Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Xüsusi reportaj

MTN-ə kim nəzarət edir?

MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər

12.11.2008

«Sual olunur, niyə valyutadəyişmə məntəqəsinə hücumu MTN açır, prokurorluq yox. Narkotik əməliyyatları məgər MTN-nin işidir? Prokuror yerində olmalıdır, prezidentə çıxıb deməlidir ki, MTN öz işiylə məşğul olmur. Belə çıxır, MTN başqa qurumların fəaliyyətinə qarışır»-, «Femida» qəzetinin baş redaktoru Əyyub Kərimov belə deyir. Bu sualları yerli media daha çox güc strukturlarının mübarizəsi kimi yozur. Eyni şərhi Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci il «Qara kəmər» əməliyyatı, son aylar radikal dini qruplara qarşı əməliyyatlarına da aid etmək olar. Doğrudanmı MTN digər dövlət qurumlarının işinə qarışır? MTN-nin özünə necə nəzarət varmı, yaxud olmalıdırmı?

Əyyub Kərimov deyir ki, MTN dövlət təhlükəsizliyi ilə məşğul olan orqandır. Bir çox hallarda bu orqanın işinə nəzarətin olmaması ictimaiyyətin qeyri-peşəkarlığı, medianın ixtisaslaşmamasından irəli gəlir. Ancaq açıqlanmalı olan məlumatlar da var. Məsələn, Azərbaycanda başqa ölkələrdə olduğunu kimi, hansısa keçmiş MTN işçisinin kitabına rast gəlmək mümkün deyil:

«Mən çox istərdim Nəriman İmranov yazsın ki, MTN-in təcridxanasından qaçış necə baş verib? Cəzasını da alıb çıxıb. Xaricdə isə yazırlar, çünki həm media peşəkardır, həm də o sahədə işləyənlər». 
 
N.İmranov 1993-1994-cü illərdə Milli təhlükəsizlik naziri olub, dövləti cinayətlərə görə həbs edilib. Sonradan prezident onu əfv edib.
«Femida» qəzetindən Əyyub Kərimov deyir ki, qanunvericiliklə, prokurorluq istintaqa nəzarəti həyata keçirir, həm Daxili İşlər, həm də MTN-nin həyata keçirdiyi istintaqa nəzarət edir. Ancaq bu hamısı deyil:

«Prokurorluğun xüsusi bir idarəsi də var ki, Daxili İşlər və MTN-nin fəaliyyətinə nəzarət edir. Ancaq reallıqda bunu görmürük. Ölkənin baş prokuroru elə bir tanınmış hüquqşünas olmalıdır ki, bu nəzarəti həyata keçirə bilsin».

Respublika Prokurorluğundan təsdiqlədilər ki, həm istintaq işlərinə, həm də MTN, gömrük, sərhəd qoşunlarına nəzarət edən idarələri var. Ancaq konkret cinayət işləri üzrə məlumat verə biləcəklərini bildirdilər.

MTN-dən nə başqa strukturlara, nə də özünə nəzarət haqda danışmaq istəmədilər.

Ancaq «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlunun fikrincə, MTN-nin ictimaiyyətin diqqətindən kənarda qalmağı əslində yaxşıdır, çünki bu dövlət təhlükəsizliyi ilə bağlıdır. Əslində MTN-dən şəffaflıq tələb etmək yox, qarşısında daha çox müdaxilə etməmək tələbi qoyulmalıdır: «Əslində MTN-nin ictimaiyyət üçün açıqlığının elə bir əhəmiyyəti yoxdur. Çünki MTN bilavasitə istintaq, əməliyyat orqanı deyil».
 
Mütəxəssislərin fikrincə, siyasi iradə olarsa, hər bir güc strukturu öz işinə görə bilər. Ölkə başçısı hərbi mənbələrdən savayı, MTN, prokurorluq, DİN-dən məlumatlar alır. Bütün işlərin MTN-ə verilməsi isə digər qurumları narazı salır. Ancaq bəzi ekspertlər güc strukturlarının mübarizəsinin, təhlükəsizlik orqanlarının ön sıraya çıxmasının əksər ölkələrə xas olduğunu vurğulayırlar.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (13)
Kimdən: patriot Haradan: baki
19.12.2008 19:44

mence M.T.N-nin isine qarismaq olmaz cunki onlar Azerbaycanin milli maraqlarini qoruyurlar ve mence o quruma heckes nezaret etmemelidir.


