Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

«Müəllimlərə də analoqu olmayan maaş verilsin də…»

«Noyabr ayının maaşı veriləndə bu problem aradan qalxacaq və bütün müəllimlər 25 faiz artımı alacaqlar»

13.11.2008

«Azərbaycan müəllimi normal yaşayır, kifayət qədər əməkhaqqı alır»-, Bakı şəhər Təhsil İdarəsinin Plan-maliyyə sektorunun müdiri İsmayıl İsmayılov belə deyir.

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan İ.İsmayılovun sözlərinə görə, 2008-ci ildə prezidentin sərəncamı ilə müəllimlərin əməkhaqqı bu ilin yanvarında və sentyabrında 25 faiz artıb. 2007-ci ilin dövlət öüdcəsində orta məktəb müəllimlərinə maaş üçün 73 milyon 192 min manat ayrılmışdısa, 2008-ci ilin sentyabrında bu məbləğ 86 milyon 150 minə çatıb. Yəni, ötən illə nisbətdə 21 milyon 976 min artıb:

«Orta hesabla götürəndə orta məktəb müəllimi 250-350 manat maaş alır. Bundan başqa, müəllimlərə əlavə əmək haqqı da verilir. Məsələn, sağlamlıq imkanları məhdud olan uşaqlara dərs deyən müəllimlərə əmək haqqının 50 faizi həcmində pul verilir. Əlillik dərəcəsi üzrə II və III qrup uşaqlara dərs deyən müəllimlərə 15-25 faiz əlavə əməkhaqqı verilir».

Bakı şəhər Təhsil İdarəsinin Plan-maliyyə sektorunun müdiri İsmayıl İsmayılov
Müəllim Hüquqlarının Müdafiə Təşkilatının Kordinatoru Əlövsət Əmirbəyli isə idarə rəsmisinin bu fikirləri ilə razı deyil: «Bu gün nəinki Azərbaycan müəllimindən, Azərbaycan vətəndaşından durumunu soruşanda, əlinə yaylıq alıb, ağlayacaq. Orta məktəb müəlliminin real maaşı işıq, qaz, su və çörək puluna ancaq yetir. Gəlin, reallıqdan çıxış edək. Hansı orta məktəbdə müəllimin orta əmək haqqı 250-350 manatdır? İsmayıl müəllim deyir ki, ölkədə analoqu olmayan iqtisadi inkişaf gedir. Əgər belədirsə, onda müəllimə də analoqu olmayan maaş verilsin də…». Əmirbəylinin sözlərinə görə, Türkiyədə orta məktəb müəllimi 700-800 dollar, Rusiyada isə 1000 dollardan artıq maaş alır. Azərbaycanın bir çox məktəblərində isə heç son 25 faiz artım da müəllimlərin hamısına verilməyib: «Bununla bağlı mətbuatda kifayət qədər yazılıb. Bəzi məktəblərdə bu artım verilsə də, bir çox müəllimlər bu pulu almayıblar».

Məsələyə aydınlıq gətirən İsmayıl İsmayılov əməkhaqqıların köhnə tariflə verildiyini qeyd etdi: «Bu il Azərbaycanda 17 yeni məktəb inşa edilib, 31 məktəbdə əlavə korpuslar tikilib. Belə olan halda siniflərin sayı dəyişir. Bilirsiniz ki, məktəblərdə siniflərin sayına görə - dərs hesabı maaş verilir. Biz sentyabr və oktyabr maaşlarını köhnə dərs yükünə uyğun vermişik. Hazırda yeni dərs hesabatı hazırlanır, noyabr ayının maaşı veriləndə bu problem aradan qalxacaq və bütün müəllimlər 25 faiz artımı alacaqlar».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (10)
Kimdən: seva Haradan: baki
20.11.2008 16:23

Goresen Misirnen, Ismail, ozleri 350 manata ayda yashaya biler?Milleti dolayiblar ozlerinin korrupsiyaya batmish barmaglarina.O biri terefden millet ozu ozunu bu gune gotub. Hech kim sesini chixarmir.


Kimdən: orxan Haradan: Baki
18.11.2008 21:03

Men bir shey deye bilerem,maash qalxmayinca hec kim ders demek hevesinde deyil,coxsu dersi yola verir cunki maash normal deyil.


Kimdən: Abdullah Haradan: Bakı
17.11.2008 23:50

Misir kimilərdir də təhsilimizi bərbad günə qoyanlar.(söhbət Misir dövlətindən getmir)


Kimdən: Ilqar Haradan: Bakı
16.11.2008 18:17

Bunlar təhsilimizə bir ləkədir. Bu ləkəni heç xlorla da yusan getməz.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
14.11.2008 13:02

Mansallah bizde muelimler "bal" icinde uzecekler ki.
PS: (et corek yemeseler, kamunal xercleri vermeseler)


Kimdən: Maqa Haradan: Baki
14.11.2008 08:59

Ismayil muellim ve elecede Misir Merdanov yalanchidir. Indi 1 stafka dersi olan ali tehsilli muellimin maashi 140 manatdir. Qeyd edim ki, muellimlerin maashi 25% qalxandan sonra Misir muellim demishdiki indi ali tehsilli muellimin maashi 200 manatdan choxdur. Amma bu qetiyyen bele deyil. Bir olkenin ki, tehsil naziri yalan danisha, onda biz Ismayil muellim kimi memurlardan ne gozlemeliyik?


Kimdən: Neytral Haradan: Baki
13.11.2008 23:25

Butun bunlara baxanda adamin lap Azerbaycanda yasamagi gelir!Goresen hardadi o?


Kimdən: Gurban Haradan: Gence
13.11.2008 22:18

Nazirler baglarinda saxladiglari ite baxan adama ayda 500-600 manat maash verirler. Hemin adamin yemeyi ve galmagida pulsuzdur.İt ise bir ayda 1000 mantlig yuksek keyfiyyetli gida gebul edir.İndi gedin dersinizi deyin!!!


Kimdən: Emil Haradan: Baki
13.11.2008 16:57

Dunyada her wey tehsilden bawlasada, bizde bu anlam efsuslar olsunki movcud deyil!


Kimdən: Famil Haradan: Tayvan
13.11.2008 16:33

Düşünürəm ki, İsmayıl müəllim bütün müəllimləri ələ salır, məncə Bakı şəhərində 250-300 manatla( əgər belə maaş alsalarda belə) necə yaxşı yaşamağın mümkün olduğunu İsmayıl müəllim özü yaxşı bilir və buna görədə ancaq ona ayıb olsun deyirəm.

İsmarışlar 1-10 (10)