düşməsi Azərbaycanın dövlət büdcəsinə nə dərəcə də təsir göstərəcək sualına gəlincə şirkət prezidenti bildirib ki, bunun elə də təsiri olmayacaq.

 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1 (1)
Kimdən: Mübariz Haradan: Bonn
13.11.2008 21:14

Dünyada maliyyä böhrani bash verir bunlara bir shey olmur .Bu gün özüm evdä baxdim bir barel,,159,,litir 54 dollar'a qädär düshdü yenä bunlara bir shey olmuyacaq. Dogrudur indi xatirladim ki xalqin hech bir sheyi yoxdur ki birsheydä olsun. Guya neft bahalashanda xalqa yaxshi bir shey oldumu ki ucuzdashandada bir zäräri olsun. Siradan xalqin hech vecinä belä deyil. Adi xalqin dadi bashqalarinin. Nemät xalqin amma xalqin bundan bir näsibi yoxdur!

İsmarışlar 1 (1)