Kimdən: Bruno Haradan: Türkiye
19.11.2008 19:53

"Yiyesiz adam'' haglidir.

Rahib ise gelishi gözel sözler deyi. Bu tehshkilatin icerisinde rushvet deyilen biabrciligi görmemek mümkün deyildir. Bunu artig bütün Azerbaycan danishir. SIz de peshekarliqdan danishirsiniz. Taphsiriglari nögsansiz yerine yetirmenize hegigeten shübhe etmek lazimdir. Eger bele olsaydi, Azerbaycan Dagliq Garabagi artig geri almish olardi... Garabag ise hele de ermenilerdedir...


Kimdən: rahib Haradan: baki
18.11.2008 22:44

Bu gün Milli Təhlükəsizlik Nazirliyi cənab nazir Eldar Mahmudovun rəhbərliyi altında ən hörmətli və peşəkar vaxtlarını yaşayır. Bu gün MTN çoxlarının təsəvvür edə bilməyəcəyi maddi və texniki imkanlara,peşəkar kadrlara, həssas əlaqələrə və ən əsası qarşıya qoyulan istənilən tapşırığı nöqsansız yerinə yetirə biləcək GÜCƏ mallikdir. MTN dövlətin düşünən beyni, görən gözü, vuran qoludur. Bu orqanda xidmət hər kəs üçün arzu olmaqla yanaşı əsl şərəfdir!


Kimdən: Yiyesiz adam Haradan: Azerbaycan
18.11.2008 20:12

Hmm.... Men de telebe yoldashlarimdan bele sheyler eshitmishe ki, ora ishe duzelmek ucn rushvet gerekdir. Hec olmasa 15 min manat laimdir. En hormetli yer nazirliyn merkezi aparati sayilir, demek ora davhaciox pul vermek lazimdir. En ucuz yer ise rayonlar vä herbi hisselre ossobist getmekdir.
Eks-keshfiyyatda ise rshvet hegigeten lap coxdur. Chun ki, buradaki ish yerei esasen bakidadir ve xususi bir savad ve dil bilikleri ve ixtisas bilikleri teleb etmir.
Regionlardan ise evveller garbaglilara ustunluk verildiyi yazilrdi. Chun ki, nazir muavinlerinden biri arabaglidir. ve oz gohum-gardashi ve yerlilerin cox sevir.

Lap evvler ise gubalilar, bakiliar ustunluk teshkil edibler. Odur ki, burada rushvetxorluq ve yerliperstliyin oldugu haglidir. AMman inid kimin harali olmasi deyilm, cibinde teleb edilen meblegin olmasi vacibdir.


Kimdən: Pulsuz Haradan: Az
17.11.2008 22:44

MTN de nepotizm ve korrupsiya hallari getrdikce artir. Indi ora yalniz ve yalniz varli aillerden olan papa ushaglarinin eylence yerine chevrilir. 20.000 USD mebleginde mtn-de ne istesen onu da etmek olar, hara istesen orada ishe dzzele bilersen.
Pulu olmayanlar ise ermeni keshfiyyatindan pul alib ishe gere bilerler. Eas odur ki, pul olsun...


Kimdən: Obama Haradan: Keniya
17.11.2008 22:40

MTN-in eks-*keshfiyyat idaresinin genc ishchilerinin coxusu deleduzluq ve rushvetxorluqla meshguldurlar. Adamlari ishe duzletmek adi altinda rushvet toplayirlar.
Deystuyte!


Kimdən: gaga Haradan: baki
15.11.2008 11:21

Rusiya


Kimdən: Anar
15.11.2008 01:13

Azərbaycanda ən pis korrupsiya prokurorluq orqanlarındadır.Allah heç kimin işini onlara salmasın .əlinə düşdün səni soyurlar və prokuror əməkdaşları insanlara qarşı çox kobud rəftar edirlər.


Kimdən: m Haradan: baki
15.11.2008 01:10

Yasasin sanli Azerbaycan ve onun Milli Tehlukesizlik Nazirliyi.MTN olmasa goresen baska kime guvene bilerik


Kimdən: F. Haradan: Bakı
13.11.2008 15:59

1967-1992-ci illərdə DTK polkovni-ki, çekist-yazıçı Musa Qocayevin 8-dən çox kitabı nəşr olunmuşdur. Məsələn,"Mühüm tapşırıq" (1967), "Maye qızıl" (1974),"Qartal balası" (1983), "Qanlı çinar" (1992)və s.

İsmarışlar 1-10 (13)