Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Qarabağ

«Ola bilsin ki, Qarabağda səsvermə olsun, ola bilsin ki, olmasın»

Metyu Brayza, 6 noyabr 2008

13.11.2008

«ATƏT-in Minsk qrupu həmsədrləri ümid edirlər ki, ərazilər Azərbaycana qaytarılacaq, qaçqınlar öz yurdlarına dönə biləcəklər».

Noyabrın 13-də Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza belə deyir. O, münaqişə zonasında dəhliz məsələsinin öz həllini tapacağını və sülhməramlıların yerləşdirilməsinin mümkün olacağını da bildirir.

«Mümkündür ki, nə vaxtsa Qarabağda səsvermə olsun. Amma ola da bilər ki, heç bu baş verməsin. Mən sadəcə bilmirəm. Prezidentlər bu məsələ ilə bağlı razılığa gəlməlidirlər. Həmsədr kimi mən diktə edə bilmərəm bu hansı şərtlərlə nə vaxt olacaq».

Cənab Brayza bölgədə Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsini mümkün saymır. O, deyir ki, hər iki tərəf indiki halda bunu istəmir. Digər tərəfdən həmişə belə bir prinsip mövcud olub ki, əgər bölgədə sülhməramlılar yerləşdirilsə, bu həmsədr və qonşu ölkələrdən olmamalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər gəliblər. Onlar noyabrın 13-də prezident İlham Əliyevlə görüşüblər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: elvin Haradan: siyezen
13.11.2008 22:43

mence brayza bir amerikanli kimi bu sozleri deye biler cunki o amerikanlidi azerbaycanli olmaq lazimdi ki bilesen referundum ne demeydi


Kimdən: ACLIQ OLSUN KEF OLSUN
13.11.2008 21:02

EEE BOS BOS SEYLERDI FIKIR VERMEGINEN ELEMI QAQA ATALAR DEMISKEN ACLIQ OLSUN KEF OLSUN


Kimdən: Elnur Haradan: Bakı
13.11.2008 19:11

Metyu Brayzanın dediklərini Azərbaycanda azyaşlı uşaqlar da bilir. Bundan ötrü o qədər xərc çəkib regiona səfər etməyə ehtiyac yoxdur.

İsmarışlar 1-3 (3)