Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Qarabağ

Azərbaycan, Ermənistan və Türkiyə XİN başçıları görüşəcək

Əli Babacan münaqişənin həllində Moskvanın rolunu alqışlayıb

13.11.2008

Azərbaycan, Ermənistan və Türkiyənin xarici işlər nazirləri üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələlər müzakirə olunacaq.
 
Bu barədə «Röyter» agentliyi Türkiyənin xarici işlər naziri Əli Babacana istinadla xəbər verir.

Əli Babacan münaqişənin həllində Moskvanın rolunu alqışlayıb və bildirib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Moskvadan vacib addımlar gözləyirlər.

Bu yaxınlarda Rusiya prezidenti Dimitri Medvedevin təşəbbüsülə Moskvada prezidentlərin üç tərəfli görüşü olmuşdu.